• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
17.01.22 20:46
gundem / medeniyyet

Tbilisi Tarix Muzeyində saxlanılan nadir Qarabağ inciləri - REPORTAJ + FOTO











MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İstənilən paytaxt şəhərini tarixi əks etdirən muzeysiz təsəvvür etmək mümkün deyil. Xarici ölkələrə səfər zamanı mərkəzi şəhərlərin tarixi ilə yaxından tanışlıq bu muzeylərə ziyarət sayəsində mümkün olur. Tarix muzeyinə ziyarət həm də şəhərin tarixinə hörmət əlamətidir. Gürcüstanın paytaxtı Tbilisinin Tarix Muzeyi də ziyarətə mütləq layiqdir. Zəngin fonda sahib, yerləşdiyi binanın belə ayrıca tarix olduğu bu muzeyin azərbaycanlılar üçün olduqca maraqlı edən bir cəhəti var - sərgilənən Azərbaycan inciləri.

İoseb Qrişaşvili adına Tbilisi Tarix Muzeyi şəhərin köhnə hissəsində, tarixi abidə olan keçmiş karvansaranın əzəmətli binasında yerləşir. 1910-cu ildə açılan muzeyin fondlarında Tbilisinin zəngin tarixini əks etdirən 50 mindən çox maddi mədəniyyət nümunəsi qorunur. Onların arasında Tbilisi mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycana xas nadir incilər də var. XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid olan mədəniyyət nümunələrimiz muzeyin ikinci mərtəbəsində - daimi ekspozisiyada sərgilənir.“Report”un Gürcüstan bürosunun əməkdaşları muzeyi ziyarət edib və sərgilənən milli musiqi alətlərimiz, xalçalar və məişət əşyalarımızla tanış olub.

Zala daxil olan kimi özünü XIX əsrin Tiflisində hiss edirsən. Daimi ekspozisiya zalında diqqəti ilk cəlb edən musiqi alətləri guşəsidir. Burada Azərbaycanın musiqi alətləri – tar, kamança, qaval, saz təqdim olunur. Bu alətlərin Tbilisi Tarix Muzeyində yer alması təsadüfi deyil, belə ki, muğam qədim Tbilisi mədəniyyətinin ayrılmaz hissəsi olub və bu sənətə şəhərdə böyük rəğbət bəslənilib.

Muzeydə milli alətlərimizlə yanaşı, mahir muğam ifaçısı, ömrünün 30 ilini Tbilisidə yaşamış və məşhurluq qazanmış “Bülbülcan” təxəllüslü Əbdülbaqi Zülalovun trio ilə birgə ağ-qara fotoşəkli də sərgilənir. Təəssüflər olsun ki, fotoşəklin altında orada yer alan ifaçılar haqqında məlumata rast gəlinmir.



Mədəniyyətimizə aid eksponatlarla bağlı ətraflı məlumat almaq üçün muzeyin bələdçisi Mziya Gelaşvili ilə həmsöhbət oluruq. O, ekspozisiyanın mədəniyyətlərin qovuşduğu Tbilisinin tarixi mühitini əks etdirdiyini deyir. Bələdçinin sözlərinə görə, muzeydə şəhərdə bu gün də mövcud olan Şərq mədəniyyəti və mədəni müxtəliflik ilə yaxından tanış olmaq mümkündür.

Zalda Azərbaycan mədəniyyətinə aid məişət predmetləri - səhəng və dolçalar, “Sumax” növünə aid xalça, xurcun, məfrəş, mütəkkə, balış, kisə, boğça, atın və yaxud da dəvənin üstünə örtülən çullar, qəlyan və süfrə ayrıca vitrində sərgilənir. Nəfis toxuculuq məmulatlarının bir qismi Qarabağ qrupuna aiddir. Xalçalar arasında Qarabağ tipinin xovsuz xalça növünə və XIX əsrin sonuna aid olan “Zili” də diqqət çəkir.

Qiymətsiz kolleksiyaya aid əşyaların əksəriyyəti fərdi şəxslərdən alınıb və ya muzeyə hədiyyə edilib. Azərbaycan mədəniyyət nümunələri muzey ziyarətçilərinə Şərq mədəniyyəti adı altında təqdim olunur.



M.Gelaşvili deyir ki, burada qorunan əksər əşyalar Tbilisinin müsəlman əhalisinin gündəlik məişət həyatında istifadə olunub:

“Predmetlər arasında məfrəşə də yer alıb ki, o, cehiz əşyalarının toplanması üçün nəzərdə tutulub. Bundan başqa, yalnız at üçün deyil, dəvə üçün də yəhərüstülər təqdim edilib”.

Azərbaycan xalçaları zalın bir neçə guşəsini bəzəyir. Dəyərli incilərimiz daxili tərtibatda geniş istifadə olunub. Avropa dəbinə, kürd və yəhudilərə məxsus geyimlərin, qədim ev əşyalarının yer aldığı guşələrin tərtibatı Azərbaycan xalçaları ilə tamamlanıb. Xalçalar yundan və təbii boyalı olduğundan cazibədarlığını qoruyub saxlayıb, guşələrə xüsusi gözəllik və rahatlıq verib.

Zalda qədim Tbilisinin əsas atributlarından olan xalça dükanının miqyaslı modeli ilə tanışlıq da ziyarətin ən maraqlı hissələrindən biridir. Maketdə rəngarəng Azərbaycan xalçaları və xurcunlar nümayiş etdirilir, şəkillər vasitəsilə xalça ticarəti əks olunub.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:11 Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
21:07 "Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
21:04 Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
20:57 Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
20:52 Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
20:47 İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
20:43 Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur
20:40 Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB
20:38 Bakı və Rabat şəhərlərinin qardaşlaşması təşəbbüsü müzakirə edilib
21:11 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
21:08 Mourinyo İstanbuldan ayrıldı - Fotolar
21:05 Ərdoğan Türkiyə xalqını təbrik etdi
21:02 Bu ölkə Ukraynaya 100 milyon ayırdı
20:51 Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
20:48 Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artıb
20:41 Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
21:37 Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib
21:33 "Sülh üçün çalışmaq" Tramp-Putin görüşünün şüarı seçilib
21:30 Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
21:26 Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
21:23 Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
21:18 Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
21:15 Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
21:12 Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
21:09 İlin ilk altı ayında Azərbaycanda 1510 əkiz, 63 üçəm doğulub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
2.09.25 21:11
"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
2.09.25 21:07
Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
2.09.25 21:04
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
2.09.25 20:57
Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
2.09.25 20:52
İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
2.09.25 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.