• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
27.01.22 20:31
gundem / siyaset

İlham Əliyev və Mehriban Əliyeva yeni kompleksin açılışında - YENİLƏNİB + FOTO










MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Müraciətlər araşdırılıb, bu massivlərdə uşaqların və məktəblilərin təhsil ala biləcəyi məktəb və məktəbəqədər müəssisələrin olmadığı müəyyən edilib. Bu səbəbdən 2020-2021-ci illərdə Heydər Əliyev Fondun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub.

Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazi abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilib, həmçinin istirahət parkı salınıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.

Binə qəsəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fondu təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib.

Bağça ilə tanış olan dövlətimizin başçısına və birinci vitse-prezidentə məlumat verilib ki, burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Uşaq bağçası zəruri mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı ərazidə oyun və idman meydançası da salınıb.

Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib.

Onu da qeyd edək ki, elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Fondun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.

10:30

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:43 Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
20:34 Rəcəb Tayyib Ərdoğan Kamran Əliyevi qəbul edib
20:30 Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
20:25 Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Gürcüstan-Azərbaycan münasibə
21:49 Fidan suriyalı həmkarı və ABŞ nümayəndəsi ilə Əmman danışıqlarını müzakirə edib
21:43 Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib
21:40 Prezidentin xüsusi nümayəndəsi: Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq
21:19 Azərbaycanla D-8 arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
21:47 Ərdoğan və Putin regional məsələləri müzakirə edib
21:43 İranın dörd şəhərində son 24 saatda 51 dərəcə istilik qeydə alınıb
21:40 İsrail Müdafiə Ordusu HƏMAS-ın üç yüksək vəzifəli üzvünü öldürüb
21:37 Zelenski və Makron raketlərin tədarükünü müzakirə ediblər
21:33 Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - YENİLƏNİB
21:22 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib
21:16 İlham Əliyev Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib
21:07 Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib
20:59 Rəsmi Bakı: Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha ifadə edirik
20:55 Xocalı kərpic zavodunun açılışı olub
20:50 Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
20:45 Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub
20:40 Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib
21:50 Ərdoğan: Suriyanın bölünməsinə icazə verməyəcəyik
21:44 İsrail ordusu Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib
21:41 Pezeşkian keyfiyyətsiz yanacağa görə Təbrizə taksi ilə gedib
21:36 Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
22.07.25 20:43
Rəcəb Tayyib Ərdoğan Kamran Əliyevi qəbul edib
22.07.25 20:34
Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
22.07.25 20:30
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Gürcüstan-Azərbaycan münasibə
22.07.25 20:25
Fidan suriyalı həmkarı və ABŞ nümayəndəsi ilə Əmman danışıqlarını müzakirə edib
20.07.25 21:49
Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib
20.07.25 21:43
backend
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
22.07.25 20:43
Rəcəb Tayyib Ərdoğan Kamran Əliyevi qəbul edib
22.07.25 20:34
Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
22.07.25 20:30
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Gürcüstan-Azərbaycan münasibə
22.07.25 20:25
Fidan suriyalı həmkarı və ABŞ nümayəndəsi ilə Əmman danışıqlarını müzakirə edib
20.07.25 21:49
Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib
20.07.25 21:43

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.