SON DƏQİQƏ
gundem / hadise

Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb




Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

azturktv.az xəbər verir ki, Elmur Bəhram oğlu Bəhramzadə idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə "Sabunçu bazarı" istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az