• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
3.10.23 19:41
gundem / dunya

Xəzərdə təlimlər, Ərdoğan-Tokayev danışıqları - TƏHLİL



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında oktyabrın 2-də telefon danışığı olub.

Liderlərin ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə etməsi Azərbaycanla Qazaxıstanın Xəzər dənizindəki birgə hərbi təlimlərinin başlandığı günə təsadüf edib.

Prezidentlərin müzakirələrinə həmin fonda - hərbi təlimlərin işığında - qiymət verəndə Türkiyənin Xəzər dənizində təhlükəsizliyin qorunması prinsipləri üçün prioritetlər seçdiyi görünür.

Cəlbedicidir ki, Ankaranın xarici siyasət strategiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında yerləşdirdiyi alətlər bir-birilə sıx bağlıdır - elə digər oyunçuların da.

Qazaxıstan Türkiyənin Mərkəzi Asiyadakı əsas iqtisadi və siyasi partnyorudur ki, bu da Ankaranın bölgə dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməsinə münbit şərait yaradır.

Bu proses regionun Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində parlayan gündəliyini beynəlxalq oyunçuların masasında müzakirə predmeti edir.

Qısa şəkildə:

- Qərb TDT-nin iqtisadi gücünü öz tərəfinə doğru çəkmək üçün əlləşir;

- Qlobal təchizat zəncirləri qırılan Rusiya TDT-ni regional və qlobal ambisiyalarının çətirinə salmağa çalışır;

- Çin TDT-nin dinamikasından həzz alır. Çünki Pekin regionda Orta Dəhliz üzrə iddialarının yerinə yetirilməsində TDT-dən ən çox fayda götürən oyunçudur.

Türkiyə ilə Qazaxıstanın cərəyan edən beynəlxalq proseslərdə təmsil etdiyi dairə regionda maraqları kəsişən oyunçular üçün kritik nöqtədir.

Çünki Qazaxıstan zəngin təbii sərvətlərə malikdir, bu ölkə Mərkəzi Asiyadakı gələcək hadisələrə qapıdır, bu yaxınlarda cənab Tokayev dövlətin hibrid təhdidlərlə üz-üzə qaldığına dair ciddi siqnal verdi. Bu, qlobal rəqabətdə Mərkəzi Asiya üzrə tendensiyaların pərdəarxası dinamikasını göstərən simvollardır.

Bu mənada Türkiyənin həm ikitərəfli, həm də TDT çərçivəsindəki çoxtərəfli təhlükəsizlik formatında Qazaxıstanı ipə götürmək istəyənlərə qarşı hərəkətini aktivləşdirməsi başadüşüləndir.

Ərdoğanla Tokayevin danışıqları geniş mənada sistemli səbəblərlə beynəlxalq platformadakı münaqişələrin Mərkəzi Asiya səhnəsində davam edəcəyinə qarşı təsir dairələrini əhatə edir.
Rusiya-Ukrayna müharibəsi ilə beynəlxalq sistemdəki mürəkkəblik dozasının həddini keçməsi Türkiyə-Qazaxıstan əməkdaşlığının perspektiv təyinatlarını müəyyənləşdirmək çağırışlarını ortaya çıxarır.

Bu isə postsovet məkanının Cənubi Qafqaz teatrında yeni reallıqlar yaradan Azərbaycanın genişlənən strateji məzmunu ilə paraleldir.

Azərbaycan və Türkiyə TDT-nin genişlənmə siyasətinin əsas iki təşəbbüskarıdır, Qazaxıstan isə Bakı-Ankara gündəliyinin Mərkəzi Asiya oxuna dəstək göstərir.

TDT-nin güclənən orbitini zəifləyən orbitə doğru dəyişməməsi üçün:

- Özbəkistanın proseslərdə iştirak səviyyəsinin qalxması,

- Qırğızıstanın ərazi münaqişələri üzrə (Tacikistanla) problemləri sonlandırması,

- Müşahidəçi statusda olan Türkmənistanın enerji-iqtisadi layihələrdə TDT-nin gündəliyinə töhfə verməsi,

- Digər müşahidəçi qismində olan Macarıstanın Avropa İttifaqının regiondakı iqtisadi təşəbbüslərinin artmasına yardımçı olması lazımdır.

Sadalan bəndlər əsassız deyil, çünki tənəzzülə uğrayan qlobal siyasi sistem regional təhlükəsizlik atmosferini korlayır. İndi güclü təhlükəsizlik immunitetləri formalaşdırılmalıdır, TDT-nin bu potensialı Azərbaycanın Qarabağda suverenliyini təmin etməsi ilə güclənir. Yəni münaqişələrin bir-birilə əlaqəli halqalarından biri qırıldı, hərçənd, Mərkəzi Asiya regionu xeyli dərəcədə həssas olaraq qalmaqdadır.

Regionda hibrid güc tətbiqinin ən aktiv fazaya keçməməsi həyati əhəmiyyət kəsb edir, çünki o, vəziyyəti həll etmək əvəzinə daha da gərginləşdirir.

Ərdoğanla Tokayevin telefon danışığı mövcud problemləri həll etmək və genişmiqyaslı neqativ nəticələrin qarşısını almaq üçün gələcək kritik məqamlara işıq salacaq.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:11 Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
21:07 "Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
21:04 Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
20:57 Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
20:52 Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
20:47 İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
20:43 Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur
20:40 Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB
20:38 Bakı və Rabat şəhərlərinin qardaşlaşması təşəbbüsü müzakirə edilib
21:11 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
21:08 Mourinyo İstanbuldan ayrıldı - Fotolar
21:05 Ərdoğan Türkiyə xalqını təbrik etdi
21:02 Bu ölkə Ukraynaya 100 milyon ayırdı
20:51 Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
20:48 Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artıb
20:41 Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
21:37 Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib
21:33 "Sülh üçün çalışmaq" Tramp-Putin görüşünün şüarı seçilib
21:30 Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
21:26 Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
21:23 Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
21:18 Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
21:15 Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
21:12 Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
21:09 İlin ilk altı ayında Azərbaycanda 1510 əkiz, 63 üçəm doğulub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
2.09.25 21:11
"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
2.09.25 21:07
Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
2.09.25 21:04
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
2.09.25 20:57
Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
2.09.25 20:52
İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
2.09.25 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.