• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.08.23 21:39
gundem / sou

“Laçınım mənim” mahnısının sözlərini kim yazıb? - FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycanda Laçın şəhəri günü keçirildi. Laçın dağlarından bu gözəl diyarın himninə çevrilmiş “Laçınım mənim” mahnısı səsləndi. Laçın həsrəti ilə yanıb-tutuşan, o dağların eşqi ilə yaşayan şəlalə səsli Məhəbbət Kazımov özü gedə bilməsə də, səsi getdi göz açdığı torpaqlara. 30 ilə yaxındır dillərdən düşməyən bu gözəl mahnı necə yaranıb?

Lent.az “Laçınım mənim” mahnısının yaranması haqqında araşdırma aparıb.

Öncə onu qeyd edək ki, mahnı populyarlaşdıqdan sonra onun haqqında “mən yazmışam” deyənlər çox olub. İllərlə mahnının bəstəkarı kimi Məhəbbət Kazımovu bilsək də, onun ölümündən çox sonra həmkarı, keçmiş duet ortağı Könül Kərimova bildirib ki, mahnının musiqisini o bəstələyib, amma vaxtında səsini çıxarmayıb.

Söz yazarı olaraq da ortalıqda bilindiyi kimi, iki yox, hətta üç nəfərin adı hallanıb. Əslən Laçından olan coğrafiya müəllimi Osman Alıoğlu, tovuzlu polis Fəxrəddin Rəhimov və Xalq şairi Məmməd Aslan.

Araşdırma nəticəsində mahnının sözlərinin müəllifinin Osman Alıoğlu olduğu ortaya çıxıb.

Osman Alıoğlu məşhur mahnının yaranmasından danışıb:

“Mən əslən Laçının Mişni kəndindənəm. 65 yaşım var. 1976-81-ci illərdə Bakıda Lenin adına Pedaqoji İnstitutda coğrafiya ixtisasını bitirmişəm. Hazırda da müəllim işləyirəm. Laçın işğal olunanda Qubadlıda məskunlaşmışdım. Bu şeir 1993-cü il mayın 17-də Həkəri çayının sahilində yazılıb. Mənim qaçqınlıq dövründə şeirlərim çox idi. Bu şeirin adı “Laçınım, sevincim, kədərim mənim” idi. Laçının işğalının birinci ildönümü ilə əlaqədar yazılmışdı. Məhəbbət Kazımovla tanışlığımız mahnı bəstələndikdən sonra olub. O, mahnını ilk dəfə 1997-ci ilin sonlarında Füzulidə, əsgərlərin qarşısında oxuyub.

O, efirdə oxuyanda, dəftərimi götürüb baxdım ki, mənim şeirimdir, amma sözlərin yerini dəyişiblər. O vaxtlar bir jurnalist dostum var idi, Məhəbbət Kazımovla tanış idi, ondan xahiş etdim ki, bizi görüşdürsün. Bilmək istəyirdim, bu şeiri haradan əldə edib. Burada bir haşiyə çıxım. 1994-95-ci illərdə mən “Təzadlar” qəzetində altı ay işləmişdim. Laçının işğal günü ilə bağlı qəzetə üç şeir vermişdim, o şeirlər redaksiyadan yox oldu. Kimsə götürmüşdü. Mən şeirin Məhəbbət müəllimin əlinə necə keçməsi ilə maraqlandım. Məhəbbət müəllim ilk görüşdə mənə dedi ki, bu şeiri mənə əslən tovuzdan olan yol polisi Fəxrəddin Rəhimov verib, dedi ki, araşdıracağam. Sonra Fəxrəddini də çağırdı, məni də, bizi üzləşdirdi. Yanımızda 15 nəfərə qədər şair də var idi. O məclisdə isbat olundu ki, şeir mənimdir. Fəxrəddin, sadəcə, sözləri dəyişib. Şeir Fəxrəddinin əlinə keçib, verib Məhəbbət müəllimin yeznəsinə.

