• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.12.24 20:39
gundem / cemiyyet

Nazir direktorlara müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli qurulması üzrə tövsiyələr verib


Nazir direktorlara müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli qurulması üzrə tövsiyələr verib




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.

azturktv.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, eləcə də Səbail və Nizami rayonlarının məktəb direktorları iştirak ediblər.

E.Əmrullayev görüş iştirakçılarını salamlayaraq təhsil sahəsində həyata keçirilən islahatlar, cari ildə əldə olunan nailiyyətlər və gələcək planlar barədə danışıb. Nazir təhsil sahəsində islahatların davamlı olaraq aparıldığını və idarəetmənin bu prosesin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin əhəmiyyətini xüsusi qeyd edib.

Nazir görüşdə məktəblərin qarşısında duran müasir çağırışlar, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə diqqət çəkib. O, həmçinin elektron xidmətlərdən daha geniş və effektiv istifadənin zəruriliyini vurğulayıb. Təhsilin keyfiyyətinin artırılması, öyrənmə mühitinin təkmilləşdirilməsi və idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətindən bəhs edib.

Eyni zamanda görüş zamanı məktəb və müəllim nüfuzu ətrafında geniş müzakirələr aparılıb. Məktəblərdə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində təkliflər irəli sürülüb və bu sahədə mövcud problemlərin həlli yolları müzakirə olunub. Nazir sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli şəkildə qurulması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə tövsiyələrini verib.

Görüş çərçivəsində mövcud problemlər və onların həlli yolları müzakirə olunub, müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

backend
BŞTİ rəhbəri: “Müəllimlərin vəsait toplanması yolverilməzdir”- FOTO
4.10.23 21:22
gundem / cemiyyet
backend
Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi
4.05.22 20:56
gundem / cemiyyet
backend
Regional Təhsil İdarələrinə müdir təyin edilən şəxslərin adı AÇIQLANDI - YENİLƏNİB
29.04.22 20:18
gundem / cemiyyet
backend
Regional təhsil idarələri işçilərinin say həddi müəyyənləşdirilib
4.02.22 21:18
gundem / cemiyyet
backend
Azərbaycanda məktəb direktorları və müavinlərinin maaşları artırılıb
17.01.22 20:00
gundem / cemiyyet

XƏBƏR LENTİ

20:05 Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
19:56 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
21:13 Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
21:07 Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
21:00 Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
20:57 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
20:53 Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir
20:50 Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
20:46 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
20:43 Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi başa çatıb
20:39 Şəkidə avtoqəza olub, sürücü ölüb
20:32 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB
20:28 Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
20:25 Beyləqanda 14 şagird qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB
20:20 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
20:15 Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
20:07 Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
20:04 Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
19:59 İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
19:54 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
19:51 Ramzan Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verib
19:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib
19:43 Şahbaz Şərif İlham Əliyevə zəng edib
19:37 Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
11.10.26 20:05
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
11.10.26 19:56
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
11.10.26 19:48
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00
backend
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
11.10.26 20:05
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
11.10.26 19:56
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
11.10.26 19:48
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
10.10.26 21:13
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
10.10.26 21:07
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
10.10.26 21:00

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.