• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
17.12.24 20:24
gundem / tedbirler

“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB


“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində keçirilən “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans işini panel sessiyalarla davam etdirib.

azturktv.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə “Dini birgəyaşayışda ən yaxşı təcrübələr. Dini tolerantlıq və birgəyaşayışın Azərbaycan modelinin tədqiqi, uğurlu təşəbbüslərin və təcrübələrin işıqlandırılması” mövzusunda keçirilən ikinci sessiyada çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkəmizdə mədəniyyətlərarası dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkib.

Bildirib ki, multikulturalizm xalqımız üçün həyat tərzidir. Bu mühitin yaranması ölkə Konstitusiyasında dünyəvi dövlət və din münasibətlərinin doğru tənzimlənməsi ilə birbaşa əlaqəlidir. Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan torpaqlarında, eləcə də Ermənistanın ərazisində yüzlərlə məscid və mədəni irs nümunələrini məhv etdiyini diqqətə çatdıran F.Mustafa bu prosesin əsas təbliğatçılarının da məhz Erməni-qriqorian Kilsəsinə mənsub din xadimləri olduqlarını vurğulayıb.

İtaliya Respublikasının “Global Christian-Muslim-Marian Committee” təşkilatının rəhbəri Nadir əl-Akkad bildirib ki, sülhsevər ölkələr bəşəriyyətin qurtuluşunu dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür. Bu baxımdan, dünyada örnək kimi qəbul edilən multikulturalizm və tolerantlığın Azərbaycan modeli mühüm siyasi məna daşıyır.

Dünyanın dinlərarası münasibətlər məsələsində ciddi problemlərlə üz-üzə olduğunu deyən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) zorakılığa haqq qazandırmaq üçün çox vaxt dini ritorikadan istifadə edildiyini, radikalizm və ekstremizmin bunun təzahürü olduğunu bildirib. Azərbaycan dövlətinin din siyasətinin ən mühüm prinsiplərinin tolerantlıq, inanc və ibadətlərdəki fərqlərə hörmət bəsləmək olduğunu söyləyən yepiskop vurğulayıb ki, bu model ksenofobiya və radikalizmin artdığı müasir dövrdə neqativ çağırışlara qalib gəlməyin mümkün olduğunu sübut edir.

Heydər Əliyev Fondu Heydər Əliyev irsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev Fondun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyini, ölkənin sosial-iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fondun əsas məqsədlərindən biri dini tolerantlığın bərqərar olmasına, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməkdir.

“Zeytouni” Universitetinin professoru, Tunis Respublikasının keçmiş dini işlər naziri Abdeljalil Salem dünyanın mövcud problemlərinin həllində qarşılıqlı anlaşma və dialoqun önəmini diqqətə çatdırıb. O qeyd edib ki, dialoq dünyada əmin-amanlığa aparan alternativsiz yoldur və bütün cəmiyyətlər bu yolda həmrəylik göstərməlidirlər.

Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal uzun əsrlər boyu Azərbaycanda bir çox xalqların nümayəndələri arasında dostluq münasibətlərinin mövcud olması haqqında ətraflı məlumat verib.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek çıxışında Xristianlığın ölkəmizdə yayılmasının tarixi və Roma Katolik Kilsəsi ilə Azərbaycan arasında tarixi münasibətlər haqqında danışıb. Qeyd edib ki, Azərbaycandakı katolik icması hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini hiss edir.

Hər iki sessiya başa çatdıqdan sonra açıq müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb və şərhlər dinlənilib.

