• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
15.01.22 20:27
gundem / cemiyyet

Penitensiar müəssisələrdə pandemiyaya qarşı qabaqlayıcı tədbirlər gücləndirilir



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Artıq iki ildir ki, bütün dünya koronavirus infeksiyası ilə üz-üzədir və bu ümumbəşəri bəla ilə mübarizə bu gün də davam etdirilir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müvafiq tövsiyələrinə, strategiyalarına uyğun olaraq dünya dövlətlərində COVID-19 pandemiyasına qarşı preventiv tədbirlər həyata keçirilir. Ölkəmizdə də pandemiyanın ilk günlərindən Prezident İlham Əliyevin siyasi iradəsi ilə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova öz "Facebook" səhifəsindəki paylaşımında bildirib.

O deyib: “Məlumdur ki, bu virusa yoluxmanın qarşısını almaq üçün sadə tələblərə əməl olunmalıdır, başlıcası, qoruyucu maskadan istifadə etmək, mütəmadi dezinfeksiya və sosial məsafə saxlamaq, virusa yoluxan şəxsləri test edərək müəyyənləşdirmək və onları təcrid etmək. Bu kimi tələblər qapalı mühit və məkanlarda xüsusilə önəmli olmaqla insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Çünki qapalı mühitdə infeksiyanın yayılma riski daha yüksəkdir, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məhkum və həbs edilmiş şəxslərin saxlanıldıqları penitensiar müəssisələrdə də.

Təsadüfi deyil ki, ÜST-nin təhlillərinə görə, həbsxanalarda yoluxucu xəstəliklərin (məsələn, vərəm) yayılma riski 100 dəfə daha yüksəkdir. Belə xəstəliyin cəmiyyətdən penitensiar müəssisələrə keçməsi üçün həbsxana divarları qətiyyən maneə deyil. Ona görə də koronavirusun yoluxduruculuğunu nəzərə alaraq ÜST öz məlumatında qeyd edir ki, cəzaçəkmə müəssisələrində və digər azadlıqdan məhrumetmə yerlərində insanlar qapalı mühitdə və bir-birlərinə yaxın yerlərdə - xəstəliklərin ötürülməsini asanlaşdıran şəraitdə yaşayırlar. Həm də onlar ümumi əhali ilə müqayisədə daha təhlükəli risk qrupuna daxildirlər. Bütün bu amillər penitensiar müəssisələrdə olan insanları infeksiyalara qarşı daha həssas edir.

Məhz buna görə ölkəmizdə dövlət başçısı tərəfindən risk qrupuna daxil olan yaşı 65-dən yuxarı olan məhkumların tam əksəriyyəti pandemiyanın ilk günlərində əfv olunaraq azadlığa buraxılıb.

Bundan əlavə, penitensiar müəssisələrdə zəruri preventiv tədbirlər də həyata keçirilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ÜST-nin tövsiyələrinə uyğun müvafiq qaydalar, tələblər müəyyən edilib, məhdudiyyətlər tətbiq edilib.

Koronavirusun yayılma riski və bununla bağlı ölkəmizdə sərt karantin rejiminin elan olunması nəzərə alınaraq, əvvəllər məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılmışdı. Aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim-mütəxəssis və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilirdi, halbuki bəzi dövlətlərdə həmin şəxslərin müəssisələrə girişi müvəqqəti olaraq qadağan edilmişdi.

Bütün penitensiar müəssisələrdə qısamüddətli görüş otaqları sanitar-epidemioloji tələblərə uyğun yenidən qurulub, şüşə arakəsmələr və kabinələr quraşdırılaraq danışıq qurğuları ilə təchiz edilib, həmçinin məhkumlarla onlayn görüşlərin təşkili, eləcə də cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında keçirilməsi imkanı yaradılıb.

Sonralar karantin rejiminin yumşaldılması çərçivəsində məhkumlara sovqat və banderolların ötürülməsi, görüşlərin verilməsi bərpa olunub. Həmçinin ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib, “buster” dozanın vurulması isə başa çatmaq üzrədir.

