• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.09.25 20:40
gundem / siyaset

Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Ankarada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində (ƏSM) əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclası keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İclasdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın görüşü olub. Görüşdə sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə, növbəti iclasın gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Birgə Daimi Komissiyanın iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə qardaş ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyi və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Ötən dövrdə bu sahələrdə imzalanmış əməkdaşlıq sənədlərinin, Birgə Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin genişlənməsində önəmi diqqətə çatdırılıb.

İclasda gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması, əməyin mühafizəsi, peşə hazırlığı, pensiya təminatı, rəqəmsal xidmətlərin tətbiqi və s. sahələrdə qarşılıqlı təcrübə və məlumat mübadilələrinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Eləcə də sosial müdafiə sahəsində əməkdaşlığa dair ötən dövrlərdə imzalanmış Sazişin hər iki ölkədə əmək və sosial müdafiə sahələrində son illər aparılan islahatlar, rəqəmsal xidmətlərin inkişafı fonunda müasir tələblərə uyğun şəkildə yenilənməsinin məqsədəuyğun olduğu bildirilib.

Anar Əliyev və Vedat İşıkhan keçirdikləri brifinqdə Komissiyanın iclasının yekunları barədə məlumat verib, ortaq maraq doğuran sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdırıblar.

Sonra nazirlər Birgə Daimi Komissiyanın 12-ci iclasının Protokolunu imzalayıblar. Sənədə əlavə olunan 2026-2027-ci illər üzrə Tədbirlər Planında iki Nazirlik arasında qeyd edilən dövrdə aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluğunun artırılması, əmək miqrasiyası, əməyin mühafizəsinin təkmilləşdirilməsi və təlim infrastrukturunun inkişafı, qeyri-formal məşğulluğun qarşısının alınması, pensiya təminatı, sosial sığorta, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri, məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə də tanış olub.

19:12

Ankarada Türkiyə-Azərbaycan Əmək və Sosial Müdafiə Müştərək Daimi Komissiyasının 12-ci iclası keçirilib.

azturktv.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Görüşün sonunda iki ölkə arasında 2026-2027-ci illər üçün Əmək və Sosial Təminat üzrə Fəaliyyət Planı imzalanıb.

Oxşar Xəbərlər

backend
Əmək və sosial müdafiə üzrə I rübdə 147 min e-arayış verilib
20.04.25 21:45
gundem / sosial
backend
Türkiyə nümayəndə heyəti ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub - FOTO
22.11.23 19:55
gundem / sosial
backend
Azərbaycanla Serbiya strateji tərəfdaşlığa əsaslanan əlaqələrin gələcək istiqamətlərini müzakirə edib
27.04.23 21:10
gundem / sosial
backend
Sahil Babayev Dubayda BƏƏ-nin naziri ilə görüşdü - FOTO
30.03.22 20:02
gundem / sosial
backend
Sahil Babayev Rumıniyanın energetika naziri ilə görüşdü - FOTO
1.03.22 20:56
gundem / sosial

XƏBƏR LENTİ

20:58 Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
20:55 Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
20:52 Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub
20:49 Bu gün ikinci Qədr gecəsidir
20:47 Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib
20:44 Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
20:42 Sarayda yolu keçmək istəyən piyadanı maşın vurub öldürüb
20:39 Yevlaxda kişi dəm qazından zəhərlənərək ölüb
20:37 Sabah hava yağıntılı olacaq
20:35 Sabah ölkə üzrə pensiyalar ödəniləcək
20:31 Bakı və Astana Orta Dəhlizin inkişafına dair saziş imzalamağa hazırlaşır
20:25 Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərinin ötənilki maliyyə nəticələri müzakirə olunub
20:21 Türkiyə və İran liderləri regiondakı vəziyyəti müzakirə ediblər
20:19 Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik
20:16 Zelenski və Ərdoğan İran ətrafındakı vəziyyəti müzakirə ediblər
20:14 Fidanla Əraqçi yenidən Türkiyə hava məkanının pozulmasını müzakirə ediblər
20:11 İran ABŞ-nin İraq Kürdüstanındakı "Hərir" hərbi bazasına hücum edib
20:09 Türkiyə Malatyada "Patriot" sistemi yerləşdirir
20:05 BƏƏ İrandan edilən raket və dron hücumlarını dəf edir
20:03 Bəhreyn İranın 100-dən çox raketinin məhv edildiyini bildirib
20:00 Türkiyə parlamentinin İranla bağlı xüsusi iclası keçirilir
19:58 "Haber Global" Azərbaycandan İrana göndərilən humanitar yardımla bağlı süjet hazırlayıb
19:53 İsrail "Hizbullah"ın raket buraxılış qurğularını məhv edib
19:49 "Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət" kitabı Sarayevoda boşnak dilində nəşr olunub
19:45 Azərbaycan və Suriya prezidentləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
10.03.26 20:58
Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
10.03.26 20:55
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub
10.03.26 20:52
Bu gün ikinci Qədr gecəsidir
10.03.26 20:49
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib
10.03.26 20:47
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
10.03.26 20:44
backend
Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
10.03.26 20:58
Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
10.03.26 20:55
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub
10.03.26 20:52
Bu gün ikinci Qədr gecəsidir
10.03.26 20:49
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib
10.03.26 20:47
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
10.03.26 20:44

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.