• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
30.09.25 20:38
gundem / cemiyyet

Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə başlayıb

Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə başlayıb

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Dövlət İmtahan Mərkəzi (DİM) fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli əlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Mərkəz şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə başlayıb. DİM-də ayda bir dəfə rəhbərliyin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.

Mərkəzdən bildirilib ki, ilk görüş sentyabrın 30-da təşkil olunub. Görüşdə iştirak etmək üçün qeydiyyat elektron formada DİM-in saytı vasitəsilə aparılıb.

Budəfəki müzakirə "Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları"na həsr olunub. Görüşdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, müvafiq struktur bölmələrin rəhbərləri, şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, eləcə də təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Məleykə Abbaszadə belə görüşlərin ictimaiyyət üçün qəbul kampaniyasının gedişi, onun ayrı-ayrı istiqamətləri, mərhələləri barədə dolğun, dəqiq və etibarlı informasiyanın çatıdırılmasında, eyni zamanda, prosesin digər iştirakçılarının fikirlərinin öyrənilib təhlil olunmasında xüsusi rol oynayacağına əminliyini ifadə edib.

Görüş interaktiv formada keçirilib və iştirakçıların sualları əsasında qəbul qaydaları, imtahan modeli, proqrama daxil olunan mövzular, imtahanda istifadə olunan tapşırıqlar və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra şagirdlərə və abituriyentlərə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanı yaradılıb. Qeyd edək ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Bu testlərdən şəxsə uyğun olan peşəni (peşələri) müəyyənləşdirmək üçün istifadə olunur. Siniflər üzrə testlər isə dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması məqsədi daşıyır. Tədbirin əvvəlində iştirakçılar DİM-in nəşr etdiyi jurnal və qiymətləndirmə kitabları ilə də tanış olublar.

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini press@dim.gov.az ünvanına göndərə bilərlər.

Növbəti görüşün oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur. Mövzu və qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Oxşar Xəbərlər

backend
XI siniflərin buraxılış imtahanının nəticələri açıqlanıb, 20 nəfər maksimum bal toplayıb
17.04.25 21:51
gundem / cemiyyet
backend
DİM 9 və 11-ci sinif şagirdləri üçün əlavə imtahan keçirib - YENİLƏNİB
8.09.24 21:41
gundem / cemiyyet
backend
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
23.07.24 21:51
gundem / siyaset
backend
Üç nəfər II qrupa qəbul imtahanından qovuldu - YENİLƏNİB
7.07.22 22:11
gundem / cemiyyet
backend
Mayın 15-də keçirilən imtahanların nəticələri elan olundu
1.06.22 22:03
gundem / cemiyyet

XƏBƏR LENTİ

20:05 Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
19:56 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
21:13 Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
21:07 Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
21:00 Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
20:57 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
20:53 Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir
20:50 Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
20:46 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
20:43 Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi başa çatıb
20:39 Şəkidə avtoqəza olub, sürücü ölüb
20:32 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB
20:28 Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
20:25 Beyləqanda 14 şagird qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB
20:20 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
20:15 Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
20:07 Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
20:04 Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
19:59 İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
19:54 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
19:51 Ramzan Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verib
19:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib
19:43 Şahbaz Şərif İlham Əliyevə zəng edib
19:37 Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
11.10.26 20:05
backend
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
11.10.26 20:05
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
11.10.26 19:56
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
11.10.26 19:48
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00
backend
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
11.10.26 20:05
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
11.10.26 19:56
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
11.10.26 19:48
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.