• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
28.12.24 21:29
gundem / medeniyyet

Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub


Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dekabrın 28-də açılışı olub.

azturktv.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli Leyla Əliyevaya Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Yaradıcı Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni sahibkarlıq subyektlərinin, startapların formalaşmasına və inkişafına dəstək verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılmasına kömək göstərmək, müvafiq istiqamətlər üzrə regionlardan istedadlı gəncləri cəlb etməkdir.

Diqqətə çatdırılıb ki, hazırda Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən 3 inkubasiya proqramı həyata keçirir: Musiqi, “Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb və ümumilikdə 50-dən çox rezident Mərkəzin xidmətlərindən istifadə edir.

Adil Kərimli qeyd edib ki, nazirliyin təşkilatçılığı ilə 2023-cü ildən etibarən “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçirilir. “Yaradıcı müzakirələr” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində “Ai4Art” layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edir. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market” bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.

Burada müxtəlif yaradıcı sahələrdə yüksəkkeyfiyyətli işlərin ərsəyə gəlməsi üçün müasir texnologiyalarla təchiz olunmuş foto və video, səsyazma, animasiya, rəqs və digər studiyalar var.

Yaradıcı Mərkəzin tərəfdaşları arasında həm yerli qurumlar, təşkilatlar, həm də xarici beynəlxalq təşkilatlar yer alır.

Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.

Oxşar Xəbərlər

backend
Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək
7.12.23 20:33
gundem / tedbirler
backend
Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı olub - FOTO
15.11.23 19:33
gundem / siyaset
backend
Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək - FOTO
6.05.22 20:30
gundem / iqtisadiyyat
backend
Berlində Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı fərdi yaradıcılıq sərgisinin açılışı olub - FOTO
4.05.22 21:25
gundem / medeniyyet
backend
Regionlarda KOB-ların məhsullarının satışına dəstək məqsədilə yarmarkalar – “KOB Fest” təşkil olunacaq
29.04.22 19:59
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

20:03 Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevirdə uşaqlar üçün Yeni il tədbiri keçirilib
20:01 Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Cırtdan Meqa Şousu" təşkil olunub
19:59 Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını noyabrda 84 dəfə artırıb
19:57 Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb
19:55 Rusiya Patriarxı Azərbaycan Prezidentini təbrik edib
19:52 Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq
19:22 Nazir: Bizim üçün əsas olan Ermənistan konstitusiyasında Müstəqillik Aktına istinadın dəyişməsidir - YENİLƏNİB-2
19:18 Astanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
19:15 DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
19:11 Ankara Musiqi və İncəsənət Universitetinə Azərbaycanla bağlı kitablar hədiyyə olunub
19:07 Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
19:02 Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik
19:47 Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
19:39 Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
19:34 Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
19:29 Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
19:25 Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
20:27 Bu gün Prezident İlham Əliyevin doğum günüdür
20:20 Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib
20:15 Gələn ilin yanvar-fevral aylarında Ağdama 1164 ailə köçürüləcək
20:13 Prezident: Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular
20:11 İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
20:05 İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB
19:59 Şavkat Mirziyoyev: Əminəm ki, Azərbaycanla gələcəkdə də əlaqələr uğurla inkişaf edəcək
19:58 Rusiya Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevirdə uşaqlar üçün Yeni il tədbiri keçirilib
27.12.25 20:03
Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Cırtdan Meqa Şousu" təşkil olunub
27.12.25 20:01
Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını noyabrda 84 dəfə artırıb
27.12.25 19:59
Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb
27.12.25 19:57
Rusiya Patriarxı Azərbaycan Prezidentini təbrik edib
27.12.25 19:55
Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq
27.12.25 19:52
backend
Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevirdə uşaqlar üçün Yeni il tədbiri keçirilib
27.12.25 20:03
Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Cırtdan Meqa Şousu" təşkil olunub
27.12.25 20:01
Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını noyabrda 84 dəfə artırıb
27.12.25 19:59
Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb
27.12.25 19:57
Rusiya Patriarxı Azərbaycan Prezidentini təbrik edib
27.12.25 19:55
Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq
27.12.25 19:52

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.