İspaniyada üçgünlük ümummilli matəm elan edilib - Yenilənib
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
İspaniyada onlarla insanın ölümünə səbəb olan dəmir yolu qəzası ilə əlaqədar oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.
azturktv.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes bildirib.
"İspaniya kədər içindədir. Hökumət və bütün dövlət zərərçəkənlərin və onların ailələrinin yanındadır", - Sançes deyib.
İspaniyada dəmir yolu qəzası Toledo vilayətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində baş verib. Son məlumatlara görə, azı 68 nəfər həlak olub.
18:19
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu regional hökumətin başçısı Xuanma Moreno açıqlayıb.
"Biz sarsılmışıq. Bütün Əndəlüs bu dəmiryol qəzası nəticəsində zərər çəkənləri dəstəkləyir", - o bildirib.
Daha əvvəl Sevilya meri Xose Luis Sans da üç günlük matəm elan edib və bütün rəsmi tədbirlərin ləğv edilməsi barədə göstəriş verib.
Dəmiryol qəzası İspaniyanın Toledo əyalətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində baş verib. Son məlumatlara görə, ən azı 64 nəfər həlak olub. Qəzanın səbəbi insan amili ola bilər.