• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
7.12.23 20:33
gundem / tedbirler

Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək.

azturktv.az xəbər verir ki, psixologiya və yaradıcılığın birləşməsini praktiki tədqiq etmək - dekabrın 15-i və 16-sı “Nine Senses” və “Handicraft”ın dəstəyi ilə keçiriləcək İlk Yaradıcı Psixologiya Simpoziumunun əsas məqsədidir.

Bu unikal iki günlük tədbir təkcə müzakirələr və mühazirələr deyil, həm də təmsil olunan hər bir sahənin aparıcı mütəxəssisləri ilə yaradıcı şəfalandırma dünyasına baş vurmaq, ustad dərsləri və seminarlarda təmənnasız iştirak etməyi təklif edir.

Yaradıcı psixologiya diqqət mərkəzindədir: Simpozium art-terapiya, musiqi terapiyası, rəqs terapiyası, poeziya terapiyası, yoqa terapiyası və digər istiqamətləri əhatə edir. Məhz bu sahələr insanların əqli, mənəvi və fiziki şəfalanmasına yardım edərək, səhiyyənin, təhsilin və cəmiyyətin inkişafında yer alır.

İstiqamətlər: Təsviri incəsənət, musiqi, rəqs, poeziya və yoqa - bunlar simpoziumun həsr olunduğu beş əsas sahədir. Birinci gün incəsənət və poeziyaya, ikinci gün isə musiqi, rəqs və yoqa terapiyaya həsr olunub.

İştirakçıları nələr gözləyir: Bu iki gün müalicəvi kreativ təcrübələrə və yaradıcılığın psixi sağlamlığa təsirinin müzakirəsinə həsr olunacaq. Sahələrinin aparıcı mütəxəssislərdən ustad dərsləri, tədqiqatlar, maraqlı müzakirələr, eləcə də sərgi fasiləsi, nəfis musiqi proqramı və digər sürprizlər bizi gözləyir.

Məkanlar haqqında: Xəzər dənizinin sahilində yerləşən Nine Senses Art Center, incəsənət və yaradıcılıq sahəsində keyfiyyətli təhsil ala biləcəyiniz yerdir. Nine Senses layihəsi hər kəsə üç istiqamətdə inkişaf etməyə ilhamlandırır: “Spirit”, “Body”, “Mind”. Beləliklə, mərkəzin proqramları müasir incəsənət üzrə mühazirələr, kino, animasiya və mobiloqrafiya dərslərindən tutmuş, incəsənət, yoqa və meditasiya festivallarına qədər geniş spektri əhatə edir. “Nine Senses” ilə yanaşı, gələn həftə “Passage 1901”də yerli brendləri inkişaf etdirmək fəlsəfəsinə əsaslanan Bizimkilər festivalı da tədbirin əsas tərafdaşıdır. Onlar yerli rəssamların və sənətkarların inkişafını dəstəkləyir, innovativ fikirlər və yaradıcı layihələr üçün platforma yaradırlar.
Ekspertlərimizlə tanışlıq: Çıxış edənlər arasında psixologiya və sadalanmış yaradıcılıq növləri üzrə aparıcı mütəxəssislər yer alır: psixoloq, Xəzər Universitetinin psixologiya kafedrasının müdiri - Mələk Kərimova; rəssam və tədqiqatçı - Leyla Qabulova; rəssam və art-terapist - Mehriban Şəmsədinskaya; psixoloq, şair və musiqi terapevti - Dr. Elnur Hacıyev; psixoloq Günel Muradova; musiqiçi və səs terapevti - İlhamə Babayeva; “Hatha” və “Fly” yoqa ustadı - Qafar Qənizadə, “DanceAbility” layihəsinin rəhbəri, xoreoqraf - Nigar Sultanova və diqərləri.

Harada və nə zaman: Simpozium iki heyrətamiz məkanda - 15 dekabr “Passaj 1901”də (Nigar Rəfibəyli 12/14) və 16 dekabr “Nine Senses” yaradıcılıq məkanında (“Sea Breeze”, Nardaran, 31 Dalan) keçiriləcək. Tədbir hər iki gün saat 12:00-da başlayır.

İştirakçı şərtləri: Yeganə şərt bu link vasitəsilə qeydiyyatdan keçməkdir.

(https://www.creativepsychsymposium.com/ru/event-details/creative-psychology-symposium-1/form) Qeydiyyat və iştirak pulsuzdur. Tədbir hər kəs üçün açıqdır.

Məlumat və Qeydiyyat: Ətraflı məlumat əldə etmək üçün simpoziumun rəsmi vebsaytına daxil olun. (https://www.creativepsychsymposium.com/ru)

Bizi izləyin: IG: @creative.psych.symposium (https://www.instagram.com/creative.psych.symposium/)

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.