• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
24.02.23 19:09
gundem / siyaset

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı soyqırımına həsr olunan tədbir keçirilib - FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə İtaliya parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatik korpus təmsilçiləri, yerli KİV nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Bir gecədə 613 mülki şəxsin etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirildiyini vurğulayan səfir bunun Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin təzahürü olduğunu qeyd edib. O, Xocalıda törədilən soyqırımı cinayətinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin ən kobud şəkildə pozularaq planlaşdırılmış şəkildə həyata keçirildiyini bildirib.


R.Aslanov müharibə, soyqırımı və insanlıq əleyhinə cinayətlərin xatırlanmasının həm də onları törədənlərin cəzalandırılmasının təminatı və bir daha baş verməməsi baxımından önəmli olduğunu vurğulayıb. 2020-ci il Vətən müharibəsi nəticəsində ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə öz gücü sayəsində ədaləti bərqərar edərək, ərazi bütövlüyünü bərpa etdiyini deyən səfir Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi üçün də dövlətimizin israrlı olduğunu diqqətə çatdırıb.

Səfir dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə mühüm töhfə olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova çıxış edərək bildirib ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Xocalı faciəsini miqyasına, qəddarlığına görə unutmaq mümkün deyil və bu tarix xalqımızın qan yaddaşında həmişəlik həkk olunub. Bu faciə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.

O, erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, eləcə də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında olduğunu qeyd edib. Vurğulayıb ki, bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi əhəmiyyət kəsb edir.

F.Yusibova qeyd edib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, bu faciənin qurbanlarının xatirəsinin anılmasına və hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır. Kampaniya çərçivəsində görülən məqsədyönlü fəaliyyət nəticəsində dünya ölkələri erməni terrorçularının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. İndiyədək 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Sonra İtaliyadakı Azərbaycan icmasının 13 yaşlı üzvü İlduzə Sadıxova Xocalı soyqırımının canlı şahidi Səriyyə Müslim qızı Cəfərovanın müəllifi olduğu və Xocalı soyqırımının qurbanlarına həsr edilən “Onlar heç vaxt böyüməyəcəklər” kitabından hekayələri italyan dilində tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Anım tədbirində Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun və Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin çıxışları dinlənilib, Azərbaycan və dünya klassik əsərləri səsləndirilib. Bundan başqa, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə tərəfindən bəstələnən “Xocalıya” əsəri ifa olunub.

Tədbir çərçivəsində, həmçinin Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:11 Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
21:07 "Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
21:04 Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
20:57 Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
20:52 Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
20:47 İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
20:43 Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur
20:40 Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB
20:38 Bakı və Rabat şəhərlərinin qardaşlaşması təşəbbüsü müzakirə edilib
21:11 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
21:08 Mourinyo İstanbuldan ayrıldı - Fotolar
21:05 Ərdoğan Türkiyə xalqını təbrik etdi
21:02 Bu ölkə Ukraynaya 100 milyon ayırdı
20:51 Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
20:48 Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artıb
20:41 Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
21:37 Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib
21:33 "Sülh üçün çalışmaq" Tramp-Putin görüşünün şüarı seçilib
21:30 Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
21:26 Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
21:23 Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
21:18 Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
21:15 Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
21:12 Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
21:09 İlin ilk altı ayında Azərbaycanda 1510 əkiz, 63 üçəm doğulub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
2.09.25 21:11
"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
2.09.25 21:07
Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
2.09.25 21:04
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
2.09.25 20:57
Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
2.09.25 20:52
İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
2.09.25 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.