• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.04.23 20:43
gundem / siyaset

TÜRKPA-nın Ankara Bəyannaməsində Azərbaycan üçün bir sıra vacib məsələlər yer alıb


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Aprelin 27-28-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XII Plenar İclası keçirilib. İclas Ankara Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

APA xəbər verir ki, bəyanatda Azərbaycan üçün bir çox vacib məsələlər əksini tapıb. Belə ki, sənəddə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və qarşılıqlı hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək bir daha təsdiq olunur və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və sülhün əldə olunmasında mühüm amil olacağına inam ifadə olunur.

Sənəddə, həmçinin qovulmuş etnik azərbaycanlıların hüquqlarının həyata keçirilməsinə, beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları üçün dinc səylərinə dəstək ifadə olunur. Bu, Cənubi Qafqazda regional barışıq və normallaşma üçün mühüm məqam hesab edilir.

Bəyannamədə münaqişədən sonra davam edən bərpa, yenidənqurma və reinteqrasiya səylərində Azərbaycan Respublikası ilə həmrəylik ifadə olunur, üzv və müşahidəçi dövlətlər bu prosesə dəstək və töhfə verməyə dəvət edilir, eyni zamanda bu istiqamətdə əldə etdiyi nailiyyətlər, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpasında və regionun beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsində mühüm rol oynayan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılması münasibətilə Azərbaycana təbrik ünvanlanır.

Təşkilata üzv dövlətlər, həmçinin, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və onların Laçın-Xankəndi yolu ilə qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının narahatlığını nəzərə alır, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində müstəsna olaraq humanitar məqsədlər üçün nəzərdə tutulan bu yoldan sui-istifadəyə qarşı keçirilən dinc etiraz aksiyaları ilə həmrəy olduğunu bildirir.

Qoşulmama Hərəkatına (QH) və onun Parlament Şəbəkəsinin (QHPŞ) Azərbaycan sədrliyinin Hərəkat çərçivəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə Bəyannamədə yüksək qiymətləndirilir, üzv ölkələr QHPŞ-nin müvafiq olaraq 2022-ci il 30 iyun-1 iyul 2022-ci il və 13 mart 2023-cü il tarixlərində keçirilmiş Bakı və Manama konfranslarına uğurla ev sahibliyi edilməsi münasibətilə təbriklərini bildirir və konfransların nəticələrini təqdir edirlər. Bundan başqa, 9-11 mart 2023-cü il tarixlərində 10-cu Qlobal Bakı Forumunun “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda uğurla təşkil edilməsi münasibətilə də Azərbaycan Respublikasına təbrik ifadə olunur.
Sənəddə siyasi müdrikliyi və rəhbərliyi ilə Azərbaycanın dövlətçilik və inkişaf tarixində silinməz iz qoymuş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması alqışlanır.

TÜRKPA-ya üzv dövlətlərin təmsilçiləri motivindən asılı olmayaraq, bütün forma və təzahürlərində terrorizmi birmənalı şəkildə pisləyir və terrorizmə qarşı güclü həmrəylik nümayiş etdirir, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolunu vurğulayır və üzv dövlətləri terrorizm, radikalizm, terrorizmə səbəb olan ekstremizm və separatizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə və bu məqsədlə beynəlxalq forumlarda səyləri əlaqələndirməyə çağırırlar.

Digər mühüm məqamlardan biri də sənəddə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumun pislənilməsi və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırışın səsləndirilməsidir.

O cümlədən, Bəyannamədə nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi və regionun nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, tranzit potensialının artırılmasına töhfə verəcək Zəngəzur dəhlizinin tezliklə açılması daxil olmaqla, nəqliyyat infrastrukturunun daha da inkişaf etdirilməsi təşviq olunur.

Oxşar Xəbərlər

backend
Sülhün və Azərbaycanın ərazi bütövlüyünün təminatı istiqamətində mühüm qərar
11.04.22 13:12
gundem / siyaset

XƏBƏR LENTİ

21:11 Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
21:07 "Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
21:04 Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
20:57 Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
20:52 Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
20:47 İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
20:43 Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur
20:40 Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB
20:38 Bakı və Rabat şəhərlərinin qardaşlaşması təşəbbüsü müzakirə edilib
21:11 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
21:08 Mourinyo İstanbuldan ayrıldı - Fotolar
21:05 Ərdoğan Türkiyə xalqını təbrik etdi
21:02 Bu ölkə Ukraynaya 100 milyon ayırdı
20:51 Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
20:48 Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artıb
20:41 Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
21:37 Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib
21:33 "Sülh üçün çalışmaq" Tramp-Putin görüşünün şüarı seçilib
21:30 Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
21:26 Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
21:23 Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
21:18 Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
21:15 Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
21:12 Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
21:09 İlin ilk altı ayında Azərbaycanda 1510 əkiz, 63 üçəm doğulub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
2.09.25 21:11
"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
2.09.25 21:07
Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
2.09.25 21:04
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
2.09.25 20:57
Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
2.09.25 20:52
İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
2.09.25 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.