• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.01.24 18:05
gundem / siyaset

Azərbaycan Yüksəliş Forumu keçirilib, Prezidentə dəstək bəyanatı qəbul olunub - FOTO






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yüksəliş Forumu keçirilib.

“Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirə etmək, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub.

Forumda hər üç müsabiqənin qalibləri, yarımfinal və final iştirakçıları yer alıb. Forum 7 nəfər qalibin çıxışları ilə “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunub.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Elkiyar Ziyadovun moderatorluğu ilə keçirilən müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Quliyev, Güldənə Hidayətli və Ruslan Mirzəliyev, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Məhərrəmli, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva, Bayram Orucov və Faiq Hüseynov çıxış ediblər.

Müzakirələr zamanı rəqəmsal transformasiya, dördüncü sənaye inqilabı, təhsil sahəsində islahatlar, xarici investisiyanın ölkəyə cəlb olunması, təbii sərvətlərdən gələn gəlirin toplanması, saxlanması və gələcək nəsillər üçün səmərəli istifadə olunması istiqamətində atılan uğurlu addımlar, bu sahələr arasında hüquqi tənzimləmələrin aparılması, hüquq sahəsində elektron sistemlərin tətbiqi, sahibkarlıq və kənd təsərrüfatı sahəsində subsidiyalar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəldilməsi məqsədilə kadrların cəlb olunması, sosial sahədə inkişaf perspektivləri, “sosial lift” layihəsinin önəmli rolu mövzularına toxunulub. Bu mövzular ətrafında müasir tələblərə cavab verən rəqabətli insan kapitalına ölkənin bütün sahələrində olan ehtiyacın vacibliyi vurğulanıb.

Bundan əlavə, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi, Vətən müharibəsinin iştirakçısı Fərrux Məhərrəmli dövlət tərəfindən müharibə iştirakçılarına yaradılan imkanlardan, insan amilinə ölkəmizdə qoyulan yüksək dəyərdən, məqsədlərinə və hədəflərinə nail olan Azərbaycan xalqının nümayəndələri olaraq ərazi bütövlüyümüzü bərpa etdikdən sonra daha böyük uğurlara imza atacağımıza olan inamından bəhs edib.
“Yüksəliş” müsabiqəsi iştirakçıları Forumun sonunda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun davamına dəstək məqsədilə bəyanat qəbul ediblər. Bəyanatda bildirilib ki, son 20 il ərzində ölkənin suverenliyinin və müstəqilliyinin qorunması uğurla davam etdirilib və Azərbaycan ötən illər ərzində tarixi nailiyyətlərə imza atıb. İlham Əliyevin prezidentliyi dövründə uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi təmin olunub və respublikamız dünya müstəvisində söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin 2004-cü ildə dediyi “Biz “qara qızıl”ı insan kapitalına çevirməliyik” şüarı artıq Azərbaycan reallığıdır. Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcək, odur ki, təhsilə qoyulan vəsait ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Bu gün də Azərbaycanın əsas gücü onun intellektual potensiala, zamanın tələbinə uyğun müasir bacarıqlara və yüksək vətənpərvərliyə malik olan vətəndaşlarıdır. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər önəmli yer tutur. Bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət kimi keyfiyyətlərə malik vətəndaşların seçilməsi və dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamlarına əsasən 2019-cu ildən etibarən keçirilən ilk “sosial lift” yarışı - “Yüksəliş” müsabiqəsi bu siyasətin bariz nümunələrindən biridir.

“Yüksəliş” müsabiqəsi iştirakçıları Azərbaycan Respublikasının müstəqilliyini qorumaq və onun davamlı inkişafını təmin etmək üçün ölkənin yeni nəsil peşəkarlarını bir araya gətirərək onlar arasında peşəkar əlaqələrin möhkəmlənməsinin təmin edilməsi zərurətini və məsuliyyətini anladıqlarını, bu məsuliyyətlə ölkənin milli, tarixi və gələcək maraqlarına cavab verən proseslərdə daha da yaxından iştirak edərək töhfə verməyə hazır olduqlarını bildiriblər. Onlar qalib ölkənin qalib vətəndaşları olaraq regionda yeni reallıqlar yaratmış liderimiz - müstəqil, qüdrətli, firavan Azərbaycanımızın Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini bəyan ediblər.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Oxşar Xəbərlər

backend
Hikmət Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO
12.06.23 21:21
gundem / siyaset

XƏBƏR LENTİ

21:44 Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
21:42 Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
21:36 SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
21:32 Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
21:30 Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
21:25 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
21:22 "Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub
21:18 Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
21:15 Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
21:13 Bu il ali məktəblərə qəbul olunan 37 şəhid ailəsi üzvü təqaüd proqramının qalibi olub
21:10 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
21:06 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
21:04 İsmayıllıda toyda kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
21:00 Ağdaşda məzhəb ayrı-seçkiliyi ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
20:57 Qubada aqrar təhsil və istehsalatın inteqrasiyasına həsr olunmuş regional konfrans keçirilib
20:53 Azərbaycan ilə Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
20:50 BP Azərbaycanda BOEM sahəsində yerli mütəxəssislərin inkişafına dəstək verəcək
20:46 Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir
20:32 Muxtar Babayev: Azərbaycana COP31-də əlavə konsensusun əldə edilməsi üçün missiya verilə bilər
20:19 İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib
21:37 Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq
21:30 İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
21:23 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
21:16 Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib
21:11 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
9.09.26 21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
9.09.26 21:42
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
9.09.26 21:36
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
9.09.26 21:32
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
9.09.26 21:30
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
9.09.26 21:25
backend
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
9.09.26 21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
9.09.26 21:42
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
9.09.26 21:36
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
9.09.26 21:32
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
9.09.26 21:30
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
9.09.26 21:25

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.