• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.06.25 21:52
gundem / tedbirler

Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib - YENİLƏNİB-2


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.

"Report" xəbər verir ki, forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Azərbaycan Elm və Təhsil Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Qarabağın bərpası və inkişafında bütün tərəflərin koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha gündəmə gətirən tədbirdə dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti olmaqla, 200-dən çox nümayəndə iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək Qarabağ bölgəsində təhsilin inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının strateji əhəmiyyəti barədə bir sıra mühüm fikirlər səsləndiriblər.
“Qarabağ Təqaüd Proqramı”nın təsis olunması Forumun əsas nəticələrindən biri olub.

Bildirilib ki, burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.

Daha sonra Forum çərçivəsində peşəkar moderator və spikerlərin iştirakı ilə iki fərqli mövzu üzrə panel müzakirə təşkil olunub.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə keçirilən “Böyük Qayıdış: Çağırışlar və imkanlar” adlı I paneldə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov spiker qismində çıxış edərək bölgənin yenidən qurulması və insan resurslarının inkişafı məsələlərinə toxunublar.

II panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderator qismində çıxış etdiyi paneldə “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədrinin müavini Taleh Tahirli, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev bölgədə dövlət-özəl tərəfdaşlığının perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Forum Qarabağ Universitetinin müəllim-tələbə heyətinin ifasında milli musiqilərin səsləndirildiyi bədii hissə ilə başa çatıb.

12:42
Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilir.

"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti olmaqla, 200-dən çox iştirakçı yer alır.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər.

Forum çərçivəsində fərqli sektorları təmsil edən qurum və şirkətlər Qarabağ Universitetində təhsil alan tələbələr üçün “Qarabağ təqaüd proqramı”nı təsis etmək öhdəliyini üzərlərinə götürüblər.

Bildirilib ki, təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir.

Forum çərçivəsində “Böyük Qayıdış: çağırışlar və imkanlar” və “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzularına həsr olunmuş panellərin keçirilməsi nəzərdə tutulub.

Forum hazırda işini panellərlə davam etdirir.

10.05
Xankəndidə Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.

Forum çərçivəsində "Böyük Qayıdış: Çağırışlar və imkanlar", "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları" adlı iki panelin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda Qarabağ Universitetinin tələbələrinin təqdimatında musiqili proqram da baş tutacaq.

Oxşar Xəbərlər

backend
Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb
13.04.25 21:34
gundem / tedbirler
backend
VII ADA Siyasi Forumunun ilk günü başa çatıb - YENİLƏNİB-3
8.04.25 20:59
gundem / siyaset
backend
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir
4.10.24 21:20
gundem / tedbirler
backend
Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
4.09.24 20:47
gundem / tedbirler
backend
“Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO
21.04.22 21:35
gundem / tedbirler

XƏBƏR LENTİ

22:14 Ərdoğan Bişkekdə Putinlə görüşüb
22:12 Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
22:10 Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
22:07 Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
22:04 Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
22:01 SEPAH İranın raket hücumu barədə məlumat yayıb
21:56 Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
21:50 Leyla Əliyeva ilə Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər
21:47 Atletika üzrə Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışına başlayıblar
21:43 Avropa çempionatı: Azərbaycanın voleybol millisi 1/8 finalda Türkiyəyə uduzub
21:38 Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub
21:28 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb
21:23 Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
21:20 Biləsuvarda "Abad Məhəllə" layihəsi çərçivəsində yeni park salınıb
21:14 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib
21:11 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
21:08 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb
21:02 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB-2
20:56 İlham Əliyev Peter Pelleqrinini təbrik edib
20:51 Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
20:49 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
20:45 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
20:42 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
20:37 Ceyhun Bayramov Pakistan xarici işlər naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
22:24 Hakan Fidan sabah Misirə səfər edəcək
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.