Lakin bəzən sosial şəbəkələrdə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair mənfi fikirlərə rast gəlinir, məhkumlarla görüşə gələn şəxslər, o cümlədən bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur.

Bildirməliyəm ki, məhkumların ailəsi və yaxınları ilə qısamüddətli görüşləri zamanı hazırda COVID-19 pasportu tələb olunur. Uzunmüddətli görüşlərin verilməsində isə bununla yanaşı, PCR testdən keçmək lazım gəlir. Həmçinin vəkil, müstəntiq və digər şəxslərin məhkumlarla görüşlər zamanı testdən keçmək zərurəti vardır. Çünki hazırda koronavirusun yeni “omicron” ştamı dünyada daha sürətlə yayılır və yoluxdurma qabiliyyəti daha yüksəkdir, artıq Azərbaycanda da bu ştama yoluxma halı qeydə alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə qabaqlayıcı tədbirlər daha da gücləndirilməli, epidemioloji vəziyyət daim nəzarətdə saxlanılmalı və əvvəldə qeyd etdiyim amillərə görə, virusa yoluxma riski yüksək olan məhkumların həyat və sağlamlıqlarının qorunmasına diqqət artırılmalıdır.

Bütün bunlar virusa qarşı testin götürülməsini vacib edir. Müqayisə etsək görərik ki, bəzi digər dövlətlərdə koronavirus testləri verərkən kifayət qədər yüksək ödəniş etmək və hətta bunun üçün uzun növbələrdə gözləmək lazım gəlir, ölkəmizdə isə belə testlər daha münasib və əlçatandır.

Buna baxmayaraq penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və s. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil edib. Həmin şəxslər Bakı şəhərinin Nizami rayonunun Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər.

Eyni zamanda, buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspress test verməklə içəri daxil ola bilərlər.

Unutmaq olmaz ki, vəkil, müstəntiq, həkim, psixoloq və digər bu kimi peşə sahibləri gündəlik fəaliyyətlərində müxtəlif insanlarla daha sıx və tez-tez təmasda olurlar və onların virusa yoluxmuş şəxslərlə qarşılaşmaq ehtimalı daha çoxdur. Heç də təsadüf deyil ki, ötən dövrdə müxtəlif peşə sahibləri, o cümlədən vəkillər arasında yoluxanların və həyatını itirənlərin sayı az olmayıb.

Bütün bu məhdudiyyət və tələblər, ilk növbədə, məhkumların həyat və sağlamlığının qorunmasına yönəlib. Çünki mövcud təcrübədə onların yaxınları, bəzi hallarda vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlinib. Buna rəğmən məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillərin onların sağlamlığına biganə yanaşmaları təəccüb və təəssüf hissi doğurur.

İnanıram ki, koronavirus bəlasına biz hamımız birlikdə qalib gələcəyik, çünki biz birlikdə güclüyük!”

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:11 Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
21:07 "Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
21:04 Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
20:57 Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
20:52 Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
20:47 İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
20:43 Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur
20:40 Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB
20:38 Bakı və Rabat şəhərlərinin qardaşlaşması təşəbbüsü müzakirə edilib
21:11 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
21:08 Mourinyo İstanbuldan ayrıldı - Fotolar
21:05 Ərdoğan Türkiyə xalqını təbrik etdi
21:02 Bu ölkə Ukraynaya 100 milyon ayırdı
20:51 Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
20:48 Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artıb
20:41 Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
21:37 Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib
21:33 "Sülh üçün çalışmaq" Tramp-Putin görüşünün şüarı seçilib
21:30 Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
21:26 Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
21:23 Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
21:18 Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
21:15 Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
21:12 Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
21:09 İlin ilk altı ayında Azərbaycanda 1510 əkiz, 63 üçəm doğulub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
2.09.25 21:11
"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
2.09.25 21:07
Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
2.09.25 21:04
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
2.09.25 20:57
Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
2.09.25 20:52
İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
2.09.25 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.