• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
20.04.25 21:56
gundem / cemiyyet

DİM orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib

DİM orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Zəngilan və Cəbrayılda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3963 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 644 imtahan rəhbəri və ümumi rəhbər, 4946 nəzarətçi, 722 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.

İmtahanda 53 649 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 46 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Oxşar Xəbərlər

backend
Bu gün 51 mindən çox şagird ümumi orta təhsil üzrə buraxılış imtahanı verib - YENİLƏNİB
13.04.25 21:38
gundem / cemiyyet
backend
Buraxılış imtahanı keçirilib - YENİLƏNİB
2.03.25 21:41
gundem / cemiyyet
backend
23 şəhər və rayonda buraxılış imtahanı keçirildi - YENİLƏNİB
16.04.23 20:38
gundem / cemiyyet
backend
Bu gün DİM 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB
9.04.23 21:05
gundem / cemiyyet
backend
Martın 5-də buraxılış imtahanı keçiriləcək
23.02.23 21:10
gundem / cemiyyet

XƏBƏR LENTİ

20:49 Ankarada Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
20:46 Hakan Fidanla İshaq Dar Pakistan-Çin təşəbbüsünü müzakirə ediblər
20:44 Hakan Fidan almaniyalı həmkarı ilə İranda müharibəni dayandırmağı müzakirə edib
20:41 SEPAH ABŞ hərbçilərinin toplanma mərkəzinin vurulma görüntüsünü yayıb
20:37 Əraqçi filippinli həmkarına 34 günlük savaş barədə məlumat verib
20:35 Finlandiya və İran Prezidentləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
20:31 SEPAH Bəhreyndəki "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirib
20:29 İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub
20:22 İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib - YENİLƏNİB
20:16 Əli Əsədov Cevdet Yılmazla görüşüb, iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
20:12 Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
21:56 Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
21:49 Ərdoğan: Türkiyə təhlükəsizlik sahəsində 5G ilə yeni nailiyyətlər əldə edəcək
21:45 Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik - YENİLƏNİB
21:38 Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq - YENİLƏNİB
21:32 Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
21:19 Türkiyənin U-21 millisinin baş məşqçisi Egemen Korkmaz oyun zamanı xəstəxanaya aparılıb
21:12 Mariya Stadnik Azərbaycan millisinin təlim-məşq toplanışında 250 güləşçiyə ustad dərsi keçib
21:06 Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
20:59 Saray körpüsü yaxınlığında avtomobil avtobusla toqquşub
20:55 AQTA: Azərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib
20:51 Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb
20:47 Azərbaycan və Türkiyə biznes tərəfdaşlığının təşviqini müzakirə edib
20:43 Naxçıvanda su ehtiyatları 165 milyon kubmetri ötüb
20:38 İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ankarada Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
2.04.26 20:49
Hakan Fidanla İshaq Dar Pakistan-Çin təşəbbüsünü müzakirə ediblər
2.04.26 20:46
Hakan Fidan almaniyalı həmkarı ilə İranda müharibəni dayandırmağı müzakirə edib
2.04.26 20:44
SEPAH ABŞ hərbçilərinin toplanma mərkəzinin vurulma görüntüsünü yayıb
2.04.26 20:41
Əraqçi filippinli həmkarına 34 günlük savaş barədə məlumat verib
2.04.26 20:37
Finlandiya və İran Prezidentləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
2.04.26 20:35
backend
Ankarada Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
2.04.26 20:49
Hakan Fidanla İshaq Dar Pakistan-Çin təşəbbüsünü müzakirə ediblər
2.04.26 20:46
Hakan Fidan almaniyalı həmkarı ilə İranda müharibəni dayandırmağı müzakirə edib
2.04.26 20:44
SEPAH ABŞ hərbçilərinin toplanma mərkəzinin vurulma görüntüsünü yayıb
2.04.26 20:41
Əraqçi filippinli həmkarına 34 günlük savaş barədə məlumat verib
2.04.26 20:37
Finlandiya və İran Prezidentləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
2.04.26 20:35

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.