Lukaşenko: Ukraynadakı müharibə yaxın aylarda başa çata bilər
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya-Ukrayna müharibəsi yaxın aylarda başa çata bilər.
azturktv.az BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransında bildirib.
"Ukraynadakı müharibə yaxın aylarda başa çatacaq. Bu mənim şəxsi fikrimdir. Vəssalam: güc yoxdur, resurs yoxdur, hamı yorulub", - Belarus lideri deyib.
A.Lukaşenko həmçinin hesab edir ki, münaqişənin daha da gərginləşməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər:
"Əgər biz dayanmasaq, eskalasiya yolu ilə getsək, mütləq üçüncü dünya müharibəsinə gəlib çıxacağıq. Bunun nə ilə bitəcəyini artıq böyük siyasətçilər də ucadan deyirlər. Okeanın o tayında isə nüvə zərbəsindən gizlənə bilməzsən".