• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.04.23 21:08
gundem / iqtisadiyyat

Tatarıstanla iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb - FOTO




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan ilə Tatarıstan arasında birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası, Tatarıstan-Azərbaycan biznes forumu keçirilib, iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb.

azturktv.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki. iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov arasında görüş keçirilib. Tərəflər Azərbaycanın Tatarıstanla iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün görüləcək işlər barədə müzakirə aparıblar.

Kazanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Tədbirdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin şaxələndirilməsi barədə fikirlərini bölüşən iqtisadiyyat naziri müvafiq qurumlar arasında institusional əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyətini, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində əməkdaşlıq üçün geniş potensialı diqqətə çatdırıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri qeyd edən Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko Tatarıstan şirkətlərinin Azərbaycanın biznes dairələri ilə əməkdaşlıq üçün real təkliflərinin olduğunu və bu istiqamətdə işlərin sürətləndirilməsinin vacibliyini ifadə edib.

Tərəflər həmçinin, iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.

İclas çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən 3-cü iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə rəqəmsal iqtisadiyyat, elm, təhsil, gənclər, idman mədəni-humanitar, sosial və turizm sahələrində tərəfdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın “Ximqrad” Texnopolisinin “İnnovativ Sənaye Parkı - Yüksək Texnologiyalar sahəsində Texnopark”ı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Səfər çərçivəsində Kazanda Tatarıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, İKT, maliyyə və konsaltinq sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri qatılıb.

M. Cabbarov Tatarıstanın sənaye zonalarında və qabaqcıl müəssisələrində tətbiq edilən müasir texnologiyaları (nou-hau) yüksək qiymətləndirib, Azərbaycan və Tatarıstan iqtisadiyyatlarının bir sıra oxşar xüsusiyyətlərə sahib olduğundan bu istiqamətdə uğurlu əməkdaşlıq qurulmasının vacibliyini bildirib. Belə ki, Azərbaycanda yaradılmış münbit investisiya mühiti və ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu Tatarıstan sahibkarlarına geniş perspektivlər vəd edir.

Tatarıstan sahibkarlarının Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirən Oleq Korobçenko işgüzar tədbirlərin sahibkarlar arasında əlaqələrin qurulması və mövcud bağların səmərəliliyinin artırılmasında əvəzsiz rol oynadığını qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tatarıstanın İnvestisiya İnkişafı Agentliyinin rəhbərinin birinci müavini İnsaf Vəliyev, Tatarıstanın Ticarət və Sənaye Palatası Şurasının İdarə heyətinin sədri Şamil Aqeyev çıxışlarında iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər.

Tədbirdə Tatarıstan və Azərbaycanda yaradılmış imkanlar, dəstək mexanizmləri və biznes təşəbbüsləri sahibkarların diqqətinə çatdırılıb, iştirakçı şirkətlər arasında B2B formatda görüşlər keçirilib.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Tatarıstanın İnvestisiya İnkişafı Agentliyində də görüş keçirib. Agentliyin Vahid Təqdimat Mərkəzində iştirakçılar üçün Tatarıstanın iqtisadi və investisiya potensialı ilə bağlı təqdimat nümayiş olunub, Tatarıstan birgə investisiya perspektivlərinin reallaşdırılması imkanları müzakirə edilib.

Oxşar Xəbərlər

backend
Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Eli Kohenlə görüşüb - YENİLƏNİB + FOTO
18.04.23 20:37
gundem / iqtisadiyyat
backend
Azərbaycan nümayəndə heyəti Çexiyaya səfər edib - FOTO
6.03.23 20:01
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

21:58 Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
21:53 Azərbaycan Prezidenti Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
21:51 Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər - YENİLƏNİB
21:43 I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunub - YENİLƏNİB
21:37 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
21:30 Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
21:27 Şəmkir Uşaq Reabilitasiya Mərkəzində 5 min 400-dən çox uşaq xidmətlərlə təmin edilib
21:21 Bakıda narkokuryerlikdə şübhəli bilinən 3 nəfər saxlanılıb
21:16 SOCAR-la İranın şirkətləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib
21:09 Azərbaycan və Almaniya investisiya əlaqələrinin genişləndirilməsi üçün yol xəritəsi imzalayıb
21:05 Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib
21:00 MN daha bir açıqlama yaydı
22:30 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib
22:27 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
22:24 Əliyevlə Ərdoğana simvolik hədiyyə edildi - FOTO
22:21 Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"
22:18 Liderlər bayramı Həkəri sahilində qeyd edir
22:15 Liderlərin təkbətək görüşü keçirilib
22:12 Mehriban Əliyevadan Müstəqillik Günü təbriki - Foto
22:10 Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - FOTOLAR
22:04 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - Fotolar - Yenilənib
22:17 Kreml Putin-Fidan görüşünün bəzi detallarını açıqlayıb
22:12 İran Prezidenti Omanda səfərdədir
22:08 Mədəniyyət Nazirliyi 2024-cü ildə dövlət büdcəsindən ayrılmış vəsaitin 83 faizə yaxınını istifadə edib
22:05 Azərbaycan millisi Bursada toplanışa başlayıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
1.06.25 21:58
Azərbaycan Prezidenti Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
1.06.25 21:53
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər - YENİLƏNİB
1.06.25 21:51
I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunub - YENİLƏNİB
1.06.25 21:43
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1.06.25 21:37
backend
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
1.06.25 21:58
Azərbaycan Prezidenti Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
1.06.25 21:53
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər - YENİLƏNİB
1.06.25 21:51
I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunub - YENİLƏNİB
1.06.25 21:43
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1.06.25 21:37
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
30.05.25 21:30
backend
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
1.06.25 21:58
Azərbaycan Prezidenti Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
1.06.25 21:53
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər - YENİLƏNİB
1.06.25 21:51
I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunub - YENİLƏNİB
1.06.25 21:43
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1.06.25 21:37
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
30.05.25 21:30

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.