• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.09.25 21:04
gundem / idman

Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Çimərlik güləşi üzrə Azərbaycan millisi bütün yarışlarda ən yaxşı nəticə üçün əlindən gələni edir.

azturktv.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Oyan Nəzəriani Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

O, iyulda baş tutan Azərbaycan çempionatı barədə danışıb:

"İki illik fasilədən sonra yenidən Azərbaycan çempionatı keçirildi. Bu çempionat 2 yaş qrupunda – U-17 və böyüklər arasında baş tutdu. Əvvəlki çempionatlarından fərqli olaraq, ilk dəfə qadınlar arasında da çimərlik güləşi üzrə qaliblər müəyyənləşdi. Yarışa xeyli iştirakçı qatılmışdı. Gözləntilərimiz doğruldu. Bu çempionatı keçirməkdə əsas hədəfimiz növbəti il baş tutacaq yeniyetmələrin Yay Olimpiya Oyunlarının hazırlığına daha erkən start vermək və milli komandanın geniş tərkibli güləşçi bazasını müəyyənləşdirib, onları məşq proseslərinə cəlb etmək, yarışlara hazırlaşmaq idi".

Mütəxəssis qarşıdakı yarışlar haqqında fikirlərini bölüşüb:

"Çempionat bitdikdən dərhal sonra güləşçiləri yığmanın tərkibinə cəlb etdik. Gündəlik bir məşqlə başladıq. Yeni gəlmiş idmançıları çimərlik güləşinin qaydaları, məşq növləri ilə tanış etdik. Daha sonra bu ilin birinci təlim-məşq toplanışına start verdik. İlk növbədə ümumi fiziki və funksional hazırlığa üstünlük verdik. Toplanış avqustun 30-da yekunlaşsa da, yarışlara qədər məşqlər davam edəcək. Əvvəlcə böyüklərdən ibarət heyətlə Dünya Seriyasının mərhələ yarışında iştirak etmək üçün Mərakeşin Kasablanka şəhərinə yollanacağıq. Oradan qayıtdıqdan dərhal sonra U-17 dünya çempionatı üçün son təlim-məşq toplanışına start verəcəyik. Burda da çeviklik və taktika üzərində işləyəcəyik. Hələ vaxtımız var. Çalışacağıq ki, daha çox təkmilləşib, maksimum dərəcədə yarışda yaxşı çıxış edək".

Oyan Nəzəriani idmançılardan gözləntilərini açıqlayıb:

"Yarış ərəfəsində çox iddialı danışmağın tərəfdarı deyiləm. Hər turnirin özəl xüsusiyyətləri var. İstənilən halda, bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik. Ona uyğun məşq edirik. Qazanacağımız nəticələri, medalların əyarını yarış günündəki şərait – güləşçilərin, rəqiblərin performansı müəyyənləşdirəcək. U-17 dünya çempionatında yüksək nəticələr qazanacağımıza ümid edirik. Dünya Seriyasında az güləşçi ilə iştirak etsək də, bu yarışda da medal qazanmağa namizədik".

Oxşar Xəbərlər

backend
Azərbaycanın çimərlik güləşi üzrə komandası Avropa çempionu olub - FOTO
7.07.22 22:19
gundem / idman
backend
İdman uğurlarımız vətənpərvərliyi gücləndirən amildir
11.04.22 14:32
gundem / siyaset
backend
Azərbaycanın idman şöhrəti getdikcə artır
11.04.22 14:30
gundem / siyaset
backend
Naxçıvanda 22 min manat mükafat fondu olan Azərbaycan çempionatı keçiriləcək
20.01.22 21:27
gundem / idman
backend
FHN-in idmançıları qələbələr əldə edir - FOTO
18.01.22 21:06
gundem / idman

XƏBƏR LENTİ

21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
21:51 Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
21:49 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
21:47 Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
21:44 Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
21:41 Rusiya Sumıya zərbə endirib, dörd nəfər ölüb
21:38 İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib
21:33 Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib
21:31 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
21:27 Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub
21:20 Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
21:16 Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
21:13 Bu gün Bakının 544 küçəsi yuyulub - YENİLƏNİB
21:07 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar
21:03 Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
20:58 Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:55 Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində olub - YENİLƏNİB
20:43 Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib
20:38 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
20:35 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
20:31 İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
20:29 Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib
20:26 İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
20:24 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
17.07.26 21:14
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
17.07.26 21:08
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
11.07.26 21:51
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
11.07.26 21:49
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
11.07.26 21:47
Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
11.07.26 21:44

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.