• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
24.10.23 20:33
gundem / cemiyyet

Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru arasında görüş keçirilib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Görüşdə Teymur Musayev ÜST ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində təşkilatın Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə səhiyyəsində həyata keçirilən köklü islahatlar nəticəsində bu sahənin yeni müasir konsepsiyalara uyğun modernləşdirilməsi, rəqəmsallaşdırma, uğurlu beynəlxalq təcrübədən istifadə, ilkin səhiyyənin və tibb təhsilinin inkişafı, uşaqların peyvəndlənməsi istiqamətlərində bir çox mühüm işlər həyata keçirilib, yeni qanunvericilik sənədləri hazırlanıb”, - deyə nazir vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə səhiyyə sisteminin yenidən qurulmasına başlandığını deyən Teymur Musayev bildirib:

“Qarabağda yaşayan əhalinin müayinə və müalicəsi artıq dövlətimiz tərəfindən qarşılanır. Ötən ay həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində mülki əhaliyə zərər dəyməyib, yalnız legitim hərbi infrastruktur hədəfə alınıb”.

Həmçinin, nazir BMT-nin nümayəndələrinin Azərbaycanın Qarabağ regionuna səfəri çərçivəsində mövcud vəziyyətin müsbət qarşıladığını qeyd edib:

“Həmin bölgədə yaşayan əhali dərhal qida və dərman preparatları ilə təmin edilib. Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və zərər çəkmiş şəxslərə təcili tibbi yardımın göstərilməsi təşkil edilib”.

Teymur Musayev bildirib ki, Azərbaycan dünyada ən çox mina ilə çirklənmiş ölkələr sırasındadır:

“Azərbaycanın Ermənistan tərəfindən minalanmış ərazilərində mülki şəxslər bu gün də həyatlarını və sağlamlıqlarını itirirlər. Dövlətimizin minalardan təmizlənməsi üzrə atdığı bir çox addımlara baxmayaraq, Ermənistan 30 il ərzində yerləşdirdiyi minaları təmizləmək uzun bir prosesdir”.

Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib.

Həmçinin, bu yaxınlarda təşkilatın Avropa Regional direktoru Hans Henri Klügenin Azərbaycana səfərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycanın Qarabağ regionu haqqında ətraflı məlumata və bu bölgədə yaşayan insanların sağlamlığının qorunması sahəsində görülən işlərə görə təşəkkürünü çatdırıb.

Tedros Adhanom Qebreyesus, xüsusən, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyini, pandemiya dövründə ölkəmizin təşkilata etdiyi humanitar yardımları, eyni zamanda, xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları yüksək qiymətləndirib. O, ÜST-nin Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarsalandığını və dəstəklədiyini vurğulayıb.

Sonda tərəflər arasında təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

backend
Səhiyyə Nazirliyində Misir nümayəndə heyəti ilə görüş keçirilib - FOTO
27.07.22 21:28
gundem / cemiyyet
backend
Azərbaycan Prezidenti ÜST-ün baş direktorunu qəbul edib - YENİLƏNİB
16.06.22 21:45
gundem / siyaset
backend
Baş nazir ÜST-ün Baş direktoru ilə görüşüb
16.06.22 21:42
gundem / siyaset

XƏBƏR LENTİ

21:11 Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
21:07 "Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
21:04 Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
20:57 Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
20:52 Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
20:47 İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
20:43 Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur
20:40 Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB
20:38 Bakı və Rabat şəhərlərinin qardaşlaşması təşəbbüsü müzakirə edilib
21:11 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
21:08 Mourinyo İstanbuldan ayrıldı - Fotolar
21:05 Ərdoğan Türkiyə xalqını təbrik etdi
21:02 Bu ölkə Ukraynaya 100 milyon ayırdı
20:51 Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
20:48 Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artıb
20:41 Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
21:37 Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib
21:33 "Sülh üçün çalışmaq" Tramp-Putin görüşünün şüarı seçilib
21:30 Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
21:26 Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
21:23 Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
21:18 Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
21:15 Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
21:12 Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
21:09 İlin ilk altı ayında Azərbaycanda 1510 əkiz, 63 üçəm doğulub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
2.09.25 21:11
"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
2.09.25 21:07
Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
2.09.25 21:04
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
2.09.25 20:57
Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
2.09.25 20:52
İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
2.09.25 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.