SON DƏQİQƏ
gundem / cemiyyet

Biləsuvarda "Abad Məhəllə" layihəsi çərçivəsində yeni park salınıb






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

"Abad məhəllə" layihəsi çərçivəsində Biləsuvar şəhərində növbəti park salınıb.

azturktv.az-nin məlumatına görə, layihə 21 avqust - 21 sentyabr tarixində keçirilən "Sülh Aylığı" və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə parkda təmizlik işləri həyata keçirilib, daha sonra müxtəlif növ ağaclar əkilərək suvarılıb.

Qeyd edək ki, layihə çərçivəsində rayon ərazisindəki digər məhəllələrdə də analoji abadlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.