• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
10.10.26 20:15
gundem / iqtisadiyyat

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər

Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası işə başlayıb.

azturktv.az Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Şimali Kiprin sığorta sektorunun tənzimləyici qurumlarının, sığorta assosiasiyalarının rəhbərləri və sığorta bazarının nümayəndələri iştirak edirlər.

Türkiyə Sığorta Birliyinin təşkilatçılığı ilə keçirilən assambleyanın əsas məqsədi türk dünyası ölkələri arasında sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi, tənzimləmə mexanizmlərinin uzlaşdırılması və qlobal risklərə qarşı dayanıqlığın gücləndirilməsidir.

Tədbirin rəsmi açılışında Türkiyə Sığorta Birliyinin sədri Əhməd Yaşar, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının və Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova, Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun sədri Davud Menteş və Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin çıxış ediblər.

Assambleya çərçivəsində "Yeni Qlobal Risklər Kontekstində Türk Dünyası: Sığorta Tənzimlənməsində Uzlaşma, Dayanıqlıq və Ortaq Gələcək" mövzusunda müzakirə keçirilib. Paneldə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Şimali Kiprin sığorta sektoruna nəzarət edən qurumlarının nümayəndələri iştirak ediblər.

Bununla yanaşı, "2030-cu ilədək Türk Dünyasının Sığorta Bazarı: Ortaq Risklər, Ortaq Potensial, Ortaq Gələcək" adlı panel müzakirəsində iştirakçı ölkələrin sığorta assosiasiyalarının və peşəkar bazar qurumlarının nümayəndələri sektorun inkişaf perspektivlərini müzakirə ediblər.

Panellərdə aparılan müzakirələr zamanı növbəti dövrlərdə türk dünyası ölkələri arasında təcrübə mübadiləsinin və birgə fəaliyyətin daha da intensivləşdirilməsi, eləcə də ortaq sığorta məhsullarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, iştirakçılar türk dünyası ölkələri üçün ortaq təkrarsığorta hovuzunun formalaşdırılması imkanlarını da geniş müzakirə ediblər. Belə bir mexanizmin yaradılması risklərin bölüşdürülməsinə, sığorta təminatının gücləndirilməsinə və üzv ölkələrin sığorta bazarları arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verə bilər.

Assambleyada Azərbaycanı Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov, ASA-nın icraçı direktoru Abas Miskərli və digər nümayəndələr təmsil edirlər.

Tədbir çərçivəsində Türk Dünyası Sığorta Birliyinin yeni sədrinin və baş katibinin seçilməsi üçün səsvermənin keçirilməsi, eləcə də birliyin növbəti – 3-cü assambleyasına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin ilk assambleyası Şuşa şəhərində keçirilib. Həmin tədbirdə qəbul olunmuş ortaq qərara əsasən, birliyin ikinci assambleyası bu il Türkiyədə təşkil olunur.

Assambleyanın Qaziantepdə keçirilməsi xüsusi məna daşıyır. 2023-cü ildə regionda baş vermiş dağıdıcı zəlzələ təbii fəlakət risklərinin miqyasını və sığorta mexanizmlərinin əhəmiyyətini bir daha gündəmə gətirib. Tədbir bu baxımdan türk dünyası ölkələrinə risklərin idarə olunması, sığorta təminatının genişləndirilməsi və mümkün fəlakətlərə hazırlıq sahələrində əməkdaşlığın vacibliyini çatdırmaq məqsədi daşıyır.




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Oxşar Xəbərlər

backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib - YENİLƏNİB-2
6.06.24 22:49
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
İlham Əliyev Qlobal Bakı Forumunda çıxış etdi - YENİLƏNİB + FOTO
16.06.22 21:32
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

21:13 Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
21:07 Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
21:00 Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
20:57 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
20:53 Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir
20:50 Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
20:46 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
20:43 Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi başa çatıb
20:39 Şəkidə avtoqəza olub, sürücü ölüb
20:32 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB
20:28 Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
20:25 Beyləqanda 14 şagird qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB
20:20 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
20:15 Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
20:07 Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
20:04 Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
19:59 İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
19:54 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
19:51 Ramzan Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verib
19:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib
19:43 Şahbaz Şərif İlham Əliyevə zəng edib
19:37 Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
20:54 Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb
20:50 TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
20:47 İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
10.10.26 20:57
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir
10.10.26 20:53
Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
10.10.26 20:50
backend
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
10.10.26 20:57
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir
10.10.26 20:53
Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
10.10.26 20:50
backend
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
10.10.26 20:57
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir
10.10.26 20:53
Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
10.10.26 20:50

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.