• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
26.02.25 20:29
gundem / siyaset

Ankarada Xocalı soyqırımına həsr olunan simpozium keçirilib







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Ankarada Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Dinməyən acı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirilib.

azturktv.az-nin məlumatına görə, Qazi Universitetində keçirilən tədbirə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADEV) sədri Aygün Attar, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa, Birlik Xəbər Agentliyinin rəhbəri Məhəmməd Qaçar, media və ictimaiyyət nümayəndələrinin qatılıb.

Simpoziumu açıq elan edən Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı professor Musa Atar Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün türk dünyasının faciəsi olduğunu diqqətə çatdırıb.

Musa Atar üstündən 33 il keçməsinə baxmayaraq, soyqırımının ağrısının hələ də təzə qaldığını bildirib. Xocalı qurbanlarının anım mərasiminə ev sahibliyi etmələrinin faciə qurbanlarının ruhuna ehtiram əlaməti olduğunu qeyd edən dekan Türkiyənin Azərbaycanın acısını paylaşdığını vurğulayıb.

Professor Çətin Almasın moderatorluğu ilə eyni mövzuda müzakirələr aparılıb.

Deputat Tənzilə Rüstəmxanlı çıxışında Xocalıda törədilən soyqırımının siyasi tərəflərindən bəhs edib. Millət vəkili ermənilər və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən törədilən bu faciəni insanlıq əleyhinə cinayət adlandırıb.

Daha sonra çıxış edən deputat Səbinə Salmanova Xocalı soyqırımının hüquqi aspektləri barədə tədbir iştirakçılarını geniş məlumatlandırıb: “Xocalıda törədilən cinayət Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

33 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Xocalı soyqırımına hələ də tam siyasi və hüquqi qiymət verilmədiyini söyləyən millət vəkili bu faciəyə tam ədalətli qiymət verilməsinin, cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.

Səbinə Salmanova, həmçinin çıxışı zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə diqqət çəkərək, Türkiyənin çətin günlərdə həmişə Azərbaycanın yanında olduğunu bildirib.

O hesab edir ki, belə konfransların keçirilməsi Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

“Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışında Xocalı faciəsinin soyqırımı kimi təbliğatının əhəmiyyəti barədə məlumat verib. O, Xocalı soyqırımı barədə dünya mediasında yayımlanan yazılar və bu yazılardakı müəllif mövqeyi barədə danışıb.

“Türk İrsinin İnkişafına Dəstək” İctimai Birliyinin və Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Xocalı faciəsinin ictimaiyyətdə yaratdığı ab-hava barədə danışıb. Bu kimi faciələrin toplumu bir-birinə bağladığını bildirən M. Qurbanova həmin həmrəylik sayəsində Xocalının bu gün azad olduğunu vurğulayıb.

Tarixçi Kamal Çiçək çıxışında Azərbaycanın müstəqillik yolundan danışıb. O, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının və bu kimi digər qırğınların Azərbaycan millətinin formalaşmasındakı rolundan bəhs edib.

Simpozium iştirakçıların suallarının cavablandırılması və müzakirə şəraitində davam edib.

Oxşar Xəbərlər

backend
Azərbaycanın Pakistandakı səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilib
27.02.25 20:48
gundem / siyaset
backend
Serbiyada Xocalı soyqırımına həsr edilmiş dəyirmi masa təşkil olunub
27.02.25 20:41
gundem / siyaset
backend
Azərbaycanın Türkiyədəki Səfirliyində Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO
26.02.23 21:07
gundem / siyaset
backend
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı ümumxalq yürüş keçirilib - FOTO
26.02.22 19:41
gundem / siyaset
backend
Tələbə gənclər və könüllülər Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçiriblər - FOTO
25.02.22 20:42
gundem / cemiyyet

XƏBƏR LENTİ

22:52 Dünya Bankı: Azərbaycanda qadınların əmək fəaliyyəti ilə bağlı 674 məhdudiyyət ləğv edilib
22:44 Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
22:38 İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
22:32 İlham Əliyev: İndi Azərbaycan elə güclüdür ki, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz
22:27 Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
22:21 Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
21:59 Əli Əsədov TBMM-in komitə sədri ilə görüşüb
21:56 İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
21:52 İlham Əliyev Küveyt Əmirini milli bayramları münasibətilə təbrik edib
21:50 Azərbaycan XİN Küveyti təbrik edib
21:46 Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub
21:40 Leyla Əliyeva və Alena Əliyeva Cümə məscidini ziyarət ediblər
21:57 Hakan Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır
21:53 Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-3
21:44 Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
21:41 Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız
21:38 Türkiyə XİN başçısı: Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir
21:35 İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb
21:29 ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib
21:25 Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxana mərkəzini ziyarət edib
21:18 Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
21:14 İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
21:09 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan ayı ilə bağlı paylaşım edib
20:39 Ərdoğan: Türkiyə Afrikada yeni münaqişələrə qarşıdır - YENİLƏNİB
20:33 İranın Təhlükəsizlik Şurasının katibi Rusiyanın energetika naziri ilə görüşüb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Dünya Bankı: Azərbaycanda qadınların əmək fəaliyyəti ilə bağlı 674 məhdudiyyət ləğv edilib
25.02.26 22:52
Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
25.02.26 22:44
İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
25.02.26 22:38
İlham Əliyev: İndi Azərbaycan elə güclüdür ki, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz
25.02.26 22:32
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
25.02.26 22:27
Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
25.02.26 22:21
backend
Dünya Bankı: Azərbaycanda qadınların əmək fəaliyyəti ilə bağlı 674 məhdudiyyət ləğv edilib
25.02.26 22:52
Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
25.02.26 22:44
İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
25.02.26 22:38
İlham Əliyev: İndi Azərbaycan elə güclüdür ki, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz
25.02.26 22:32
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
25.02.26 22:27
Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
25.02.26 22:21
backend
Dünya Bankı: Azərbaycanda qadınların əmək fəaliyyəti ilə bağlı 674 məhdudiyyət ləğv edilib
25.02.26 22:52
Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
25.02.26 22:44
İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
25.02.26 22:38
İlham Əliyev: İndi Azərbaycan elə güclüdür ki, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz
25.02.26 22:32
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB
25.02.26 22:27
Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
25.02.26 22:21

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.