• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
1.03.22 20:56
gundem / sosial

Sahil Babayev Rumıniyanın energetika naziri ilə görüşdü - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri Vircil Popesku arasında görüş olub.

Nazirlikdən verilən məlumata görə, görüşdə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare də iştirak edib.

S.Babayev Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Rumıniya olduğunu, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq əsasında ildən-ilə inkişaf etdiyini qeyd edib.

O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edən S.Babayev əməkdaşlığın inkişafı, o cümlədən ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın böyük olduğunu vurğulayıb.

Əlaqələrin daha da genişlənməsi üçün Komissiyanın səylərini daim artırdığını deyib. Komissiyanın 2018-ci ilin noyabr ayında Buxarest şəhərində (Rumıniya) keçirilən 5-ci iclasının da müsbət nəticələrini diqqətə çatdırıb.

V.Popesku ölkələrimiz arasında fəal siyasi dialoqun, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əlaqələrin genişlənməsi üçün aparılan işlərin məmnunluq doğurduğunu qeyd edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

Görüşdə ötən dövrdə Azərbaycan və Rumıniya arasında 60-dan çox əməkdaşlıq sənədinin imzalandığı qeyd edilib. Hazırlanmış yeni əməkdaşlıq sənədləri layihələrindən bəhs olunub.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində də iki ölkənin fəal əməkdaşlığı üçün potensialın olduğu vurğulanıb. Yeni əməkdaşlıq sənədləri layihələri sırasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rumıniyanın Əmək Ədalət Nazirliyi arasında Əməkdaşlıq haqqında Protokol” layihəsinin də olduğu diqqətə çatdırılıb.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:16 Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
21:14 Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
21:11 Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
21:08 Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
21:05 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
21:02 Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
21:00 Azərbaycan İdman Akademiyası və Azərbaycan Güləş Federasiyası arasında memorandum imzalanıb
20:56 Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
20:51 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
20:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
20:45 Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
20:43 İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
20:40 Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
20:36 Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
20:33 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
20:30 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
20:27 İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
20:22 İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
20:18 Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub
20:15 Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub
20:12 İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktorunu qəbul edib
20:09 İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib
20:06 İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
20:00 Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib - YENİLƏNİB
19:55 Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.