• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.04.25 21:38
gundem / cemiyyet

Bu gün 51 mindən çox şagird ümumi orta təhsil üzrə buraxılış imtahanı verib - YENİLƏNİB

Bu gün 51 mindən çox şagird ümumi orta təhsil üzrə buraxılış imtahanı verib - YENİLƏNİB

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası, 3816 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 620 imtahan rəhbəri və ümumi rəhbər, 4762 nəzarətçi, 685 buraxılış rejimi əməkdaşı (mühafizə) və 212 bina nümayəndəsi ayrılıb.

İmtahanda 51 237 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 60 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

05:35
Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

Bu barədə DİM-dən bildirilib.

İmtahanda 51 min 237 şagirdin iştirakı nəzərdə tutulur.

Bu imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 60 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası, 3 816 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 620 imtahan rəhbəri və ümumi rəhbər, 4 762 nəzarətçi, 685 buraxılış rejimi əməkdaşı (mühafizə) və 212 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan verəcək şagirdlər buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından aprelin 3-dən etibarən çap edib götürə biliblər.

Oxşar Xəbərlər

backend
DİM 9 və 11-ci sinif şagirdləri üçün əlavə imtahan keçirib - YENİLƏNİB
8.09.24 21:41
gundem / cemiyyet
backend
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
5.05.24 21:34
gundem / cemiyyet
backend
Bu gün 53 mindən artıq şagird buraxılış imtahanı verib - YENİLƏNİB
10.03.24 20:47
gundem / cemiyyet
backend
23 şəhər və rayonda buraxılış imtahanı keçirildi - YENİLƏNİB
16.04.23 20:38
gundem / cemiyyet
backend
Bu gün DİM 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB
9.04.23 21:05
gundem / cemiyyet

XƏBƏR LENTİ

21:14 Azərbaycan Belarusla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirə bilər BİZNES 17 sentyabr, 2025 17:30 Azərbaycan Belarusla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirə bilər Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələ
21:11 Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
21:06 "Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram" dəyişib
21:03 İşğaldan azad olunmuş ərazilərdə məşğulluq məsələləri müzakirə olunub
20:51 "Qarabağ" bir gecədə 4,2 milyon manat qazandı
20:47 Mingəçevirdə ana və məktəbli övladını maşın vurdu
20:41 Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
20:38 İlham Əliyev Al Nəhyanı yola saldı - Fotolar
20:35 Cıdır düzündə Qarabağ atlarının şousunu izlədilər - Fotolar
20:30 Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar
20:25 Prezidentlər Şuşada Milli Xalça Muzeyində - Fotolar - Yenilənib
21:11 Xəlifə Haftar sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır
21:07 "Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
21:04 Azərbaycan millisinin baş məşqçisi: "Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik"
20:57 Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
20:52 Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
20:47 İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib
20:43 Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur
20:40 Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB
20:38 Bakı və Rabat şəhərlərinin qardaşlaşması təşəbbüsü müzakirə edilib
21:11 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
21:08 Mourinyo İstanbuldan ayrıldı - Fotolar
21:05 Ərdoğan Türkiyə xalqını təbrik etdi
21:02 Bu ölkə Ukraynaya 100 milyon ayırdı
20:51 Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan Belarusla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirə bilər BİZNES 17 sentyabr, 2025 17:30 Azərbaycan Belarusla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirə bilər Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələ
17.09.25 21:14
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
17.09.25 21:11
"Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram" dəyişib
17.09.25 21:06
İşğaldan azad olunmuş ərazilərdə məşğulluq məsələləri müzakirə olunub
17.09.25 21:03
"Qarabağ" bir gecədə 4,2 milyon manat qazandı
17.09.25 20:51
Mingəçevirdə ana və məktəbli övladını maşın vurdu
17.09.25 20:47
backend
Azərbaycan Belarusla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirə bilər BİZNES 17 sentyabr, 2025 17:30 Azərbaycan Belarusla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirə bilər Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələ
17.09.25 21:14
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
17.09.25 21:11
"Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram" dəyişib
17.09.25 21:06
İşğaldan azad olunmuş ərazilərdə məşğulluq məsələləri müzakirə olunub
17.09.25 21:03
"Qarabağ" bir gecədə 4,2 milyon manat qazandı
17.09.25 20:51
Mingəçevirdə ana və məktəbli övladını maşın vurdu
17.09.25 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.