• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.03.23 20:01
gundem / iqtisadiyyat

Azərbaycan nümayəndə heyəti Çexiyaya səfər edib - FOTO






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada sənaye və ticarət nazirinin müavini, həmçinin, müvafiq qurumların və çex şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında Qarışıq Komissiyanın 5-ci iclasında, ticarət, investisiya və işgüzar əlaqələrə dair konfransda müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyaya səfər edib.

Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ilə görüşündə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayan Sahib Məmmədov qeyd edib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və işgüzar tədbirlər bu baxımdan mühüm rola malikdir. Bildirilib ki, Çexiya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bununla yanaşı, qarşılıqlı ticarət, investisiya, sənaye, neft-qaz, nəqliyyat-tranzit, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verilib.

Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 5-ci iclası keçirilib. İclasda qarşılıqlı iqtisadi əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin önəmi, bu baxımdan Qarışıq Komissiyanın əlverişli platforma olduğu diqqətə çatdırılıb, çex şirkətləri azad olunmuş ərazilərimizdə, həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında layihələrin həyata keçirilməsində iştiraka, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasında əməkdaşlığa dəvət olunub.

İclasda ticarət, investisiya, sənaye, maliyyə, nəqliyyat, enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, innovasiya, texnologiya, turizm və hava nəqliyyatı, torpaq planlaşdırılması, standartlaşdırma və s. sahələr üzrə geniş əməkdaşlıq qurulması barədə müzakirələr aparılıb.

Çexiya və Azərbaycan Respublikası arasında ticarət, investisiya və işgüzar əlaqələrə dair konfrans keçirilib. Konfransda ticarət, investisiya, KOB sahələrində əməkdaşlıq, “yaşıl iqtisadiyyat”, innovasiya, enerji və ətraf mühit layihələri, su idarəçiliyi və s. məsələlər müzakirə olunub, bu istiqamətlər üzrə tərəfdaşlıq imkanlarına dair təqdimatlar olub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Çexiyada “Şkoda Avto”, “Şkoda Transportation”, “Tatra”, “AZD Praha” və “Mavel” şirkətlərinin təmsilçiləri ilə görüşüb, görüşlərdə ölkəmizdəki işgüzar mühit, sənaye zonalarında tətbiq edilən güzəşt və imtiyazlar, ölkəmizdə avtomobil və onun ehtiyat hissələrinin istehsalının lokallaşdırılması, Azərbaycan şirkətləri ilə əməkdaşlıq məsələləri və s. barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, AZPROMO, KOBİA, 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin nümayəndələri də Çexiyanın müvafiq qurumları ilə ikitərəfli tərəfdaşlığa dair məhsuldar görüşlər keçiriblər.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:17 Türkiyə ilə Suriya arasında birbaşa uçuşlar tezliklə bərpa olunacaq
22:15 Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib
22:10 Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılışı olacaq
22:06 Gənclər və İdman Nazirliyində III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı görüş keçirilib
22:03 İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib - YENİLƏNİB
21:57 Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayıb
21:52 Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib - YENİLƏNİB-2
21:48 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub
21:46 Ağdamda 747 nəfər işlə təmin olunub
21:41 Azərbaycan iyulda keçiriləcək OPEC-in Beynəlxalq Seminarına dəvət edilib
21:35 “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin inkişaf planına daxil edilməsi müzakirə olunub
21:26 İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - YENİLƏNİB
21:19 Prezident “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB
21:15 İlham Əliyev Pakistanın neft nazirini qəbul edib - YENİLƏNİB
21:08 İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib - YENİLƏNİB
20:56 Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib - YENİLƏNİB
20:48 Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan elektrik interkonneksiya xətti ilə bağlı layihə hazırlanacaq
20:43 Azərbaycan XİN İtaliyanı Respublika Günü münasibətilə təbrik edib
21:58 Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
21:53 Azərbaycan Prezidenti Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
21:51 Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər - YENİLƏNİB
21:43 I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunub - YENİLƏNİB
21:37 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
21:30 Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
21:27 Şəmkir Uşaq Reabilitasiya Mərkəzində 5 min 400-dən çox uşaq xidmətlərlə təmin edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə ilə Suriya arasında birbaşa uçuşlar tezliklə bərpa olunacaq
2.06.25 22:17
Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib
2.06.25 22:15
Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılışı olacaq
2.06.25 22:10
Gənclər və İdman Nazirliyində III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı görüş keçirilib
2.06.25 22:06
İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib - YENİLƏNİB
2.06.25 22:03
Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayıb
2.06.25 21:57
backend
Türkiyə ilə Suriya arasında birbaşa uçuşlar tezliklə bərpa olunacaq
2.06.25 22:17
Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib
2.06.25 22:15
Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılışı olacaq
2.06.25 22:10
Gənclər və İdman Nazirliyində III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı görüş keçirilib
2.06.25 22:06
İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib - YENİLƏNİB
2.06.25 22:03
Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayıb
2.06.25 21:57

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.