ICESCO Baş direktoru Salim Əl-Malik "Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi" mövzusunda təşkil olunan beynəlxalq konfransın yekununda çıxış edərək bir neçə mühüm məsələni vurğulayıb. O, dinlərarası dialoqun və harmoniya prinsipinin müasir dünyada dinc birgəyaşayışın təmin edilməsi üçün əhəmiyyətini qeyd edib. Ayrıca, dinlərarası əməkdaşlığın həm mədəniyyətlərin qarşılıqlı anlayışını artırmağa, həm də zorakılığın və ekstremizmin qarşısının alınmasına yardımçı olduğunu ifadə edib. Salim Əl-Malik, bu cür beynəlxalq tədbirlərin, insanların bir-birini anlamaq və birgə yaşamaq üçün daha açıq və tolerant bir cəmiyyət qurmağa yönəlmiş mühüm addımlar olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbirin əhəmiyyətini qeyd edib, müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. Bildirib ki, Azərbaycan tolerant və multikultural mühiti, İslam dəyərlərinə hörmət və sədaqətinə görə ICESCO ilə eyni dəyər və prinsipləri bölüşür. Dövlət Komitəsi müxtəlif təşəbbüslərlə Azərbaycanın nümunəvi dini harmoniya modelini təbliğ etmək və inklüziv dini siyasətin effektivliyini nümayiş etdirmək üçün yerli və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir. Komitə sədri İslam aləminin zəngin mədəni irsinin qorunmasında böyük uğurları olan, dünya miqyasında çox önəmli nüfuza malik bir təşkilat kimi ICESCO-ya yüksək səviyyəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov bildirib ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə tədbirlərin davamlı keçirilməsi zəruridir. Səfir konfransda aparılan müzakirələrin və verilən konstruktiv təkliflərin dünyada dinlərarası dialoqun təbliğinə, mədəniyyətlərarası harmoniyanın güclənməsinə, sülhə və qarşılıqlı anlaşmaya töhfələr verəcəyinə əminliyini qeyd edib.

Qeyd edək ki, konfransda Azərbaycan və Mərakeş Krallığının dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatlar, diplomatik korpus və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dini liderlər, siyasətçilər, alim və tədqiqatçılar iştirak ediblər. Konfransın məqsədi dinc birgəyaşayışın, qarşılıqlı hörmət və dini tolerantlığın vacibliyini, Azərbaycanın dini müxtəliflik modelinin təşviq etmək, dini liderlər, siyasətçilər və alimlər arasında dialoqu və əməkdaşlığı gücləndirmək, dini dözümsüzlüyü aradan qaldırmaq istiqamətində ən yaxşı təcrübələri bölüşməkdir.

Konfrans çərçivəsində təşkil edilən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgidə Azərbaycanda mövcud olan dini müxtəliflik və tolerantlığa, eləcə də ICESCO tərəfindən mədəniyyət paytaxtı kimi tanınan Şuşaya aid fotolar nümayiş etdirilib.

20:27
ICESCO-nun Rabat şəhərindəki baş qərargahında “Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi” mövzusunda təşkil olunan beynəlxalq konfrans işini sessiyalarla davam etdirib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Avropa Müsəlman Liderləri Məclisi” (“Eulema”) təşkilatının sədri doktor Yəhya Pallavicinin moderatorluğu ilə “Dinlərarası harmoniya davamlı inkişafın əsas elementi kimi” mövzusunda keçirilən I sessiyada çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru Əhməd Abdullah Zayed Hegab deyib ki, dinlərin müxtəlifliyini qəbul etmək - onları təbii zənginlik kimi görməkdir: "Bu isə dinlərarası harmoniya üçün ən vacib elementdir. Biz dinlərin fərqliliklərini deyil, ortaq dəyərlərini ön plana çıxarmalıyıq. Bu gün dünyada baş verən əksər münaqişələrin kökündə yanlış anlaşılmalar, dözümsüzlük və stereotiplərdən kənara çıxa bilməmək durur. Məhz buna görə də sülhün və sabitliyin bərqərar olması üçün dinlərarası harmoniyanın yaradılması qaçılmazdır".

Milli Məclisin sədr müavini Rafael Hüseynov bildirib ki, əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan dünyada müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birliyini yaradan ölkə kimi tanınır.

