• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
9.09.26 21:00
gundem / tedbirler

Ağdaşda məzhəb ayrı-seçkiliyi ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi" mövzusunda regional konfrans keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, iki gün davam edəcək tədbirdə Dövlət Komitəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Konfrans çərçivəsində keçirilən "Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar" mövzusundakı I panel sessiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov moderatorluq edib.

Sessiyada "Azərbaycanın birgəyaşayış ənənəsi: tarixi təcrübədən müasir modelə" adlı təqdimatla çıxış edən Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə Azərbaycanın coğrafi mövqeyinin onun tarixini müəyyən edən mühüm amillərdən biri olduğunu, ölkədə fərqli etnik və dini icmaların birgə yaşamaları üçün sosial-mədəni mühitin tarixən formalaşdığını bildirib. Qeyd edib ki, müxtəlif konfessiyaların və xalqların öz dini, mədəni ənənələrini yaşatmaları bu çoxəsrlik təcrübənin vacib elementlərindəndir.

Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov çıxışında ölkənin birgəyaşayış ənənəsinin əhəmiyyətli hissəsinin "başqasına dözmək"dən əlavə, fərqli dini mənsubiyyətlərin ümumi vətəndaş kimliyi daxilində qəbul etməkdən qaynaqlandığını deyib. Tolerantlığın birölçülü anlayış olmadığını diqqətə çatdıran A.Qənbərov vurğulayıb ki, Azərbaycanda başqa dinlərə münasibətdə təqdirəlayiq dözümlülük mövcuddur ki, bu da Azərbaycan xalqının təfəkkür tərzinin özünəməxsus müsbət xüsusiyyətidir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kürdəmir rayonu üzrə qazısı, Kürdəmir şəhəri "İmam Rza" məscidinin imamı Fizuli Cəfərov Azərbaycanın tarixən ayrı-ayrı dinlərin, mədəniyyət mənsublarının bir arada yaşadığı ölkə olmasının üstünlükləri barədə danışıb. Əlavə edib ki, milli-mənəvi dəyərlər, İslam əxlaqı, ailə və qonşuluq münasibətləri, qarşılıqlı hörmət, dözümlülük Azərbaycan xalqının mənəvi dayaqlarındandır. Buna görə dini həmrəylik həm də milli birlik və dövlətçilik məsələsidir.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun moderatorluğu ilə keçirilən "Məzhəbçilik zəminində radikallaşma: risklər və mübarizə yolları" adlı II panel sessiyada mövzu ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Bakı şəhəri, Yasamal rayonu "İlahiyyat" məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov multikulturalizmin, tolerantlığın, milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunduğu və inkişaf etdirildiyi cəmiyyətlərdə bütün cəhdlərə baxmayaraq, radikal, eləcə də qeyri-ənənəvi cərəyanların fəaliyyətinin birmənalı olaraq qəbul olunmadığını deyib. Bu tip mənfi tendensiyalara qarşı mubarizədə ilk növbədə həmin anlayışın yaranma səbəbləri və mahiyyətini öyrənməyin vacibliyini qeyd edən V.Səmədov radikalizmin məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq, dini motivlərlə törədilən terror aktlarında daha çox özünü göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov fərqli dini baxışların mövcudluğunun cəmiyyətin sosial və mədəni rəngarəngliyini artırması, insanlar arasında qarşılıqlı fikir mübadiləsi üçün imkanlar yaratması baxımından əhəmiyyətli olmasından bəhs edib. Bildirib ki, dini müxtəlifliklərin düzgün anlaşılmaması, savadsızlıq, stereotiplər və yanlış təsəvvürlər məzhəbçilik meyillərinin yaranmasına və güclənməsinə səbəb ola bilər. Qeyd edib ki, belə hallarda fərqli düşüncələr qarşılıqlı anlaşma və əməkdaşlıq mənbəyi olmaq əvəzinə, ayrı-seçkilik və qarşıdurma vasitəsinə çevrilə bilər.

Mövzu ilə bağlı təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov məzhəb və məzhəbçilik anlayışlarını şərh edib. Bildirib ki, məzhəblər dini hüquq məktəbləri olmaqla yanaşı, həm də coğrafi, tarixi və sosial şəraitin təsiri ilə formalaşan mədəni müxtəlifliklərdir. Ayrı-ayrı coğrafi məkanlarda məskunlaşan xalqlar öz adət-ənənələrinə və sosial ehtiyaclarına müvafiq olaraq məzhəbi yanaşmaları mənimsəyiblər. Radikalizm və ekstremizmlə mübarizə məsələsinə də toxunan A.Qafarov bu istiqamətdə inzibati qadağalardan çox mənəvi birliyin daha təsirli rol oynadığını vurğulayıb.

Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirak etdikləri ikigünlük regional konfrans müzakirələrlə yekunlaşıb.

10:39

Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi" mövzusunda regional konfrans başlayıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, iki gün davam edəcək tədbirdə Dövlət Komitəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransın keçirilməsində əsas məqsəd cəmiyyətdə məzhəb ayrı-seçkiliyi və məzhəbçilik zəminində radikallaşma risklərinə qarşı mübarizə yollarının müzakirəsi, Azərbaycanın tarixi birgəyaşayış ənənələrinin, sülh və harmoniya mühitinin təbliği, həmçinin milli-mənəvi həmrəyliyin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsinin aparılmasıdır.

Tədbir çərçivəsində "Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar" və "Məzhəbçilik əminində radikallaşma: risklər və mübarizə yolları" mövzuları üzrə panel müzakirələrin təşkili və eyni zamanda, konfrans çərçivəsində din xadimləri üçün təlimin keçirilməsi də nəzərdə tutulur.

Oxşar Xəbərlər

backend
IV Yay Düşərgəsində Heydər Əliyevin həyat yolundan və misilsiz xidmətlərindən bəhs olunub - FOTO
14.08.23 21:09
gundem / cemiyyet
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
27.05.22 21:17
gundem / siyaset
backend
Gündüz İsmayılov: “Dini təhsili olmayan şəxs din xadimi kimi fəaliyyət göstərə bilməz” - MÜSAHİBƏ + FOTO
14.04.22 21:10
gundem / cemiyyet
backend
Prezident “Media haqqında” qanunu təsdiqləyib - TAM MƏTN
8.02.22 20:33
gundem / siyaset

XƏBƏR LENTİ

21:05 Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
21:00 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
20:53 Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
20:50 Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
20:43 Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
20:37 Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
20:32 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
20:27 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir
20:23 MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:11 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
20:06 Ceyhun Bayramov niderlandlı həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
20:01 İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
19:56 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
19:45 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
20:56 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
20:54 İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
20:51 Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
20:46 İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
20:43 Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
20:40 Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
20:33 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
20:29 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
20:13 Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
20:05 Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
20:00 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37
backend
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
26.10.26 21:05
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.26 21:00
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26.10.26 20:53
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
26.10.26 20:50
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.26 20:43
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
26.10.26 20:37

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.