• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.08.23 20:32
gundem / siyaset

Notariuslar üçün yeni qayda müəyyənləşdi



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.

azturktv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qüvvədə olan təlimata görə, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və ya digər əmlakın idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar siyahısı maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də, göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən, bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı olduqda, bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.
Dəyişikliyə əsasən, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsaitlərinin, qiymətli kağızların və ya digər əmlakın, habelə bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də, həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi nüfuzlu şəxslərinin əmlakı ilə bağlı olduqda, bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.

Oxşar Xəbərlər

backend
Prezident Xarici İşlər Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
31.05.23 19:04
gundem / siyaset

XƏBƏR LENTİ

22:02 Ərdoğan Fransa və Böyük Britaniyanın Fəlsətini tanımaq niyyətini alqışlayıb
21:59 İsrail Livanda “Hizbullah”ın hədəflərinə zərbələr endirdiyini təsdiqləyib
21:56 Putin ağır cinayətlərə görə vətəndaşlıqdan məhrumetmə haqqında qanunu imzalayıb
21:50 Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni vəzifələr verilib
21:47 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
21:44 "Sabah"ın baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"
21:41 Azərbaycanın güllə atıcısı Avropa çempionatında gümüş medal qazanıb
21:37 Ekvadorda avtomobil yarışı iki nəfərin ölümündən sonra təxirə salınıb
21:32 Aeroport yolunda maşın yanıb
21:27 Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır
21:25 Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
21:20 Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
21:17 Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub
21:15 Azərbaycan ABŞ ilə Orta Dəhliz üzərindən daşımaların perspektivlərini müzakirə edib
21:06 QHT-lərin göstərdiyi xidmət və işlərə dair yeni tələblər təsdiqlənib
21:02 Azərbaycanlı qazi jurnalistlər Türkiyə Qazilər və Şəhid Ailələri Vaqfində olublar
20:58 Köç karvanı Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
20:54 Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək
20:50 Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığı müzakirə edib
20:47 Kürdəmirdə avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
20:42 Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün daimi təhlükədir
21:27 Prezident İlham Əliyev Maldiv liderini təbrik edib
21:17 Ceyhun Bayramov Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib - YENİLƏNİB
21:04 MM-in Korsika Xalqına Dəstək Qrupu: Fransa Milli Assambleyasında Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir
20:54 XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Fransa və Böyük Britaniyanın Fəlsətini tanımaq niyyətini alqışlayıb
31.07.25 22:02
İsrail Livanda “Hizbullah”ın hədəflərinə zərbələr endirdiyini təsdiqləyib
31.07.25 21:59
Putin ağır cinayətlərə görə vətəndaşlıqdan məhrumetmə haqqında qanunu imzalayıb
31.07.25 21:56
Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni vəzifələr verilib
31.07.25 21:50
Bakıda Mərakeşin milli bayramı qeyd olunub
31.07.25 21:47
"Sabah"ın baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"
31.07.25 21:44
backend
Ərdoğan Fransa və Böyük Britaniyanın Fəlsətini tanımaq niyyətini alqışlayıb
31.07.25 22:02
İsrail Livanda “Hizbullah”ın hədəflərinə zərbələr endirdiyini təsdiqləyib
31.07.25 21:59
Putin ağır cinayətlərə görə vətəndaşlıqdan məhrumetmə haqqında qanunu imzalayıb
31.07.25 21:56
Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni vəzifələr verilib
31.07.25 21:50
Bakıda Mərakeşin milli bayramı qeyd olunub
31.07.25 21:47
"Sabah"ın baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"
31.07.25 21:44

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.