SON DƏQİQƏ
gundem / maraqli

Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyədə yaşayan Yaşar Şimşək adlı şəxs həyat yoldaşı, sürücü namizədi Gülay Şimşəkin həyəcanlandığını və tıxacda çətinlik çəkdiyini gördükdə maraqlı həll yolu tapıb.

azturktv.az xarici mətbuata istinadən xəbər verir ki, Şimşək arxada dayanan nəqliyyat vasitələri qırmızı işıqda siqnal verdiyi zaman həyat yoldaşının xüsusilə həyəcanlandığını görub və avtomobillərinin arxa şüşəsinə qırmızı rənglə maraqlı yazı yazıb:

"Mən xanımam, yeni başlayanam. Siqnal verməyin, həyəcanlıyam. Xahiş edirəm, bunu öyrənənə qədər idarə edin".

Yazını görənlər əvvəlcə gülüb, sonra isə anlayış nümayiş etdiriblər.