• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.05.26 21:53
gundem / cemiyyet

Türkiyədə İslam mədəniyyətinə aid IV beynəlxalq simpozium öz işinə başlayıb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyənin Kilis şəhərində "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda IV beynəlxalq simpozium öz işinə başlayıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Bildirilib ki, beynəlxalq simpoziumun əsas məqsədi müsəlman ölkələri arasında birgəyaşayışa dair mövcud imkanların müəyyənləşdirilməsi, birgəyaşayış təcrübəsinin müasir dövrdə tətbiq sahələrinin, həmçinin gələcəkdəki fəaliyyət istiqamətinin aydınlaşdırılması və təşviqi, Türkiyə, Azərbaycan və İndoneziyanın timsalında müsəlman ölkələri arasında münasibətlərin dayanıqlı inkişafına yönəlmiş ortaq baxışın gücləndirilməsidir.

Beynəlxalq simpoziumun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın iştirakçılara ünvanladığı təbrik məktubu səsləndirilib. Prezident məktubunda yardım və həmrəyliyin, eləcə də birgəyaşayış iradəsinin ən gözəl nümunəsini nümayiş etdirən Kilis şəhərində belə bir toplantının keçirilməsinin olduqca mənalı və uğurlu seçim olduğunu bildirib, simpoziumun işinə uğurlar arzulayıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa açılış mərasimində çıxış edərək müasir dövrdə fərqli din, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın əhəmiyyətindən danışıb, İslam sivilizasiyası tarix boyu müxtəlif xalqların və inancların bir arada sülh şəraitində yaşamasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. F.Mustafa Azərbaycanın multikultural dəyərlərin qorunduğu məkan olduğunu vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov İslam sivilizasiyasının formalaşma prosesində digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrin rolu barədə fikirlərini bölüşüb. Azərbaycanın əsrlərboyu müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olduğunu söyləyən A.Şirinov Azərbaycanda mövcud olan tolerantlıq mühitinin beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirildiyini qeyd edib.

A.Şirinov təmsil etdiyi Azərbaycan İlahiyyat İnstitutunun da bu dəyərlərin yaşadılması və inkişaf etdirilməsinə töhfə verdiyini söyləyib. Onun sözlərinə görə, ali təhsil müəssisəsində mövcud olan məzhəblərüstü yanaşma, elmi-tədris fəaliyyəti, beynəlxalq əməkdaşlıqlar gənc nəslə tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin aşılanmasına xidmət göstərir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov çıxışında bildirib ki, birgəyaşayış mədəniyyəti müasir dövrdə qlobal əhəmiyyət kəsb edən əsas məsələlərdən biridir. İslam sivilizasiyası müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət, əməkdaşlıq mühitinin formalaşmasına ciddi təsir göstərib. V.Göyüşov vurğulayıb ki, ədalət, mərhəmət və insan ləyaqətinə hörmət kimi dəyərlər bu modelin əsasını təşkil edir, bu gün də aktuallığını qoruyur.

Simpoziuma ev sahibliyi edən Kilis 7 Aralık Universitetinin rektoru, prof. Zəkəriyyə Akman tədbirin fərqli ölkələrdən alim və tədqiqatçıları bir araya gətirilməsinin vacibliyinə diqqət çəkib. Qeyd edib ki, "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusu müasir dövrdə akademik və ictimai baxımdan aktualdır. Beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, ortaq dəyərlərin təşviqi və mədəniyyətlərarası dialoqun inkişafında belə platformalar çox önəmlidir.

Qeyd edək ki, "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda IV beynəlxalq simpozium işini panellərlə davam etdirir. Panellərdə Azərbaycan, Türkiyə, İndoneziya, Malayziya, Özbəkistan, Misir, Qırğızıstan, İordaniya, BƏƏ, Əlcəzair, Livan, İraq, Almaniya, İspaniya və digər ölkələrin 150-dən çox aliminin məruzəsi dinləniləcək.

Oxşar Xəbərlər

backend
“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB
17.12.24 20:24
gundem / tedbirler
backend
130 məktəbdə nöqsan aşkar edildi: Hamısı cərimələdi - SİYAHI
12.04.23 21:45
gundem / cemiyyet
backend
Prezident: “Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır” - YENİLƏNİB + FOTO
1.09.22 20:56
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Gündüz İsmayılov: “Dini təhsili olmayan şəxs din xadimi kimi fəaliyyət göstərə bilməz” - MÜSAHİBƏ + FOTO
14.04.22 21:10
gundem / cemiyyet

XƏBƏR LENTİ

20:54 Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb
20:50 TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
20:47 İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2
20:43 Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
20:38 Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur
20:33 III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
20:27 Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 matçı baş tutub
20:23 Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanıb
20:18 Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olunub
20:14 TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
20:09 Saatlıda avtoqəzada ölən 7 yaşlı uşaq sürücünün bacısı olub - YENİLƏNİB
20:04 Bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib
20:02 Sabah leysan olacaq - XƏBƏRDARLIQ
19:58 Azərbaycan Dünya Bankı ilə süni intellekt əsaslı infrastrukturun inkişafına dəstəyi müzakirə edib
19:48 Türkmənbaşıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
19:43 Rahmon: Multimodal marşrutların inkişafı regionun nəqliyyat bağlantısını gücləndirəcək
19:38 Şavkat Mirziyoyev: Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyət kəsb edir
19:34 Qırğızıstan Prezidenti Mərkəzi Asiya və Azərbaycanın birgə turizm marşrutlarının yaradılmasını təklif edib
19:30 Tokayev regiondaxili ticarətin həcmini 20 milyard dollara qədər artırmağı təklif edib
19:27 İlham Əliyev: Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 %-dən çox artıb
19:23 Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
19:18 İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
20:55 Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
20:52 Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq
20:47 Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb
8.10.26 20:54
TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
8.10.26 20:50
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2
8.10.26 20:47
Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
8.10.26 20:43
Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur
8.10.26 20:38
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
8.10.26 20:33
backend
Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb
8.10.26 20:54
TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
8.10.26 20:50
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2
8.10.26 20:47
Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
8.10.26 20:43
Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur
8.10.26 20:38
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
8.10.26 20:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.