• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
1.04.23 20:44
gundem / sosial

Ülvi Mehdiyev: “BMT-də “ASAN xidmət” adına fond yaradılacaq”



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“ASAN xidmət”in təşəbbüslərinin beynəlxalq ictimaiyyətə daha operativ çatdırılmasının təbliğatı və təşviqatı ilə bağlı BMT-də fondun təsis edilməsi istiqamətində işlər gedir”.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyası çərçivəsində BMT rəsmiləri və beynəlxalq ekspertlər “ASAN xidmət”in fəaliyyət istiqamətlərini və Azərbaycanın BMT ilə əməkdaşlığını yüksək qiymətləndiriblər.

“Səfər çərçivəsində Azərbaycan adından BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin növbəti iclasında iştirak etdik. Eyni zamanda Azərbaycan və BMT tərəfinin birgə təşəbbüsü ilə vətəndaş mərkəzli dövlət xidmətlərinin yenidən dizayn edilməsi mövzusunda plenar sessiya keçirdik. Sessiyada da əsas məqsəd “ASAN xidmət” modelinin və fəaliyyət istiqamətlərinin təqdimatı və üzv ölkərə model olaraq dəstək vermək təşəbbüsü idi. Sessiyada BMT rəsmiləri, bir çox ölkələrdən nümayəndələr və beynəlxalq ekspertlər iştirak edirdilər. Sessiyada bir çox suallar cavablandırdıq və “ASAN xidmət” modelinin digər ölkələrdə tətbiqi ilə bağlı fikir mübadiləsi apardıq.

Sevindirici hal odur ki, BMT rəsmiləri artıq dövlət xidmətləri sahəsində islahat aparmaq istəyən ölkələrə Azərbaycanın “ASAN xidmət” modelini tövsiyə edirlər. Burada bir daha şahid olduq ki, 10 il bundan əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli unikaldır. Bu model və konsepsiya BMT tərəfindən iki dəfə xüsusi mükafata layiq görülüb və hazırda 17 ölkəyə intellektual məhsul olaraq ixrac olunur. Beynəlxalq ekspertlər çıxışlarında “ASAN xidmət”in vətəndaş maraqlarına xidmət edən və olduqca şəffaf fəaliyyət həyata keçirən sistem olduğunu xüsusilə vurğuladılar. Biz BMT-nin platforması vasitəsilə Azərbaycanın intellektual brendini daha çox ölkələrə çatdırılması istiqamətində növbəti addım atdıq”.
Ülvi Mehdiyev qeyd edib ki, BMT rəsmiləri və üzv dövlətlərin nümayəndələri ilə keçirilən ikili görüşlərdə BMT-nin təşəbbüskarı olduğu bir neçə layihələr ilə bağlı razılıq əldə olunub:

“ASAN xidmət” modeli ilə bağlı hazırda 20 ölkə ilə işləyirik və onlardan 17-si ilə bizim artıq müqaviləmiz var. Həmin ölkələrdə “ASAN xidmət” modelinin tətbiqində biz onlara köməklik göstəririk. Bu prosesi davam etdirəcəyik.

BMT vasitəsi ilə “ASAN xidmət” modelinin təqdimatını həyata keçirmək bizə imkan verir ki, daha yeni ölkələri bu xidmətdən istifadəyə cəlb etməklə Azərbaycan brendini ixrac edək. “ASAN xidmət” modelinin beynəlxalq ekspertlər və BMT rəsmiləri tərəfindən dəyərləndirməsi çox vacib idi. Sessiya çərçivəsində “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə də BMT tərəfindən yüksək qiymətəndirildi və bu sistem bizə imkan verir ki, Azərbaycandakı dövlət xidmətləri qiymətləndirilsin və daha da təkmilləşdirilsin.

Eyni zamanda sessiya çərçivəsində keçirdiyimiz görüşlərdən yeni idealar və təşəbbüslər qazandıq. Həmin idealar əsasında biz öz konsepsiyamızı davam etdirəcəyik. BMT tərəfinin təşəbbüskarı olduğu bir neçə layihələr var ki, onlar bizimlə bu layihələri yaxın gələcəkdə reallaşdırmaq istəyirlər. Bunlardan ən vacibi “ASAN xidmət” təşəbbüslərinin beynəlxalq ictimayyətə daha operativ çatdırılmasının təbliğatı və təşviqatı ilə bağlı BMT-də bir fondun təsis edilməsidir ki, bu istiqamətdə hazırda işlər gedir”.

Oxşar Xəbərlər

backend
Ülvi Mehdiyev: “ASAN xidmət” təcrübəsini artıq başqa ölkələrə ixrac edir”
15.12.22 21:21
gundem / sosial

XƏBƏR LENTİ

22:10 Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
22:00 Tokayev Cənubi Koreyada dövlət səfərindədir
21:47 Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
21:39 Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
21:35 Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
21:30 Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
21:19 Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
21:13 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
21:03 Nazir: Ölkədə siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır
20:52 Azərbaycan və ADB arasında əməkdaşlığın inkişaf perspektivi müzakirə olunub
20:46 "Moody's": Azərbaycan Orta Dəhlizin inkişafından getdikcə daha çox fayda əldə edir
20:42 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
20:26 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
20:21 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
20:15 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
20:08 Tahir Tağızadə etimadnaməsini Aleksandar Vuçiçə təqdim edib
22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.