• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
30.03.24 21:16
gundem / medeniyyet

Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür .

Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür .

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür.
Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub.


O, 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib.

Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.

Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin “Hamlet” (“Gertruda”), Aleksandr Şirvanzadənin “Nakam qız” (“Sona”), Lev Tolstoyun “Canlı meyit” (“Maşa”), Çingiz Aytmatovun “Ana torpağı” (“Cenşengülün arvadı”), Hüseyn Cavidin “Xəyyam” (“Sevda”), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (“Pırpız Sona”), Fridix Şillerin “Məkr və məhəbbət” (“Ledi Milford”), Yucin Onilin “Qızıl” (“Süzen”) faciələrində, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” (“Gülcan”), “Mənim günahım” (“Nurcahan”), “Məhv olmuş gündəliklər” (“Anjel”), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (“Nihal”), İmran Qasımovun “Nağıl başlananda” (“Tahirə”) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun “Bəşərin komediyası və ya Don Junan” (“Teadora”), Maksim Qorkinin “Meşşanlar” (“Yelena Nikolayevna”), Səməd Vurğunun “İnsan (“Nataşa”), Raço Stoyanovun “Qısqanc ürəklər” (“Milkana”), Cəfər Cabbarlının “Aydın” (“Gültəkin”), Nikolay Poqodinin “Zamanın hökmü” (“İrina”), Əkrəm Əylislinin “Yastı təpə” (“Bəyaz”) pyeslərində cazibədar səhnə obrazları yaradıb.

Şəfiqə Məmmədova “Qaraca Qız” (“Qız”), “Dədə Qorqud” (“Burla xatun”), İstintaq” (“Gülya”), “Bizim Cəbiş müəllim” (“Cəbişin arvadı”), “Ad günü” (“Fəridə”), “Carvadarların izi ilə” (“Səriyyə”) bədii filmlərinə çəkilib.

Yaradıcılığının parlaq dövründə 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası birinci çağırış Milli Məclisinun deputatı olub (1995-2000).

2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafiyaçılar İttifaqının ilk sədri seçilib. 2022-ci il dekabr ayında o, yekdilliklə yenidən İdarə Heyətinin sədri seçilib.

İki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

2024-cü il 5 martında Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirildi. Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb. Azərbaycanda yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik etmək üçün Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb və səs çoxluğu ilə təsdiqlənib.

1974-cü il 1 iyununda “Azərbaycanın Əməkdar artisti”, 1982-ci il 1 dekabrında “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. 2013-cü il 25 iyununda “Şərəf”, 2020-ci il 29 martında I dərəcəli “Əmək” ordenləri ilə təltif olunub. 1979-cu il fevralın 24-də Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, 2002-ci il 11 iyununda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 2018-ci il 22 mayında Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Oxşar Xəbərlər

backend
Çəkildiyi xəyanət səhnəsi filmdən çıxarıldı, Rasim Balayevlə düşmən oldu, oğlunu şərlədilər - "Cəbiş müəllimin arvadı"nın həyatı
3.04.22 21:32
gundem / medeniyyet

XƏBƏR LENTİ

21:11 Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
21:07 "Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
21:04 Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
20:57 Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
20:52 Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
20:47 İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
20:43 Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur
20:40 Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB
20:38 Bakı və Rabat şəhərlərinin qardaşlaşması təşəbbüsü müzakirə edilib
21:11 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
21:08 Mourinyo İstanbuldan ayrıldı - Fotolar
21:05 Ərdoğan Türkiyə xalqını təbrik etdi
21:02 Bu ölkə Ukraynaya 100 milyon ayırdı
20:51 Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
20:48 Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artıb
20:41 Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
21:37 Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib
21:33 "Sülh üçün çalışmaq" Tramp-Putin görüşünün şüarı seçilib
21:30 Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
21:26 Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
21:23 Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
21:18 Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
21:15 Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
21:12 Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
21:09 İlin ilk altı ayında Azərbaycanda 1510 əkiz, 63 üçəm doğulub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
2.09.25 21:11
"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
2.09.25 21:07
Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
2.09.25 21:04
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
2.09.25 20:57
Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
2.09.25 20:52
İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
2.09.25 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.