• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
11.07.26 20:29
gundem / tedbirler

Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bakıda "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" beynəlxalq konfransının ilk sessiyası baş tutub.

"Report" xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.

"Konqonun Səsi" təşkilatının (Konqo Demokratik Respublikası) baş nümayəndəsi Sedrik Monzia Aundu bildirib ki, bu gün dekolonizasiya təkcə ərazilərin deyil, həm də şüurun, informasiya məkanının və ictimai narrativlərin azad edilməsini əhatə edir.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələri (KİV) həm müstəmləkə stereotiplərini təkrarlaya, həm də xalqlar haqqında daha ədalətli təsəvvürün formalaşmasına töhfə verə bilər. S.Aundu, jurnalistikanın peşəkar standartlarını müasir platformaların imkanları ilə birləşdirərək, dezinformasiyaya qarşı səmərəli mübarizə apara və obyektiv informasiyanı təşviq edə bilən jurnalistlərin, eləcə də rəqəmsal inflüenserlərin əməkdaşlığının vacibliyini qeyd edib.

"Fransa müsəlmanları" xəbər portalının təsisçisi Jan-Mişel Brün bildirib ki, müstəmləkəçilik dövründə Fransa mətbuatı "sivilizasiya missiyası" obrazını formalaşdıraraq və zorakılıq, ayrı-seçkilik və istismar faktlarını gizlədərək çox vaxt müstəmləkəçiliyə haqq qazandırırdı.

Onun sözlərinə görə, müasir KİV-lər müstəmləkəçilikdən əziyyət çəkmiş xalqlara öz fikirlərini ifadə etmək imkanı verməli, sosial bərabərsizlik problemlərini işıqlandırmalı və müstəmləkə keçmişinin yenidən dərk olunmasına kömək etməlidir. Jan-Mişel Brün, həmçinin siyasi və iqtisadi təsirlərdən azad olan müstəqil medianın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

"One Saint Martin" Assosiasiyasının katibi, hökumətin sabiq müşaviri, jurnalist və teleaparıcı Alston Lourens bildirib ki, dekolonizasiya təkcə siyasi deyil, həm də kommunikasiya prosesidir.

O qeyd edib ki, KİV-lər ictimai qavrayışın formalaşmasında mühüm rol oynayır və alternativ baxış bucaqlarının olmaması gələcəyin müxtəlif modellərinin müzakirəsi imkanını məhdudlaşdırır. Onun sözlərinə görə, müstəqil media öz müqəddəratını təyin etmə, milli kimlik və konstitusion inkişaf haqqında açıq dialoq üçün məkan yaradır.

Seneqaldan olan jurnalist Barka Ba beynəlxalq KİV-lərdə yer alan Afrika haqqındakı mənfi stereotiplərin iqtisadi nəticələrinə diqqət çəkib. Onun sözlərinə görə, qitədəki hadisələrin birtərəfli işıqlandırılması təkcə onun imicinə deyil, həm də investisiya cəlbediciliyinə və Afrika ölkələrinin borclanma dəyərinə təsir göstərir.

O vurğulayıb ki, müstəmləkə irsinin informasiya və mental nəticələri aradan qaldırılmayana, Afrika dövlətləri isə beynəlxalq informasiya arenasında öz narrativlərini müstəqil şəkildə formalaşdırmaq imkanı əldə etməyənədək siyasi dekolonizasiya başa çatmış hesab edilə bilməz.

CBC TV-nin nümayəndəsi Elmira Musazadə qeyd edib ki, KİV tarixən həm müstəmləkəçilik təsəvvürlərinin formalaşmasında, həm də onların aradan qaldırılmasında əsas rol oynayıb.

Onun sözlərinə görə, müstəmləkəçilik dövründə ərazilərin ələ keçirilməsi çox vaxt "sivilizasiya missiyası" kimi təqdim olunur, yerli xalqlar isə müstəqil idarəetməyə qadir olmayanlar kimi təsvir edilirdi: "Müstəmləkəyə çevrilmiş cəmiyyətlər dünyanın gözündə söz haqqından məhrum edilmişdilər. Onların dilləri, ənənələri və tarixi gözardı edilirdi ki, bu da dərin kimlik böhranına gətirib çıxardı".

"Panjab TV"nin beynəlxalq siyasi məsələlər üzrə müxbiri Harprit Sinqh qeyd edib ki, dekolonizasiya təkcə siyasi hakimiyyətin təhvil verilməsini yox, həm də informasiya məkanına təsir göstərməkdə davam edən və hansı səslərin diqqət mərkəzində olduğunu müəyyən edən sistemlərin aradan qaldırılmasını əhatə edir:

"Dekolonizasiya - icmaların təzyiq, senzura və ya zorakılıq qorxusu olmadan öz hekayəsini danışmaq, mövqeyini ifadə etmək hüququnun bərpasıdır".

Oxşar Xəbərlər

backend
Prezident Arbitraj haqqında Qanunu təsdiqlədi
25.01.24 20:15
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident “Media haqqında” qanunu təsdiqləyib - TAM MƏTN
8.02.22 20:33
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

20:05 Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
19:56 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
21:13 Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
21:07 Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
21:00 Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
20:57 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
20:53 Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir
20:50 Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
20:46 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
20:43 Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi başa çatıb
20:39 Şəkidə avtoqəza olub, sürücü ölüb
20:32 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB
20:28 Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
20:25 Beyləqanda 14 şagird qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB
20:20 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
20:15 Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
20:07 Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
20:04 Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
19:59 İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
19:54 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
19:51 Ramzan Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verib
19:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib
19:43 Şahbaz Şərif İlham Əliyevə zəng edib
19:37 Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
11.10.26 20:05
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
11.10.26 19:56
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
11.10.26 19:48
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00
backend
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
11.10.26 20:05
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
11.10.26 19:56
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
11.10.26 19:48
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.