• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
22.10.25 19:37
gundem / siyaset

Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona "İstiqlal" ordenini təqdim edib.

azturktv.az xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev deyib:

.
-Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev "İstiqlal "ordenini Yaqub Eyyubova təqdim edərək deyib: Sizi təbrik edirəm.

Yaqub Eyyubov: Təşəkkür edirəm.

Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Ulu Öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirdi. O, məhz dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək dedi: "Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur".

"İstiqlal" ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirdi: "Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim".

Prezident İlham Əliyev: Çox sağ olun.

11.55

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.

azturktv.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, oktyabrın 24-də Yaqub Eyyubovun 80 yaşı tamam olur. O, 1997-199-cu illlərdə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri, 1999-2003-cü illərdə baş nazirin müavini olub, 2003-cü ildən baş nazirin birinci müavinidir.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib
14.02.25 20:16
gundem / siyaset
backend
Prezident İlham Əliyev Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB + FOTO
8.08.23 21:39
gundem / siyaset
backend
İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB + FOTO
12.06.23 21:15
gundem / siyaset
backend
Belarus və Tacikistan liderləri İlham Əliyevi təbrik etdilər
22.12.22 20:25
gundem / siyaset
backend
İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB + FOTO
25.01.22 20:44
gundem / siyaset

XƏBƏR LENTİ

20:41 Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
20:35 Ərdoğan Omanda səfərdədir
20:32 İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
20:29 İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
20:27 Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
20:24 Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
20:21 "Fərhadın heykəli" gələn il ucaldılacaq
20:17 Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində hesabı açıb - YENİLƏNİR
20:09 Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
20:05 Nazir müavini: Gənclərin dini bilikləri onların dinlərə qarşı hörmətinin formalaşmasına xidmət edir
19:58 "PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib
19:55 "Uzbekneftegaz" və SOCAR süni intellekt və rəqəmsal sistemlər sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib
19:53 Azərbaycanda heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır
19:46 Azərbaycan iqtisadi fəaliyyət xərclərini 24 % azaldıb
19:41 Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb
19:37 Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)
19:31 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
19:26 Paşinyan İlham Əliyevə təşəkkür etdi
20:10 Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
20:04 Ziyafətdə Heydər Əliyevin sevimli mahnısı ifa olundu, liderlər dinlədi
19:58 İlham Əliyev Qazaxıstanın milli geyimində
19:55 "Zəngəzur dəhlizi 2028-ci ilin sonunadək açıla bilər" - Prezident
19:51 Kasım-Jomart Tokayev: "Azərbaycan regional güc kimi çox mühüm rol oynayır"
19:45 Astanada İlham Əliyevin Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub
19:40 Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
22.10.25 20:41
Ərdoğan Omanda səfərdədir
22.10.25 20:35
İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
22.10.25 20:32
İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
22.10.25 20:29
Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
22.10.25 20:27
Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
22.10.25 20:24
backend
Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
22.10.25 20:41
Ərdoğan Omanda səfərdədir
22.10.25 20:35
İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
22.10.25 20:32
İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
22.10.25 20:29
Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
22.10.25 20:27
Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
22.10.25 20:24

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.