• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
5.10.26 20:56
gundem / iqtisadiyyat

Azərbaycanda dağ-mədən və metallurgiya proqramının icrasına elektron monitorinq sistemi yaradılacaq

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına nəzarət elektron sistem üzərindən həyata keçiriləcək.

azturktv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov bu gün sərəncam imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, operatoru olduğu "e-monitorinq" Portalında Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılığı üçün xüsusi modul formalaşdırsın. Modulun 3 ay müddətində yaradılması və növbəti ildən monitorinq və qiymətləndirmənin həmin modul üzərindən aparılması nəzərdə tutulur.

Yeni modulda Dövlət Proqramı üzrə tədbirlərin icraçı qurumları, şəhər və rayonlar, icra müddətləri və layihələr barədə məlumatlar əks olunacaq. Həmçinin layihələr üzrə ərazi planlaşdırılması, tikintiyə icazə, texniki-iqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza və dövlət ekoloji ekspertizasının rəyləri, maliyyələşmə, satınalma və müqavilələr barədə məlumatların sistemləşdirilməsi təmin ediləcək.

Sistem vasitəsilə layihələrin icra vəziyyəti və hesabatlılığı barədə məlumatların operativ izlənməsi mümkün olacaq.

Bundan başqa, Dövlət Proqramının icrasının monitorinqi üçün aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinin "e-monitorinq" portalına inteqrasiyası həyata keçiriləcək.

Mərkəz 2028-ci ildən başlayaraq Dövlət Proqramının icrasının monitorinqinin nəticələri barədə məlumatları hər il aprelin 30-dək Nazirlər Kabinetinə təqdim edəcək. Qiymətləndirmənin nəticələri isə 2029-cu və 2031-ci illərin iyunun 30-dək təqdim olunacaq.

Dövlət Proqramı üzrə əsas icraçı qurumlar 10 gün ərzində məsul şəxslər təyin etməli, iki ay müddətində isə tədbirlərin nəticə indikatorları üzrə illik hədəf göstəricilərini müəyyənləşdirərək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Layihələrin icrası ilə bağlı məlumatlar 2027-ci ildən başlayaraq rüblük əsasda "Layihə idarəetməsi" moduluna yerləşdiriləcək. İlin yekunları üzrə məlumatların isə 2028-ci ildən etibarən hər il fevralın 25-dək təqdim edilməsi nəzərdə tutulur.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsi və özəl sektor tərəfindən nəzərdə tutulan, ayrılan və istifadə edilən vəsaitlər, həmçinin növbəti illər üçün tələb olunan maliyyə vəsaiti barədə məlumatları rüblük əsasda sistemə daxil edəcəklər. Beynəlxalq maliyyə institutlarının ayırdığı vəsaitlər və kreditlər barədə məlumatlar da elektron sistemdə əks olunacaq.



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Oxşar Xəbərlər

backend
Prezident “Media haqqında” qanunu təsdiqləyib - TAM MƏTN
8.02.22 20:33
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib - YENİLƏNİB
22.09.26 20:33
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
13.01.26 19:35
gundem / siyaset
backend
İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktları ilə bağlı əsasnamə təsdiqlənib
6.10.23 20:08
gundem / siyaset

XƏBƏR LENTİ

21:11 Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
21:04 Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib
20:56 Azərbaycanda dağ-mədən və metallurgiya proqramının icrasına elektron monitorinq sistemi yaradılacaq
20:46 İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
20:37 İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib
20:32 Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
20:25 İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
20:21 XİN: Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir
20:17 Övladlığa götürmək istəyən şəxslərin sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb
20:14 Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
20:10 İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:36 Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərini müzakirə edib
20:30 Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
20:21 Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib
20:09 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20:04 İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
20:25 Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
20:22 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
20:15 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
20:04 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşa şəhərində bir araya gəliblər
19:55 AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
19:50 Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
19:43 Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
5.10.26 21:11
Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib
5.10.26 21:04
Azərbaycanda dağ-mədən və metallurgiya proqramının icrasına elektron monitorinq sistemi yaradılacaq
5.10.26 20:56
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
5.10.26 20:46
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib
5.10.26 20:37
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
5.10.26 20:32
backend
Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
5.10.26 21:11
Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib
5.10.26 21:04
Azərbaycanda dağ-mədən və metallurgiya proqramının icrasına elektron monitorinq sistemi yaradılacaq
5.10.26 20:56
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
5.10.26 20:46
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib
5.10.26 20:37
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
5.10.26 20:32
backend
Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
5.10.26 21:11
Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib
5.10.26 21:04
Azərbaycanda dağ-mədən və metallurgiya proqramının icrasına elektron monitorinq sistemi yaradılacaq
5.10.26 20:56
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
5.10.26 20:46
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib
5.10.26 20:37
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
5.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.