Sonralar Könül xanımın da iddiası səsləndi. Məni təəccübləndirən odur ki, niyə Fəxrəddin və Könül 2014-cü ilə, yəni Məhəbbət müəllim rəhmətə gedənə qədər bu söhbəti etmədilər, öləndən sonra danışdılar. Məhəbbət elə şəxs idi ki, əsla yalan danışmazdı. O, məğrurluğun, kişiliyin rəmzi idi. Nə vardısa, sözü üzə deyərdi, indi belə insanlar çox azdır. O heç vaxt başqasının beyin məhsulunu öz adına çıxa bilməzdi. Haqqın tərəfdarı idi o kişi. Sonralar “Min bir mahnı” adlı bir kitab çıxmışdı, o kitabda “Laçınım mənim” mahnısının sözlərinin müəllifi kimi şair Məmməd Aslanın adı qeyd edilmişdi. Müəllifin kimliyini bilməyib onun adını yazmışdılar. Məhəbbət Kazımov mənim də xəbərim olmadan Məmməd müəllimlə danışmış, o da şeirin onun olmadığını demişdi. O kitabların hamısını satışdan yığışdırıb, yenidən dərc etdirdi və müəllif kimi mənim adımı oraya saldırdı. Sonralar da Müəllif Hüquqları Agentliyinə müraciət edərək, bu mahnının sözlərinin müəllifi kimi mənim adımı yazdırıb. Bir neçə sözün yerini mahnının ahənginə uyğun olsun deyə dəyişmişdi, onun da razılığını, halallığını məndən aldı.
O, Könül xanımın yazdığı mahnıya onun gözü bax-baxa “mənimdir” deməzdi. Zəng vurdu mənə, Könül xanım da yanındaydı, dedi ki, qardaşoğlu, balaca bir dəyişiklik eləmişik. Cavab verdim ki, o, sadə bir şeirdir, sizin səsiniz onu gözəl edib, sizə həvalə edirəm. Hələ də qulağımdadır səsi, qayıtdı ki, başqasının sözünü öz adıma çıxsam, bu, nakişilik olar”.

Osman müəllim adının bəzən mediada Osman Alovlu kimi yazılmasına da münasibət bildirib:

“Bəziləri elə bilirlər, təxəllüs götürmüşəm. Mən Alovlu deyiləm, sakit bir kişiyəm, odla, alovla işim yoxdur. Soyadım Alıyevdir, Məhəbbət Kazımov mənim adımı Müəllif Hüquqları Agentliyinə Alıoğlu kimi təqdim eləmişdi. Hələ bir dəfə gülə-gülə dedi ki, mənim də adım Möhübbətdir, Məhəbbət eləyiblər. O vaxt AzTV-də gözəl diktorumuz Roza Tağıyeva onun adını Məhəbbət Kazımov kimi təqdim etmişdi, sənəddə adı Möhübbətdir, qardaşları Qənimət, Əhliyət də təsdiq edərlər. Bizim rayonda Məhəbbət kişi adı yoxdur, Möhübbət olub, Məhəbbət olmayıb”, - deyə o bildirib.

Laçın şəhəri günündə mahnının sözlərini fərqli şəkildə eşitdik, müğənni Ehtiram Hüseynov “Laçınım mənim”i fərqli sözlərlə oxudu, daha həsrət, ayrılıq nəğməsi deyildi o. Osman müəllimin bundan xəbəri varmı? Sualı cavablandıran müəllif bildirib ki, yeni sözləri onun həmyerlisi, jurnalist Şərif Ağayar yazıb:

“Şərifin yazdıqlarını oxudular. Etirazım, iradım yoxdur, əsas odur, Laçın azaddır. Oraya dönəcəyimiz günü səbirsizliklə gözləyirəm”, - deyə Osman müəllim qeyd edib.

O hazırda Qaradağ rayonunda, Ümid qəsəbəsində yaşayır. Laçına qayıtmaq daha ümid, arzu deyil, reallıqdır. Laçın öz sakinlərinə qucaq açıb, yol gözləyir. Tezliklə bütün ellərində, obalarında ocaqlar tüstülənəcək, toylarında bu hava səslənəcək. İndi daha nisgili yox, unudulmamalı olan bir tarixi hayqıracaq “Laçınım mənim”.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:47 Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
21:39 Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
21:35 Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
21:30 Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
21:19 Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
21:13 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
21:03 Nazir: Ölkədə siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır
20:52 Azərbaycan və ADB arasında əməkdaşlığın inkişaf perspektivi müzakirə olunub
20:46 "Moody's": Azərbaycan Orta Dəhlizin inkişafından getdikcə daha çox fayda əldə edir
20:42 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
20:26 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
20:21 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
20:15 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
20:08 Tahir Tağızadə etimadnaməsini Aleksandar Vuçiçə təqdim edib
22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
20:33 Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
14.09.26 21:19
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
14.09.26 21:13
backend
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
14.09.26 21:19
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
14.09.26 21:13
backend
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
14.09.26 21:19
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
14.09.26 21:13

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.