• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
30.05.23 21:17
gundem / siyaset

Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

“Cənab Prezident, hörmətli nümayəndə heyətinin üzvləri, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etmək imkanına malik olduğumuza görə çox şadıq. Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək. Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz və regional məsələlərlə bağlı çox yaxşı müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərinin iştirakı ilə görüşdə, bu gün və sabah davam edəcək səfəriniz çərçivəsində təmaslarda geniş diapazonlu məsələlər müzakirə olunacaq. Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz Sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, ölkəmizdə yaxşı vaxt keçirəcəksiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram”.

İsrail Prezidenti İsxak Hersoq çıxış edərək deyib:

“Çox sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik. Ən əsası odur ki, Azərbaycan milləti mərhum atanızı yetişdirən millətdir, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib.

İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar, birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk. Buna görə çox sağ olun. Əlbəttə ki, cənab Prezident, mən qarşılıq göstərərək Sizi İsraildə qəbul etməyi səbirsizliklə gözləyirəm”.

Prezident İlham Əliyev: “Təşəkkür edirəm”.
12:53

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

12:18

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü başlayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
21:51 Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
21:49 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
21:47 Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
21:44 Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
21:41 Rusiya Sumıya zərbə endirib, dörd nəfər ölüb
21:38 İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib
21:33 Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib
21:31 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
21:27 Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub
21:20 Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
21:16 Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
21:13 Bu gün Bakının 544 küçəsi yuyulub - YENİLƏNİB
21:07 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar
21:03 Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
20:58 Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:55 Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində olub - YENİLƏNİB
20:43 Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib
20:38 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
20:35 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
20:31 İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
20:29 Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib
20:26 İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
20:24 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
17.07.26 21:14
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
17.07.26 21:08
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
11.07.26 21:51
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
11.07.26 21:49
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
11.07.26 21:47
Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
11.07.26 21:44

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.