Seneqal Prezidenti yanında Dini işlər və ərəb dili məzunlarının inteqrasiyası üzrə direktor Cim Dreym söyləyib ki ki, hər kəsin dini inanclarını azad və qorxusuz şəkildə yaşaması üçün dinlərarası anlaşma vacibdir.

İslam elmləri üzrə tədqiqatçı, liviyalı professor Camal Əbdüssəlam əl-Həcrisi çıxışında dinlərarası dialoq və harmoniyanın əhəmiyyətini vurğulayaraq sülh və əmin-amanlığın təmin olunmasında dinlərin müsbət rolunu qeyd edib.

London İslam Mərkəzinin direktoru, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təmsilçisi Əhməd əl-Dubayan dinlərarası münasibətlərin və birgəyaşayışın vacibliyini, müasir dünyada müxtəlif dinlərə mənsub insanların bir arada sülh və əmin-amanlıq şəraitində yaşamasının böyük önəm daşıdığını vurğulayıb.

Azərbaycanın dünyada humanizm prinsiplərinə sadiq, sülhsevər və tolerant ölkə kimi tanındığını deyən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsinin və beynəlxalq arenada tolerantlıq mərkəzi kimi tanınmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyev tolerantlığı dövlət siyasətinin prioritet istiqamətlərindən və əsas hədəflərindən birinə çevirib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi də bu sahəyə olan diqqətin göstəricisidir.

Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin müxtəlifliyə dəyər verən, bütün xalqlara və dinlərə hörmət göstərən, onların hüquq və azadlıqlarını qoruyan müqəddəs torpaq olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan harmoniya və birgəyaşayışın qiymətləndirildiyi, insan ləyaqətinə yüksək verildiyi ölkədir.

Beynəlxalq konfrans işini növbəti sessiya ilə davam etdirəcək.

Oxşar Xəbərlər

backend
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
23.09.24 19:54
gundem / siyaset
backend
Brüsseldə mədəniyyətlərarası dialoqun qlobal təhlükəsizlikdə rolu müzakirə olunur - FOTO
5.12.22 19:31
gundem / siyaset
backend
İlham Əliyev SƏRƏNCAM İMZALADI
18.04.22 20:44
gundem / siyaset
backend
İlham Əliyev İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında - YENİLƏNİB + FOTO
11.04.22 20:26
gundem / siyaset
backend
YAP Qubada soyqırımı ilə bağlı konfrans keçirir - FOTO
30.03.22 19:33
gundem / siyaset

XƏBƏR LENTİ

20:21 Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
20:15 Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
20:13 Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
20:10 Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
20:07 Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
20:04 Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
20:01 Keçən ay Azərbaycanda 3800 şəxsə əlillik təyin edilib
19:59 Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
19:57 Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib
19:54 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib
19:51 Ötən il Naxçıvanda 10 uşaq əməyi istismarı və 6 erkən nikahın qarşısı alınıb
19:47 Ötən il Azərbaycan Türkiyəyə 12 milyard kubmetrə yaxın qaz nəql edib
19:43 Qırmızı Bazarda torpağın əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbuluna başlanılır
19:40 Sabah Ordubadın üç kəndində işıq olmayacaq
19:37 Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
19:33 Dövlət Xidməti yaranma gününü qeyd edib
19:30 İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
19:25 Prezident İlham Əliyev Almaniyada səfərdədir
20:36 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb
20:34 İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
20:32 Türkiyə ilə Yunanıstan Egey və Şərqi Aralıq dənizlərində mövqelərini müzakirə ediblər
20:30 Ağ Evdə Netanyahu və Trampın görüşü başlayıb
20:27 Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir
20:24 Pakistan Özbəkistan, Tacikistan və İrana yeni səfirlər təyin edib
20:22 Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
13.02.26 20:21
Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
13.02.26 20:15
Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
13.02.26 20:13
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
13.02.26 20:10
Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
13.02.26 20:07
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.26 20:04
backend
Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
13.02.26 20:21
Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
13.02.26 20:15
Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
13.02.26 20:13
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
13.02.26 20:10
Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
13.02.26 20:07
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.26 20:04

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.