Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın "KazMunayGas" şirkəti arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işlər, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçirilib.
azturktv.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, bu gün şirkətin prezidenti Rövşən Nəcəf "KazMunayGas"ın İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb.