• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
20.07.25 21:43
gundem / siyaset

Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş çıxışı, eləcə də jurnalistlərin suallarına cavabları dünya xəbər agentliklərinin və nəşrlərinin diqqətini cəlb edib.

azturktv.az xəbər verir ki, xarici KİV-lər Azərbaycan dövlət başçısının Rusiyada AZAL-a məxsus təyyarənin qəzaya uğraması, həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi tələbi ilə bağlı açıqlamalarına xüsusi diqqət yetirib.

Polşanın “Viadomosci” nəşri qeyd edir: "Azərbaycan tərəfi təqsirkarların məsuliyyətə cəlb edilməsində və dəymiş ziyanın ədalətli şəkildə ödənilməsində israrlıdır. Prezident İlham Əliyev bildirdi ki, Moskva hələlik dəqiq cavablar verməyib və ölkə beynəlxalq məhkəmə orqanlarına müraciət etmək niyyətindədir”.

Ukrayna KİV-ləri – “Ukrinform”, “RBC-Ukrayna”, “İnterfaks-Ukrayna” və “Azadlıq” radiosu dövlət başçısının Qafqaz və Ukraynadakı münaqişələrlə bağlı mövqeyini vurğulayan sitatlarla materiallar dərc ediblər. Xüsusilə, “Qordon” nəşri Prezident İlham Əliyevdən sitat gətirir:

"İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük".


Məqalələrdə birinci Qarabağ müharibəsinin Azərbaycan üçün ağır nəticələri, o cümlədən milyonlarla insanın didərgin düşdüyü, iqtisadiyyatın bərbad vəziyyətdə olduğu və beynəlxalq dəstəyin çatışmadığı vurğulanır. Prezident qeyd edib:

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq".

Azərbaycan Prezidentinin çıxışı Rusiyanın TASS, “İnterfaks”, “RİA Novosti”, “Lenta.ru”, “Gazeta.Ru”, “Moskovski Komsomolets”, “Vestnik Kavkaza” və digər media orqanlarında işıqlandırılıb. TASS xəbər verir ki, İlham Əliyev deyib:

"Bakı və İrəvan “sülh sazişi imzalamağa çox yaxındır”. Sazişin mətni əvvəlcədən paraflana bilər, lakin yekun imza yalnız Ermənistan konstitusiyasına dəyişiklik edildikdən və ATƏT-in Minsk Qrupunun buraxılmasından sonra mümkündür".


“Gazeta.ru” nəşri və “RİA Novosti” agentliyi Prezident İlham Əliyevin ABŞ ilə qarşılıqlı fəaliyyətə dair bəyanatını ön plana çıxarıb. O, Bakı ilə Vaşinqton arasında münasibətlərdə müsbət dinamikaya diqqət çəkib və qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə görə Donald Trampa təşəkkür edib.

Gürcüstanın “Publica.ge”, “Formula”, “Press.ge”, “İnterpress” mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb. Özbəkistanın “Zamin”, “Kun”, Qazaxıstanın “Kazinfo” rəsmi agentliyi, “Tengri”, “Orda”, “Ulısmedia” qəzetləri də Azərbaycan Prezidentinin çıxışına geniş yer ayırıb.



İspaniyanın geniş oxucu kütləsinə malik “Europapress”, “Democrata”, "Teleprensa", “Upday” mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin AZAL-ın təyyarəsi ilə bağlı insident, Ermənistanla sülh prosesi, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması və kommunikasiyaların açılması ilə bağlı fikirləri yer alıb. İspan mediası diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısı ölkəsinin Ermənistan ilə sülhə yaxın olduğunu bildirib, amma İrəvanın bu prosesdə daha konstruktiv rol oynamasının, eyni zamanda, kommunikasiyaların açılması istiqamətində müsbət addımlar atmasının zəruriliyini vurğulayıb.


Beləliklə, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı aparıcı xarici mediada geniş işıqlandırılaraq, Azərbaycanın regional təhlükəsizlik, beynəlxalq hüquq və rəqəmsal inkişafla bağlı əsas mövqelərini vurğulayan beynəlxalq ictimaiyyət üçün mühüm hadisəyə çevrilib.

Oxşar Xəbərlər

backend
Prezidentin xüsusi nümayəndəsi: Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq
20.07.25 21:40
gundem / siyaset
backend
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
25.12.24 21:21
gundem / siyaset
backend
İlham Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib
25.12.24 21:09
gundem / siyaset
backend
TDT Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib
25.12.24 20:49
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB
21.07.23 21:54
gundem / siyaset

XƏBƏR LENTİ

20:43 Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
20:34 Rəcəb Tayyib Ərdoğan Kamran Əliyevi qəbul edib
20:30 Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
20:25 Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Gürcüstan-Azərbaycan münasibə
21:49 Fidan suriyalı həmkarı və ABŞ nümayəndəsi ilə Əmman danışıqlarını müzakirə edib
21:43 Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib
21:40 Prezidentin xüsusi nümayəndəsi: Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq
21:19 Azərbaycanla D-8 arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
21:47 Ərdoğan və Putin regional məsələləri müzakirə edib
21:43 İranın dörd şəhərində son 24 saatda 51 dərəcə istilik qeydə alınıb
21:40 İsrail Müdafiə Ordusu HƏMAS-ın üç yüksək vəzifəli üzvünü öldürüb
21:37 Zelenski və Makron raketlərin tədarükünü müzakirə ediblər
21:33 Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - YENİLƏNİB
21:22 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib
21:16 İlham Əliyev Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib
21:07 Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib
20:59 Rəsmi Bakı: Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha ifadə edirik
20:55 Xocalı kərpic zavodunun açılışı olub
20:50 Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
20:45 Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub
20:40 Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib
21:50 Ərdoğan: Suriyanın bölünməsinə icazə verməyəcəyik
21:44 İsrail ordusu Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib
21:41 Pezeşkian keyfiyyətsiz yanacağa görə Təbrizə taksi ilə gedib
21:36 Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
22.07.25 20:43
Rəcəb Tayyib Ərdoğan Kamran Əliyevi qəbul edib
22.07.25 20:34
Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
22.07.25 20:30
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Gürcüstan-Azərbaycan münasibə
22.07.25 20:25
Fidan suriyalı həmkarı və ABŞ nümayəndəsi ilə Əmman danışıqlarını müzakirə edib
20.07.25 21:49
Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib
20.07.25 21:43
backend
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
22.07.25 20:43
Rəcəb Tayyib Ərdoğan Kamran Əliyevi qəbul edib
22.07.25 20:34
Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
22.07.25 20:30
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Gürcüstan-Azərbaycan münasibə
22.07.25 20:25
Fidan suriyalı həmkarı və ABŞ nümayəndəsi ilə Əmman danışıqlarını müzakirə edib
20.07.25 21:49
Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib
20.07.25 21:43

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.