• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.11.23 22:21
gundem / medeniyyet

Azərbaycanda 27 min nəfərin iştirakı ilə keçirilən festivala yekun vurulub - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “bp Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına yekun vurulub.

“Report” xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın yekunlarına dair brifinq keçirilib.

Əvvəlcə festivalla bağlı videorolik nümayiş etdirilib.

Daha sonra Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı, UİF-nin layihə rəhbəri Əli Nuriyev, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev və Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi Strateji inkişaf sektorunun müdiri Elgün Əliyev festival haqqında məlumat veriblər.

Qeyd olunub ki, 22 nominasiyada (18 fərdi, 4 kollektiv) üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək müraciət olub. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə sentyabrın 1-9-da Bakıda altı mədəniyyət müəssisəsində - M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.

Festival çərçivəsində həmçinin mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub.

İyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən RMİ-nin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya (xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs) üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edilib.

Avqustun 26-27-də Laçın Şəhəri Günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Xanlar Ağalarov Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində çıxışı zamanı qeyd edib ki, bu festival uşaqlarda mədəniyyətin ayrı-ayrı sahələrinə maraq məqsədi daşıyıb: “Qoyulmuş məqsədə nail ola bildik. Çünki layihəmiz ölkədə, sözün əsl mənasında, mədəniyyət festivalına çevrildi. Festival uşaqlarla yanaşı, regionlar üzrə mədəni müəssisələrin də fəallıq göstərməsinə, təcrübə toplamasına təkan verdi”.
Festival çərçivəsində 22 nominasiya üzrə 408 qalib təltif olunub.

13:26

“Uşaq İncəsənət Festivalında 27 min nəfər iştirak edib”.

“Report” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, festival 21 nominasiya üzrə keçirilib, mədəniyyətin bütün sahələrini əhatə edib:

“Birinci mərhələdə işğaldan azad olunan Zəngilanın Ağalı kəndində belə bir festival keçirilib. İkinci mərhələdə festival regionlarda keçirilib. Müxtəlif bölgələrdə gənclərin fəaliyyəti üçün şərait yaradılıb. Laçın Şəhəri Günündə yay düşərgəsi təşkil olunub, orada uşaqlara master-klaslar, fərdi sərgilər keçirilib”.

Şöbə müdiri bildirib ki, festivala 27 min iştirakçı cəlb olunub:

“Biz bununla lazımı dataları, potensial gənclərin məlumatlarını topladıq. Tezliklə bu data ictimaiyyətə açıqlanacaq”.

Oxşar Xəbərlər

backend
“Azərbaycan dili və ədəbiyyatı” Forumu başa çatıb - YENİLƏNİB + FOTO
3.09.23 21:25
gundem / tedbirler
backend
“Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı - YENİLƏNİB
12.04.23 22:08
gundem / medeniyyet

XƏBƏR LENTİ

21:44 Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
21:42 Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
21:36 SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
21:32 Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
21:30 Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
21:25 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
21:22 "Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub
21:18 Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
21:15 Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
21:13 Bu il ali məktəblərə qəbul olunan 37 şəhid ailəsi üzvü təqaüd proqramının qalibi olub
21:10 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
21:06 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
21:04 İsmayıllıda toyda kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
21:00 Ağdaşda məzhəb ayrı-seçkiliyi ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
20:57 Qubada aqrar təhsil və istehsalatın inteqrasiyasına həsr olunmuş regional konfrans keçirilib
20:53 Azərbaycan ilə Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
20:50 BP Azərbaycanda BOEM sahəsində yerli mütəxəssislərin inkişafına dəstək verəcək
20:46 Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir
20:32 Muxtar Babayev: Azərbaycana COP31-də əlavə konsensusun əldə edilməsi üçün missiya verilə bilər
20:19 İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib
21:37 Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq
21:30 İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
21:23 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
21:16 Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib
21:11 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
9.09.26 21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
9.09.26 21:42
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
9.09.26 21:36
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
9.09.26 21:32
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
9.09.26 21:30
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
9.09.26 21:25
backend
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
9.09.26 21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
9.09.26 21:42
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
9.09.26 21:36
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
9.09.26 21:32
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
9.09.26 21:30
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
9.09.26 21:25

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.