• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.08.23 21:39
gundem / siyaset

Prezident İlham Əliyev Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB + FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xalq artisti Rasim Balayev ilə söhbət edib.

Rasim Balayev: Salaməleyküm.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Rasim Balayev: Mənim bir arzum var idi ki, Qarabağdan sonra, işlərinizdən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu.

Prezident İlham Əliyev: Sağ olun. Sizi ilk növbədə yubileyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Rasim Balayev: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam.

Rasim Balayev: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir. Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün “Babək”, “Nəsimi” obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.

Mən sizi ürəkdən təbrik etmək, sizə cansağlığı, uzun ömür arzulamaq istəyirəm. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, həm sovet dövründə bir çox mükafatlarla təltif olunmusunuz...

Rasim Balayev: Rəhmətlik ulu öndərimiz 50 yaşımdan həmişə mənim qayğıma qalıb.

Prezident İlham Əliyev: Bəli, elədir.

Rasim Balayev: Bunu da Siz davam etdirirsiniz.

Prezident İlham Əliyev: Qeyd etdiyiniz kimi, müstəqillik dövründə də 50 illik yubileyinizdə sizi “Şöhrət” ordeni ilə təltif etmişdi.

Rasim Balayev: Siz isə “Şərəf” ordeni.
Prezident İlham Əliyev: Bəli, mən “Şərəf” ordeni ilə. Bu yubiley ərəfəsində də siz yüksək ordenimiz olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Sizi bir daha təbrik edirəm.

Rasim Balayev: Təşəkkür edirəm, cənab Prezident. Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti - daxili və xarici siyasəti - dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.

Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək.

Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var. Ad gününüzü rayonlarda, Qarabağda camaatla birlikdə qeyd edirsiniz.

Prezident İlham Əliyev: Bəli, sağ olun.

Rasim Balayev: Bütün bunları hamı, millət görür. Mən Sizə bu yolda uğurlar diləyirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Rasim Balayev: Yenə də deyirəm, cənab Prezident, biz Sizə borcluyuq. Sizə və xalqımıza borcluyuq ki, bu gözəl, möhtəşəm Qələbəni biz kino vasitəsilə vəsf etməliyik. Çünki Qələbə, müharibədəki qəhrəmanlıqlar, orada iştirak edən qazilərin fədakarlığı hər yerdə göstərilməlidir. Mən bir-iki dəfə Şuşaya getmişəm, inanın, gözlərim yaşarıb. Çünki mən 1986-cı ildə də getmişdim, orada İsa bulağının yanında ailəvi şəkil çəkdirmişdik. Sonra da 2021-ci ildə getdim. Bu xoşbəxtliyi bizə Siz bəxş etmisiniz. Siz deyirdiniz ki, bizim güclü Ordumuz var, mən nəyin və nə vaxt olacağını yaxşı bilirəm. Siz, nəhayət, bu uğuru gətirdiniz. Xalq Sizi çox sevir.

Prezident İlham Əliyev: Çox sağ olun, Rasim müəllim.

Rasim Balayev: Biz həmişə dövlətimizin, dövlətçiliyimizin arxasındayıq və gələcək işlərimizdə Sizin bu diqqətinizə layiq olmağa çalışacağıq. Mən inanıram ki, Sizin və xalqımızın sevdiyi filmləri yenidən çəkəcəyik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Dövlətimizin başçısı “İstiqlal” ordenini Rasim Balayevə təqdim edib.

11:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

Bu barədə AZƏRTAC xəbər verir.

Oxşar Xəbərlər

backend
Rasim Balayev: “İstəsələr, birləşmiş ittifaqın yeni rəhbəri ola bilərəm” - YENİLƏNİB + FOTO
3.08.23 21:57
gundem / medeniyyet

XƏBƏR LENTİ

20:50 Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
20:46 Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
20:41 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
20:39 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
20:36 Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
20:32 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
20:28 Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
20:25 Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
20:23 Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20:17 Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
20:14 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
20:09 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
19:57 Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
19:53 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
19:50 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
19:44 Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
19:38 Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
19:29 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.