• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.10.26 20:23
gundem / tedbirler

Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB

Göygöl şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi" mövzusunda regional konfrans keçirilib.
azturktv.az-Nİn məlumatına görə, konfransda Dövlət Komitəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Konfransda çıxış edən Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, Azərbaycanda tolerantlıq və dini həmrəylik ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü siyasi kurs əsasında ölkədə multikultural və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında Azərbaycanda birgəyaşayış mədəniyyətinin tarixinin yüzilliklərlə, hətta minilliklərlə ölçüldüyünü qeyd edib. Müxtəlif dinlərin və etnik qrupların əsrlərdir bir arada yaşadığı ölkəmiz üçün multikulturalizm və tolerantlıq həyat tərzidir, bu dəyərlərin qorunması isə əsas prioritetlərdəndir.

G.İsmayılov bildirib ki, qarşılıqlı hörmət mühitinin gələcək nəsillərə ötürülməsi, inkişaf etdirilməsi və zamanın tələblərinə uyğun yeni çalarlarla zənginləşdirilməsi mühüm vəzifələrdəndir. Eyni zamanda, cəmiyyətdəki bu sabitliyə yönələn bəzi təhdidlərin, o cümlədən məzhəbçilik meyillərinin müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür yanaşmalar milli birliyə və sabit ictimai mühitə xələl gətirə bilər.

Sədr müavini bildirib ki, dini və məzhəb məsələlərindən sui-istifadə edərək milli birliyi zəiflətməyə yönələn meyillərə qarşı ən prinsipial mövqeyi din xadimləri nümayiş etdirməlidirlər. Onun fikrincə, şəhid, qaz və ümumvətən anlayışı dini və məzhəb fərqlərindən asılı olmayaraq Azərbaycan cəmiyyətini birləşdirən ortaq dəyərlərdir.

Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən din siyasəti etiqad azadlığının təmin olunmasına, ölkədə dinc yanaşı yaşayış ənənələrinin qorunmasına yönəlib. Dini icmalara göstərilən dövlət dəstəyi, eləcə də tarixi-dini abidələrin mühafizəsi, bərpası və yenidən qurulması istiqamətində görülən işlər bu siyasətin mühüm göstəricilərindəndir.

Deputat çıxışında ideoloji təhlükəsizlik məsələsinə də toxunaraq qeyd edib ki, kənardan gələn zərərli ideoloji təsirlər, milli-mənəvi dəyərlərə qarşı təxribatlar və cəmiyyətdə fikir ayrılığı yaratmaq cəhdləri qarşısında əsas vəzifələrdən biri milli birliyin qorunmasıdır.

Daha sonra konfrans işini "Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət" və "Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət" mövzuları üzrə panel müzakirələrlə davam etdirib.

10:28

Göygöl şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi" mövzusunda regional konfrans başlayıb.

azturktv.az-Nİn məlumatına görə, konfransda Dövlət Komitəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Tədbir çərçivəsində həmçinin "Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət" və "Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət" mövzuları üzrə panel müzakirələr də təşkil olunacaq.

Oxşar Xəbərlər

backend
Prezident “Media haqqında” qanunu təsdiqləyib - TAM MƏTN
8.02.22 20:33
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Ağdaşda məzhəb ayrı-seçkiliyi ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
9.09.26 21:00
gundem / tedbirler
backend
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB + FOTO
16.12.23 19:30
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset

XƏBƏR LENTİ

20:55 Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
20:52 Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq
20:47 Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib
20:44 U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
20:41 Britaniyada iki qızıl medal qazanan Tofiq Əliyev mundialda da uğurlu nəticəni hədəfləyib
20:33 Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
20:26 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
20:23 Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
20:18 Sumqayıtda tikilidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
20:16 DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq
20:13 Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:08 Azərbaycan və Böyük Britaniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
20:03 EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək
19:59 Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
19:55 Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:50 Ceyhun Bayramovla Qiorqi Zakaraşvilinin görüşündə Orta Dəhlizin əhəmiyyəti qabardılıb
19:47 Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
19:35 Azərbaycan və Rusiya rəsmiləri Şimal-Cənub Dəhlizinin inkişafını müzakirə ediblər
21:11 Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
21:04 Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib
20:56 Azərbaycanda dağ-mədən və metallurgiya proqramının icrasına elektron monitorinq sistemi yaradılacaq
20:46 İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
20:37 İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib
20:32 Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
20:25 İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
6.10.26 20:55
Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq
6.10.26 20:52
Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib
6.10.26 20:47
U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
6.10.26 20:44
Britaniyada iki qızıl medal qazanan Tofiq Əliyev mundialda da uğurlu nəticəni hədəfləyib
6.10.26 20:41
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
6.10.26 20:33
backend
Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
6.10.26 20:55
Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq
6.10.26 20:52
Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib
6.10.26 20:47
U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
6.10.26 20:44
Britaniyada iki qızıl medal qazanan Tofiq Əliyev mundialda da uğurlu nəticəni hədəfləyib
6.10.26 20:41
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
6.10.26 20:33
backend
Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
6.10.26 20:55
Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq
6.10.26 20:52
Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib
6.10.26 20:47
U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
6.10.26 20:44
Britaniyada iki qızıl medal qazanan Tofiq Əliyev mundialda da uğurlu nəticəni hədəfləyib
6.10.26 20:41
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
6.10.26 20:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.