• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.01.25 19:46
gundem / siyaset

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

azturktv.az xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 50 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

Oxşar Xəbərlər

backend
Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib
2.01.25 19:39
gundem / siyaset
backend
Polad Həşimovun xatirəsi məzarı başında anılır - FOTO
2.01.24 19:05
gundem / cemiyyet
backend
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11.09.23 20:06
gundem / cemiyyet
backend
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11.09.22 20:22
gundem / siyaset
backend
Polad Həşimovla bağlı film təqdim olunacaq
4.05.22 21:10
gundem / cemiyyet

XƏBƏR LENTİ

21:31 Türkiyə və Oman liderləri İranın bölgə ölkələrinə hücumlarını müzakirə ediblər
21:28 İraq bu gündən Türkiyəyə neft nəqlini bərpa edəcək
21:25 Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək
21:21 İran BƏƏ-dəki Əl-Minhad hava bazasına raket zərbəsi endirib
21:18 İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
21:15 Pezeşkian: Xətib, Laricani və Nasirzadənin öldürülməsi bizi dərin matəmə qərq etdi - YENİLƏNİB
21:11 Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar beş gün müddətinə dayandırılır
21:08 İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
21:05 İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı minə yaxınlaşır
21:02 İlham Əliyev: Biz öz milli qürurumuzu bərpa etdik
20:58 İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
20:55 İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
20:49 Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
20:43 Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
20:33 Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib
20:30 İlham Əliyev II İliyanın vəfatı ilə bağlı İrakli Kobaxidzeyə başsağlığı verib
20:25 Türkiyə və Pakistan XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər
20:21 Mixail Zabelin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
20:18 İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20:36 Hakan Fidan: İrandakı savaş dərhal dayandırılmalıdır
20:33 Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb
20:31 BƏƏ-nin Füceyra limanı PUA hücumuna görə neft yükləmə əməliyyatlarını dayandırıb
20:29 Livanın Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölən tibb işçilərinin sayı 26 nəfərə çatıb
20:27 İrandan İsrailə raket buraxılışı qeydə alınıb
20:24 Əraqçi: İran enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və Oman liderləri İranın bölgə ölkələrinə hücumlarını müzakirə ediblər
18.03.26 21:31
İraq bu gündən Türkiyəyə neft nəqlini bərpa edəcək
18.03.26 21:28
Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək
18.03.26 21:25
İran BƏƏ-dəki Əl-Minhad hava bazasına raket zərbəsi endirib
18.03.26 21:21
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
18.03.26 21:18
Pezeşkian: Xətib, Laricani və Nasirzadənin öldürülməsi bizi dərin matəmə qərq etdi - YENİLƏNİB
18.03.26 21:15
backend
Türkiyə və Oman liderləri İranın bölgə ölkələrinə hücumlarını müzakirə ediblər
18.03.26 21:31
İraq bu gündən Türkiyəyə neft nəqlini bərpa edəcək
18.03.26 21:28
Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək
18.03.26 21:25
İran BƏƏ-dəki Əl-Minhad hava bazasına raket zərbəsi endirib
18.03.26 21:21
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
18.03.26 21:18
Pezeşkian: Xətib, Laricani və Nasirzadənin öldürülməsi bizi dərin matəmə qərq etdi - YENİLƏNİB
18.03.26 21:15

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.