• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
3.12.22 19:04
gundem / siyaset

Şəki Xan məscidi-qəbiristanlıq kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub - YENİLƏNİB + FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Leyla Əliyevaya kompleksdə aparılmış bərpa işləri barədə məlumat verdi.

Bildirildi ki, Şəki Xan məscidi kompleksi əsaslı bərpa işlərindən sonra istifadəyə verilib. Tarixi Şəki Xan məscidində bərpa işləri 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Heydər Əliyev Fondu bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib.

Qeyd edildi ki, məscid kompleksi ərazisindəki bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Ölkə əhəmiyyətli abidə siyahısında olan məscid xanlıqlar dövrünə (1745-1750-ci illər) aid edilir. Tarixi məlumatlara və üzərində qeyd edilən kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub.

Məscidin yanında yerləşən qəbiristanlıqdakı əsas 13 qəbir xan nəslinin nümayəndələrinə aiddir. Qəbiristanlıqda yalnız xan nəslinin nümayəndələri dəfn olunduğundan “Xan qəbiristanlığı” adı verilib.

Diqqətə çatdırıldı ki, məscidin 21 metrlik minarəsi bişmiş kərpic və əhəng məhlulundan istifadə edilməklə inşa olunub. Burada eyvana qalxmaq üçün dairəvi pilləkən var. Məscidin ön fasadında olan tağvari eyvan isə məscidə xüsusi gözəllik verir. Məscidin bərpası layihəsi 1981-ci ildə hazırlansa da, sonrakı illərdə heç bir iş görülməyib.

Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə başlanan bərpa işləri çərçivəsində əvvəl Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xan məscidi kompleksində 3D ölçmə işləri aparılıb. Bu işlər məscid kompleksinin ilkin görüntüsünün əldə edilməsi baxımından əhəmiyyətli olub. Ərazidə yerləşən tikililər - məscidin əsas binası və minarə, yardımçı tikililər, kompleks ərazisinin hasarı və orada yerləşən məzarlıq skan edilib, məscidin 3D modeli hazırlanıb. Məscid kompleksinin əldə olunan ilkin görüntüsü əsasında aparılan bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Eyni zamanda, məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Memarların rəyi əsasında yerli memarlıq atributlarından olan şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü qaytarılıb.

Məscid tavanının fotosu olmadığından Dövlət Turizm Agentliyinin və layihəçilərin birgə qərarı əsasında Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkə quruluşunda yeni tavan yığılıb. Binanın daxili və xarici divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub.

Məlumat verildi ki, məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Layihəyə uyğun olaraq məscid ərazisində xeyir-şər evi, dəstəmazxana, inzibati otaqlar tikilib. Məscidin qədim giriş darvazası və pilləkənləri, o cümlədən onun cənubunda yerləşən Xan qəbiristanlığındakı qəbir daşları bərpa edilib.

Məsciddə bərpa işləri çərçivəsində 2021-ci ilin iyun ayında mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilmişdi. Bu səbəbdən həmin hissədə bərpa işləri dayandırılmış və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılmış, ekspedisiyanın tədqiqatı və qazıntı işləri nəticəsində həmin hissədə qəbir aşkar olunmuşdur. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını yaradırdı. Bu ehtimallar, eləcə də Salman Mümtazın əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn edilməsinə dair məlumatın olması digər fərqli tədqiqatlarda da bu barədə olan məlumatlar əsas götürülməklə aşkarlanan tapıntılar üzrə yoxlamalar aparılmışdı. Mütəxəssislərə dəstək məqsədilə Heydər Əliyev Fondunun köməyi ilə aşkar olunan skeletdən nümunələr götürülüb, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilib. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar, genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.

Məlumat verildi ki, məscid kompleksinin ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə muzey də yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzey əyani şəkildə Şəki xanlığının yaranmasının, formalaşmasının milli dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir. İki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, Şəki adət-ənənəsi üzrə onların qarşısına qoyulan mücrülər, Şəkinin kəlağayı sənətinə aid nümunələr sərgilənir. Muzeyin birinci mərtəbəsində təqdim olunan elektron lövhədə Azərbaycan və ingilis dillərində Şəki xanlığının tarixi, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti və Şəki xanları barədə məlumatlar çatdırılır. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin “Şəki xanlarının tarixi” kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII-XIX əsrə aid silah nümunələri nümayiş olunur.

