• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.10.22 21:18
gundem / iqtisadiyyat

“Fitch” SOCAR-ın reytinqi ilə bağlı proqnozu yüksəltdi



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqi (UED) üzrə proqnozu “stabil”dən “müsbət”ə dəyişərək UED və yüksək təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilib.


Bildirilib ki, bərpa reytinqi “RR4” səviyyəsində təsdiqlənib.

“Reytinq hərəkəti Azərbaycanın suveren reytinqi (BB+/Müsbət) üzrə proqnoza yenidən baxılmasından və SOCAR-ın kredit qabiliyyətinin güclənməsindən sonra həyata keçirilir ki, bu da onun müstəqil kredit profilinin (SCP) yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, - Fitch qeyd edib.

SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərdir. Bu, şirkətə maliyyə zəmanətləri, pul vəsaitləri və kapitala investisiyalar şəklində göstərilən dövlət dəstəyi, habelə SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət mexanizmi kimi əhəmiyyəti ilə gücləndirilir.

“Biz SOCAR-ın kredit qabiliyyətini “b+” səviyyəsində qiymətləndiririk”, - məlumatda deyilib.

Azərbaycanda neft və qaz layihələrinin əksəriyyəti SOCAR-ın azlıq payına malik olduğu və onun da dövləti təmsil etdiyi və xam neft və qaz payının (mənfəət nefti) satışında iştirak etdiyi hasilatın pay bölgüsü sazişləri əsasında həyata keçirilir. Bundan əlavə, SOCAR dövlət tərəfindən dəstəklənən bəzi digər böyük enerji layihələrində, məsələn, Cənub Qaz Dəhlizi layihələrində paya malikdir.

“Hökumət daxili yanacaq qiymətlərinin tənzimlənməsi, nağd pul inyeksiyaları, hökumətin apardığı bölgü və digər tədbirlər vasitəsilə SOCAR-ın gəlirliliyinə və balansına əhəmiyyətli nəzarəti həyata keçirir. Hesab edirik ki, hökumətin SOCAR üçün adekvat maliyyələşdirməni saxlamaq üçün stimulları var”, - “Fitch” bildirib.

2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı 4%, 2023-cü ildə isə 5% artıracağı proqnozlaşdırılır.

“Bu, əsasən təbii qaz hasilatının artması hesabına baş verəcək və bundan sonra da sabit qalacaq”, - “Fitch” hesab edir.

Agentlik xatırladıb ki, SOCAR 2021-ci ildə qaz və maye hasilatında analoji artımla neft və qaz hasilatını 7% artıraraq sutkada 282 min barel neft ekvivalentinə çatdırıb: “Bu, Azərbaycanda neft hasilatının 1 %, qaz hasilatının isə 23 % artması ilə bağlıdır. Neftlə müqayisədə daha yüksək qaz hasilatı əsasən “Şahdəniz-2” yatağında 2018-ci ildə hasilata başlanması və sonrakı əlavə istehsalat sahələrinin artırılması ilə bağlıdır”.

“Fitch” “Brent” markalı neftin 2022-ci ildə 100 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları, 2024-cü ildə 65 ABŞ dolları, sonrakı illərdə isə 53 ABŞ dolları/barel olacağını proqnozlaşdırır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-2025-ci illər üçün ümumi kapital qoyuluşunun 16 milyard manat olacağı gözlənilir.

“Biz gözləyirik ki, borc vəsaitlərinin azaldılması və iri layihələrin başa çatdırılması SOCAR-ın kapital qoyuluşu proqramını daha görünən etməlidir ki, bu da SOCAR-ın müstəqil kredit profilinin (SCP) yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, - Fitch bildirib.

Agentliyin məlumatına görə, 2021-ci ilin sonunda SOCAR-ın nağd pul qalığı 5,9 milyard manat qısamüddətli borcla müqayisədə 9 milyard manat təşkil edib:

“Biz SOCAR-ın likvidliyini dəstəkləyən neft və qaz qiymətlərinin artması fonunda 2022 və 2023-cü illərdə güclü pul axını gözləyirik”.

SOCAR-ın leveraj tarixən analoji kampaniyalarla müqayisədə nisbətən yüksək olsa da, “Fitch” əməliyyatlardan əldə edilən pul vəsaitlərinin (FFO) xalis leverecinin 2022-ci ildən etibarən azalacağını gözləyir:

“Bu, “Fitch”in qiymət palitrasına uyğun olaraq yüksək neft və qaz qiymətləri səbəbindən yüksək pul vəsaitlərinin axınını əks etdirəcək. Qənaətbəxş likvidlik və təkmilləşdirilmiş maliyyə şəffaflığı ilə birlikdə FFO xalis leverecini 4,0x-dən aşağı saxlamaq SCP-nin müsbət yenidən qiymətləndirilməsinə səbəb ola bilər”.

“Fitch” SOCAR-ın 2022-2025-ci illər ərzində illik dividend ödənişini 0,6 milyard manat səviyyəsində proqnozlaşdırır.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:24 İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
21:21 Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
21:19 Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
21:16 Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
21:12 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
21:10 Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
21:07 İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
21:04 Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
21:00 WUF13-də Pəncab pavilyonunun açılışı olub
20:58 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir
20:52 İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
20:49 Rəşad Əzizov: Azərbaycan UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindən dayanıqlı inkişaf aləti kimi istifadə etməlidir
20:43 Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
20:35 Bu ilin birinci rübündə 8 203 nikah və 4 614 boşanma qeydə alınıb
22:11 Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib
22:05 İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının rəhbərini zərərsizləşdirib
22:00 Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
21:56 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb
21:51 Daşkənd Oriental Universitetində Xaqani Şirvani auditoriyası açılıb
21:44 Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
21:38 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
21:26 Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin imtahan tarixi açıqlanıb
21:17 19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
21:10 Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
20:57 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.