• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
24.10.24 20:14
gundem / siyaset

Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB-3





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib.

azturktv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdirdilər.

Rusiya Prezidenti Vladimir Putin çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli həmkarlar.

Xanımlar və cənablar.

Hər şeydən əvvəl dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istərdim.

Fürsətdən istifadə edərək, Rusiya Federasiyasını BRICS-də uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim.

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident Vladimir Putin dedi: Hörmətli cənab Prezident, çox sağ olun. Həqiqətən, Siz tamamilə düzgün qeyd etdiniz ki, Azərbaycanın rolu, xüsusilə logistika dəhlizlərinin inkişafında çox mühümdür. Eyni zamanda, zənnimcə, Rusiyanın, həmçinin digər BRICS dövlətləri ilə artan əmtəə dövriyyəsini nəzərə alsaq, Qazaxıstan Prezidentinin indicə dediyi kimi, bu da böyük əhəmiyyətə malikdir.

Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Çox sağ olun.

x x x

Qeyd edək ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

14:54
Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib.

azturktv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdirdilər.

Dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış etdi.

14:24
Bu dəqiqələrdə Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilir.

azturktv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/ “BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdirdilər.

Dövlət başçısı İlham Əliyev tədbirdə çıxış etdi.

12:02
Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclası keçirilir.

azturktv.az-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdiriblər.

Oxşar Xəbərlər

backend
Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub - YENİLƏNİB - 2
24.10.24 20:08
gundem / siyaset
backend
Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıb
24.10.24 19:57
gundem / siyaset
backend
Prezident İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib
24.10.24 19:55
gundem / siyaset
backend
Prezident İlham Əliyev XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafətdə iştirak edib - YENİLƏNİB
24.10.24 19:52
gundem / siyaset
backend
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak üçün Kazana səfər edib
23.10.24 19:59
gundem / siyaset

XƏBƏR LENTİ

21:25 Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
21:22 Barro və Əraqçi ABŞ və İran arasında diplomatik proseslərin gedişatını müzakirə ediblər
21:20 Əş-Şəraa Suriyanın Livandakı vəziyyətə müdaxilə planlarının olmadığını bəyan edib
21:15 Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
21:11 Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub
21:08 Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bəlli olub
21:02 Bakı-Qazax magistralında ildırım vuran yük maşını yanıb
20:56 DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib
20:53 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyunun pensiyaları ödənilib
20:49 Jurnalistlərin insan hüquqlarının qorunması sahəsində məlumatlılığı artırılıb
20:44 Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub - ƏLAVƏ OLUNUB
20:36 Bakı Metropoliteninin Genişləndirilməsi üçün AİİB ilə 180 milyon dollarlıq kredit sazişi imzalanıb
20:33 ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib
20:26 İlham Əliyev Filippin Prezidentini təbrik edib
20:22 Əli Əhmədov: Əldə etdiyimiz bütün nailiyyətlər Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir
20:16 Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb
20:12 İlham Əliyev Vladimir Putini təbrik edib
20:06 Azərbaycan və Litva NATO çərçivəsində tərəfdaşlığı gücləndirir
20:02 Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri birinci oxunuşda qəbul edib
19:54 Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib
22:34 Hakan Fidan: Hörmüz boğazının statusu aktuallaşıb
22:30 Ərdoğan: "Sıfır Tullantı Hərəkatı" ilə iqtisadiyyatımıza 365 milyard lirə töhfə verdik
22:20 İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib
22:13 Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
22:10 Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
12.06.26 21:25
Barro və Əraqçi ABŞ və İran arasında diplomatik proseslərin gedişatını müzakirə ediblər
12.06.26 21:22
Əş-Şəraa Suriyanın Livandakı vəziyyətə müdaxilə planlarının olmadığını bəyan edib
12.06.26 21:20
Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
12.06.26 21:15
Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub
12.06.26 21:11
Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bəlli olub
12.06.26 21:08
backend
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
12.06.26 21:25
Barro və Əraqçi ABŞ və İran arasında diplomatik proseslərin gedişatını müzakirə ediblər
12.06.26 21:22
Əş-Şəraa Suriyanın Livandakı vəziyyətə müdaxilə planlarının olmadığını bəyan edib
12.06.26 21:20
Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
12.06.26 21:15
Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub
12.06.26 21:11
Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bəlli olub
12.06.26 21:08
backend
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
12.06.26 21:25
Barro və Əraqçi ABŞ və İran arasında diplomatik proseslərin gedişatını müzakirə ediblər
12.06.26 21:22
Əş-Şəraa Suriyanın Livandakı vəziyyətə müdaxilə planlarının olmadığını bəyan edib
12.06.26 21:20
Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
12.06.26 21:15
Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub
12.06.26 21:11
Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bəlli olub
12.06.26 21:08

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.