• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
24.11.22 19:09
gundem / siyaset

Fransada yaşayan azərbaycanlılar bəyanat yaydılar



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Fransada yaşayan azərbaycanlılar bəyanat yayıblar.

azturktv.az xəbər verir ki, bəyanatda deyilir:


“Biz, Fransa azərbaycanlıları Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində müzakirəyə çıxarılacaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etməyən və regionda sülhyaratma prosesinə kölgə salan 388 saylı qətnamə layihəsini hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək qəti etirazımızı bildirir və layihə müəlliflərinin belə qərəzli yanaşmasını kəskin şəkildə qınayırıq.

Bildiririk ki, bu addım hər şeydən əvvəl Fransada uzun illərdir yaşayan və fransız cəmiyyətinə inteqrasiya etmiş, həmçinin Fransanı özünə yaxın bilən hər bir azərbaycanlı üçün ağır mənəvi zərbədir. Bu layihə hər şeydən əvvəl fransızların tarixən mövcud olmuş “Azadlıq, bərabərlik, qardaşlıq” ideyasına, əxlaqa və normal siyasi məntiqə tamamilə ziddir. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı nümunə olmağa çalışan bir ölkənin Milli Assambleyasının beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsiplərini və mənəvi qaydaları kobud şəkildə pozaraq belə bir sənədi müzakirəyə çıxarmasını siyasi cəhətdən yanlış addım olmaqla yanaşı, həm də böyük ədalətsizlik hesab edirik”.

Bəyanatda bildirilib ki, öz azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycan kimi bir ölkəyə olan bu haqsızlıq bütövlükdə demokratiyaya qarşı ədalətsizlik və haqsızlıq kimi qəbul edilməlidir:

“Bu da öz növbəsində nə beynəlxalq hüquqa, nə də elementar məntiqə sığır.

Layihə müəlliflərinə üz tutaraq bildiririk ki, məlum qətnamə layihəsi ilə siz multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən - Azərbaycandan üz döndərərək, totalitar, monoetnik bir dövlət olan işğalçı Ermənistana öz dəstəyinizi göstərmiş olursunuz.

Təəssüf hissi ilə xatırladırıq ki, 30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə həmvətənimizin ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman, illərdir yaşayıb uğurla fəaliyyət göstərdiyimiz bir ölkə tərəfindən belə qərəzli yanaşma birinci dəfə deyil ki, nümayiş etdirilir.

Belə ki, tarixi Vətənimiz Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa dövləti və hökumətinin qərəzli münasibəti və ədalətsizliyi ilə üzləşib. Həmçinin bir neçə gün əvvəl parlamentin yuxarı Palatası olan Senat tərəfindən də müvafiq qətnamənin qəbul edilməsi Fransanın ədalət anlayışının nə qədər “ədalətli” olduğunu bir daha sübut edir.

Əvvəlcə Senat tərəfindən qəbul edilmiş qətnamə, indi də parlamentin aşağı palatasının belə bir layihəni müzakirəyə çıxarmaqla heç bir hüquqa və ədalətə sığmayan şərtlər irəli sürərək Azərbaycanı ittiham etməsi tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir”.

Həmçinin vurğulanıb ki, təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun Vətənimizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla növbəti dəfə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir:

“Aydındır ki, Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanan məlum qətnamə layihəsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə, Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə qarşıdurma meyllərini gücləndirəcək və bölgədə sülh, sabitlik və tərəqqiyə mane olacaq.

Digər tərəfdən, bunu da unutmaq olmaz ki, Azərbaycan Fransanın qeyri-rəsmi lider olduğu Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının üzvüdür. Milli Assambleyanın bu layihəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ciddi təhdid, yeni işğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmağa, təbliğata ciddi cəhddir. Assambleya nəzərə almalıdır ki, Fransanın bu addımı regionda sülhün bərqərar olması, etimad mühitinin formalaşdırılması, Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması məqsədilə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticəsinə etimadsızlıq yaratmaqla Aİ Şurasına qarşı fəaliyyət göstərmiş olur. Fransa bununla üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınaraq belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinin üzərinə kölgə salır ki, bu da gələcəkdə Aİ-nin perspektivinə problem yaratmağa, qurumu etibarsız təşkilata çevirməyə xidmət etməkdən başqa bir şey deyil”.

“Fransa azərbaycanlıları bir daha bəyan edir ki, Fransa Milli Assambleyası onun adına rüsvayçılıq olan bu qətnamə layihəsinin qəbul edilməsindən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsinə təkan verməməlidir. Hüququn da, ədalətin də tələbi hər kəs üçün aydındır və Fransa da hamı kimi bu tələbə hörmətlə yanaşmalıdır.

Son olaraq Assambleya üzvlərini Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə dəvət edərək, erməni vandalizminin şahidi olmağa və bundan sonra “ədalətli yanaşma” prinsipini bir daha nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda qeyd edilib.

Oxşar Xəbərlər

backend
Azərbaycan icması Fransa Senatının ermənipərəst qanun layihəsinə etiraz edib - FOTO
11.11.22 20:05
gundem / siyaset
backend
Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradıldı
24.02.22 20:15
gundem / siyaset

XƏBƏR LENTİ

22:10 Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
22:00 Tokayev Cənubi Koreyada dövlət səfərindədir
21:47 Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
21:39 Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
21:35 Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
21:30 Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
21:19 Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
21:13 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
21:03 Nazir: Ölkədə siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır
20:52 Azərbaycan və ADB arasında əməkdaşlığın inkişaf perspektivi müzakirə olunub
20:46 "Moody's": Azərbaycan Orta Dəhlizin inkişafından getdikcə daha çox fayda əldə edir
20:42 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
20:26 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
20:21 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
20:15 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
20:08 Tahir Tağızadə etimadnaməsini Aleksandar Vuçiçə təqdim edib
22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.