• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
17.09.26 20:17
gundem / siyaset

İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib - YENİLƏNİB











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər.

azturktv.az xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan "Meysari Grand Hotel & SPA" barədə məlumat verərək dedi ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır.

Bildirildi ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.

Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, kompleksin ərazisində 3 villa da yerləşir.

Burada fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti, sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.

Kompleksdə 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi qurulub.

Helikopter meydançası isə zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. Kompleksdə restoranlar da fəaliyyət göstərəcək.

Ərazidə Nəsimi Konfrans Mərkəzi də yerləşir. Ümumilikdə 420 nəfərlik mərkəzdə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, kompleksin ərazisində daha kiçikmiqyaslı tədbirlər və görüşlərin təşkili məqsədilə zal da var.

Kompleksdə qapalı və açıq avtomobil dayanacağı zonaları yaradılıb.

Burada ümumilikdə 320 yeni iş yeri açılıb.

Qeyd edək ki, qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və özünəməxsus mülayim iqlimi ilə seçilən Şamaxı Azərbaycanın cəlbedici turizm məkanlarından biridir. Dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri bu bölgəni istirahət və səyahət üçün həm yay, həm də qış fəslində əlverişli edir. Şamaxıda yeni hotelin açılması isə turizm infrastrukturunun inkişafına töhfə olaraq yerli və xarici qonaqların rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadəsi və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq.

14:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər.

azturktv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Oxşar Xəbərlər

backend
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
24.12.25 20:11
gundem / siyaset
backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər - YENİLƏNİB + FOTO
18.03.23 20:46
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyev və Mehriban Əliyeva “Ağıllı kənd”in açılış mərasimində iştirak ediblər - YENİLƏNİB + FOTO
27.05.22 21:34
gundem / siyaset

XƏBƏR LENTİ

21:42 Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
21:39 Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib
21:37 Əraqçi: Sülh üçün Si Cinpinin irəli sürdüyü 4 prinsip əsas götürülür
21:32 Sabahdan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
21:29 Dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında iştirak edəcəklər
21:25 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar
21:22 Milli Paralimpiya Komitəsi Açıq Qapı Günü təşkil edib
21:17 Azərbaycanda əhalinin sayı 0,14 % artıb
21:14 Cari il uşaq evinin 28 sakini tələbə adını qazanıb
21:11 FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB-3
21:06 Bu ilin 8 ayında 35,3 min şəxsə əlillik təyin olunub
21:03 Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
20:57 Bakı Limanında konteyner daşımaları 22 % artıb
20:51 Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - YENİLƏNİB
20:42 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB
20:36 İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını edib - YENİLƏNİB
20:31 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - YENİLƏNİB
20:23 İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
20:17 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib - YENİLƏNİB
20:07 Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
21:32 Hakan Fidan: Çoxsaylı problemlərin olduğu bölgədə Türkiyə və Azərbaycan iki sabitlik adasıdır
21:26 Türkiyə husilərin Məkkəyə PUA ilə hücum cəhdini qınayıb
21:21 Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
21:18 İraq Hörmüz boğazından yan keçməklə Avropaya neft tədarükünü artırmaq niyyətindədir
21:15 Şahbaz Şərif husilərin Məkkəyə hücumunu pisləyib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
17.09.26 21:42
Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib
17.09.26 21:39
Əraqçi: Sülh üçün Si Cinpinin irəli sürdüyü 4 prinsip əsas götürülür
17.09.26 21:37
Sabahdan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
17.09.26 21:32
Dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında iştirak edəcəklər
17.09.26 21:29
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar
17.09.26 21:25
backend
Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
17.09.26 21:42
Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib
17.09.26 21:39
Əraqçi: Sülh üçün Si Cinpinin irəli sürdüyü 4 prinsip əsas götürülür
17.09.26 21:37
Sabahdan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
17.09.26 21:32
Dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında iştirak edəcəklər
17.09.26 21:29
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar
17.09.26 21:25
backend
Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
17.09.26 21:42
Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib
17.09.26 21:39
Əraqçi: Sülh üçün Si Cinpinin irəli sürdüyü 4 prinsip əsas götürülür
17.09.26 21:37
Sabahdan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
17.09.26 21:32
Dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında iştirak edəcəklər
17.09.26 21:29
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar
17.09.26 21:25

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.