Muzeyin əsas hissələrindən biri ikinci mərtəbədəki xan otağıdır. Həmin otaq Şəki xanı Məhəmmədhüseyn xan Müştağın bu binada ibadət etməsini, ədəbi məclislər təşkil etməsini, müxtəlif qəbullar həyata keçirməsini, şahmat oynamasını əyani şəkildə nümayiş etdirir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014-2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi təqdim olunur. Bununla yanaşı, xan otağını gözəl şahmat oyunu ilə hamını heyran edən Məhəmmədhüseyn xanın şahmat taxtası, onun daima oxuduğu “Qurani-Kərim” bəzəyir. Otaqda XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının bayrağı və Şəki xanı Səlim xanın döyüş bayrağı da nümayiş etdirilir. Xan otağında “Müştaq” təxəllüsü ilə şeirlər yazan və o dövrün məşhur şairləri ilə məktublaşan Məhəmmədhüseyn xanın yazı masası da təqdim olunur.

Oxşar Xəbərlər

backend
Prezident və Birinci vitse-prezident Heydər Əliyev Fondunun Şuşada aparacağı bərpa işləri ilə tanış olublar
10.05.22 21:00
gundem / siyaset

XƏBƏR LENTİ

21:44 Səhiyyə naziri: Yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir
21:39 NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək
21:37 Ağ Ev: Uitkoff İranla müzakirələri davam etdirir
21:28 Yaşar Gülər seneqallı nazirlə təhlükəsizlik məsələlərini müzakirə edib
21:25 Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
21:17 Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
21:14 "Formula 1": 2026-cı ildəki Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
21:11 Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
21:08 DİN “Sputnik Azərbaycan"da qanunsuz maliyyələşmə ilə bağlı araşdırmalara başlayıb
21:05 Bəzi ölkələrin əyalətlərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
21:02 Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
20:57 Azərbaycan və Türkiyənin ali audit qurumları yeni fəaliyyət planının icrası üzrə protokol imzalayıb
20:52 ADY: Çinlə Bakı arasında yeni “dəmir yolu-dəniz-dəmir yolu” marşrutu istifadəyə verilib
20:48 Azərbaycan və Estoniya aqrar sahədə əməkdaşlıq məsələlərini müzakirə edib
20:44 Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edib
20:41 Ceyhun Bayramov Özbəkistan xarici işlər nazirinin müavini ilə regional məsələləri müzakirə edib
20:30 Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
20:28 Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
20:24 Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək
21:46 ABŞ-nin İrana hücumda Türkiyənin hava məkanından istifadəsinə dair iddialar dezinformasiyadır – RƏSMİ
21:42 İsrail İranın qərbində raket və pilotsuz təyyarələrin saxlandığı yerlərə zərbələr endirib
21:40 İran ABŞ-nin Qətərdəki bazasına azı 3 raket atıb - YENİLƏNİB-2
21:34 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
21:29 “Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb
21:26 Fərid Qayıbov “Yaşayan Əfsanə” tituluna sahib məşhur döyüş ustası ilə görüşüb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Səhiyyə naziri: Yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir
30.06.25 21:44
NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək
30.06.25 21:39
Ağ Ev: Uitkoff İranla müzakirələri davam etdirir
30.06.25 21:37
Yaşar Gülər seneqallı nazirlə təhlükəsizlik məsələlərini müzakirə edib
30.06.25 21:28
Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
30.06.25 21:25
Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
30.06.25 21:17
backend
Səhiyyə naziri: Yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir
30.06.25 21:44
NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək
30.06.25 21:39
Ağ Ev: Uitkoff İranla müzakirələri davam etdirir
30.06.25 21:37
Yaşar Gülər seneqallı nazirlə təhlükəsizlik məsələlərini müzakirə edib
30.06.25 21:28
Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
30.06.25 21:25
Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
30.06.25 21:17
backend
Səhiyyə naziri: Yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir
30.06.25 21:44
NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək
30.06.25 21:39
Ağ Ev: Uitkoff İranla müzakirələri davam etdirir
30.06.25 21:37
Yaşar Gülər seneqallı nazirlə təhlükəsizlik məsələlərini müzakirə edib
30.06.25 21:28
Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
30.06.25 21:25
Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
30.06.25 21:17

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.