• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
7.08.23 22:10
gundem / siyaset

Prezident Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin açılışında - YENİLƏNİB+FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-23-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 1b texniki dərəcəli yol dörd hərəkət zolağından ibarətdir. Yolun bu hissəsində 67 altkeçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb.

Dövlətimizin başçısı görülən işlərlə bağlı videoçarxa baxıb.

Qeyd edək ki, uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
10:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

Bu barədə AZƏRTAC xəbər verir.

Oxşar Xəbərlər

backend
Prezident İlham Əliyev Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib - FOTO
7.08.23 21:55
gundem / siyaset

XƏBƏR LENTİ

21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
21:51 Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
21:49 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
21:47 Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
21:44 Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
21:41 Rusiya Sumıya zərbə endirib, dörd nəfər ölüb
21:38 İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib
21:33 Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib
21:31 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
21:27 Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub
21:20 Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
21:16 Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
21:13 Bu gün Bakının 544 küçəsi yuyulub - YENİLƏNİB
21:07 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar
21:03 Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
20:58 Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:55 Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində olub - YENİLƏNİB
20:43 Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib
20:38 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
20:35 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
20:31 İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
20:29 Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib
20:26 İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
20:24 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
17.07.26 21:14
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
17.07.26 21:08
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
11.07.26 21:51
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
11.07.26 21:49
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
11.07.26 21:47
Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
11.07.26 21:44

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.